İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.49K photos
312 videos
2 files
786 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
İnsan yönümlü şəhərlər ️
Şəhərdə gündəlik səyahətlərdə ən çox nəyə üstünlük verirsiniz?
⌛️ Əksəriyyət üçün vaxt önəmlidir.

Çox vaxt deyirlər ki, bizim insanlarımız heç vaxt avtomobilin verdiyi komfortu qurban verməz, heç vaxt avtobusa və ya metroya minməz, hətta ictimai nəqliyyat daha sürətlə işləsə belə.

⬆️ Görünür ki, real vəziyyət belə deyil. Baxmayaraq ki, bizim auditoriya tam olaraq orta-statistik sürücünü əks etdirmir, yenə də nəticə çıxarmaq olar ki, kifayət qədər insan tıxacda dayanmaqdan ləzzət almır.

🔹 Ona görə, ayrılmış avtobus zolaqların çəkilməsi, tramvayların qaytarılması və metronun inkişaf etməsi hər kəsin marağında olmalıdır. Bunu sürücülər də istəməlidir, çünki şəxsi avtomobil istifadəsi azalsa, tıxacların sayı da azalacaq.

💰 Qiymət isə üçüncü önəmli faktordur. Ona görə, ictimai nəqliyyatı daha cəlbedici etmək üçün sərfəli aylıq və illik tariflər nəzərdə tutulmalıdır. Bir vətəndaş evdən çıxarkən vaxt, komfort və qiyməti nəzərə alaraq səyahət üsulunu seçir. Dünyanın istənilən yerində mobilliyin əsas prinsipi bunun üzərində qurulur.

#ictimainəqliyyat
🚄 Keçən ilin sonunda Azərbaycana gətirilən yeni "Stadler Flirt" qatarların sınaqlarına başlanılıb.

Deyilənə görə, mart ayında sərnişinlər üçün fəaliyyətə başlayacaq. Dizel qatarıdır, elektrifikasiya olunmamış xətlərdə istifadəsi məqsədəuyğun olar (misal üçün Balakən və Lənkəran istiqamətlərində).

#qatarlar
🇦🇿🚍 Gəncəyə bu gün yeni avtobuslar verilib.

Deyilənə görə, vaxtilə bunlar Bakıda marşrutların birində çalışıb.

Bizi Gəncədən izləyən və yaxud bu yaxınlarda Gəncəni ziyarət edən varsa - şərhlər bölməsində və ya anonim qalmaq istəyənlər şəxsidə yazsın - ölkəmizin ikinci ən böyük şəhərində ictimai nəqliyyatla vəziyyət necədir?

#Gəncə #avtovbuslar
🔳 Ekoloji fəlakəti cənnətə necə çevirək?

Bu gün Zığ gölünün ətrafında gəzişərək bu suala cavab axtaracağıq. Baş planda Abşeron göllərinin yenidən canladırılması nəzərdə tutulub, lakin detallar açıqlanmır, nümunələr göstərilmir.

🔹 Ona görə bu vloqda biz bloger İlkin Babayevlə həm dünya təcrübəsi haqqında, həm də bu cür layihələrin şəhər mühiti üçün əhəmiyyəti haqqında danışarıq.

➡️ https://youtu.be/1t23t8Nv0Dg

Əməyimizə və urbanistikaya həsr olunmuş yeganə milli YouTube-kanalına dəstək göstərmək istəyirsinizsə, lütfən Patreon-da bizə qoşulmağınızı unutmayın 🙏.

Patronlar həmçinin vloqlar üçün mövzu təklif edə bilir.

#vloq
Kanala dəstək olun 🫶

İnsan yönümlü şəhərlər layihəsinin inkişafına dəstək olan hər kəsə təşəkkür! 💚
🇬🇪🚍 Tiflisin yeni "qarmoşka" avtobusları.

Artıq Gürcüstan paytaxtının küçələrində 18-metrlik "MAN" avtobusları fəaliyyətə başlayıb. Tutumluğu 162 sərnişindir.

🔹 Tbilisidə hazırda ciddi urbanistik islahatlar aparılır, yenidən qurulan bütün əsas küçə və prospektlərdə avtobus zolaqları salınır. Sizə bunu ətraflı olaraq bu vloqda göstərmişdim. Nəzərə alsaq ki, şəhər insanları daha çox ictimai nəqliyyata yönəltmik istəyir, iritutumlu avtobuslar çox yerinə düşdü.

💬 Facebook-da müxtəlif Gürcü qruplarını oxuyuram, sürücülər küçələrdə avtomobil zolaqlarının avtobuslara verilməsindən narazıdır. Amma Şəhər hakimiyyəti öz işini görməkdədir. Dayanıqlı şəhərin arxasında mütləq yaxşı ictimai nəqliyyat dayanır.

#Tbilisi #avtobuslar
🇬🇧London avtomobil yönümlü şəhər olsaydı.

💬 Bu kollajları hazırlayan müəllif yazır:

“Bu gün İngilitərədə bəzi siyasi populistlər deyir ki, avtomobilləşməyə qarşı mübarizə aparmaq lazım deyil. Lakin bu şəkillərə baxıb özünüz qərar verin, hansı daha önəmlidir - ictimai sağlamlıq və dayanıqlıq yoxsa şəxsi maşına sahib olması?”
💡 Əziz dostlar!

Qərara gəldim ki, Teleqram-da əlavə olaraq şəxsi kanal açım, sizinlə tək urbanistika deyil, daha geniş mövzularda söhbət edim və faydalı ola biləcək məlumatları paylaşım.

🔸 Eyni zamanda, “İnsan yönümlü şəhərlər” layihəsi üçün məzmunların hazırlanma prosesindən danışacam.

Hansı ədəbiyyata əsaslanıram, hansı kitabları oxuyuram, hansı kanalları məsləhət bilirəm və vloqları necə çəkirəm - burada paylaşacam.

🌍 Xarici vloqları çəkərkən topladığım səyahət təcrübəsi və faydalı səyahət məsləhətlərini də sizinlə bölüşməyə hazıram.

“İnsan yönümlü şəhərlər” kanalı və vloqu, təbii ki, öz işini tam gücü ilə davam etdirəcək.

💸 Patreon-da dəstək olanların sıralarına qoşulsanız həmçinin ancaq patronlar üçün nəzərdə tutulan müzakirə qrupuna qoşulacaqsınız.

Abunə olmaq üçün klik edin:
➡️
@AnarAliyevBlog
🇺🇸 Nyu-York şəhəri keçən əsrin əvvəlində.

Avtomobilləşmə gəlməyənə qədər bu şəhərin küçələrində tramvaya rast gəlmək olardı.

#tarixifoto
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚊 Yaşayış massivi üçün salınan tramvay.

🇸🇪 Bura Stokholm şəhəri, "Hammarby Sjöstad" yaşayış kvartalıdır. Yaşayış kvartalının mərkəz küçəsindən belə bir müasir tramvay hərəkət edir.

Bu gün Avropanın inkişaf etmiş şəhərlərində yaşayış massivlərini salarkən onun ictimai nəqliyyat cəhətindən əlçatanlığını ciddi düşünürlər. Əgər hansısa rayonda minlərlər yeni ailə yaşayırsa, bu insanların dayanıqlı, tıxaclardan asılı olmayaraq nəqliyyatı da olmalıdır.

🔹 İndi Siz buranı bizim yaşayış kvartalları ilə müqayisə edin. Misal üçün, Ağ Şəhərin küçələrinə belə tramvaylar çox yaraşar.

⬆️ Videoda gördüyünüz yaşayış massivinin ətraflı icmalını buradan izləyə bilərsiniz.

#yaşayışmassivləri #tramvay #stokholm