İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.49K photos
312 videos
2 files
786 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇰 Danimarkanın Olborq şəhərində BRT sistemi. Bus Rapid Transit.

Öz ayrılmış xətti ilə hərəkət edən sürətli avtobus.

Hərdən buna metrobus deyilir (İstanbulda misal üçün).

#avtobuszolaqları #BRT
💬 Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev:

“Bakının baş planı Bakını insan yönümlü şəhər olaraq inkişaf etdirməyə imkan verir.”

Bu termini 2019-cu ildə bloq yaradılanda fikirləşmişdik. Artıq yaşamalı şəhərləri ifadə edən bu söz birləşməsi yüksəkvəzifəli məmurların müsahibələrində eşidirik. 😎

#başplan #arxkom
Media is too big
VIEW IN TELEGRAM
🇫🇷 Paris küçələrində tramvay.

Bu gözəllikdən Bakıda niyə olmasın?

🚊 Ən azı 3 avtobusu əvəz edir tutumuna görə.

#tramvay #paris
Yaxşı layihələrin şansı varmı?

Bakının yeni baş planının təsdiqi ilə bir sıra vacib nəqliyyat layihələrinin reallaşmasına ümid yaranır.

⬆️ Belə ki, 2021-ci ildə Bakı Nəqliyyat Agentliyi Ukrayna dairəsi belə bir layihə təklif etmişdi, amma digər qurumlar bunu təsdiqləmədi.

Halbuki, çox gözəl layihədir, buna turbo-dairə deyilir. Ukrayna dairəsini daha təhlükəsiz vəziyyətə gətirə bilər, buradakı xaosdan həm sürücüləri həm piyadaları xilas edə bilər. İstək olsa, velosiped zolaqlarına da təşkil etmək mümkündür.

🔹 Bu gün həm baş plan var, həm Əlaqələndirmə şurası var, ümid edək ki, bu və digər "tozlanan qovluqlarda" qalan insan yönümlü layihələr reallaşacaq.

#ukraynadairəsi
🚊 Baş planda nəzərdə tutulan tramvaylar xətlərinin sxemi.

Açıq şəkildə yazılıb ki, "yüngül relsli nəqliyyat". Bu gün baş planın təqdimatı keçirilib, lakin yenə də dəqiq qeyd olunmayıb, relsli tramvay olacaq yoxsa yox.

📹 Videosu burada.

#tramvay #başplan
🚊 Tramvay xətlərinin yenilənmiş sxemi.

İzləyicimiz Azər Axundov baş plana əsaslanaraq, Bakıda təklif olunan tramvay xətlərinin daha aydın sxemini hazırlayıb.

Xəritədən təxmin olunur ki, bəzi xətlər mövcud dəmir yolları olan ərazilərdən keçir.

#tramvay #başplan
🇬🇪 Tbilisiyə tramvaylar qayıtsaydı.

Süni intellekt Bakı ilə yanaşı qonşu Tiflisə də bu müasir nəqliyyat növünün qayıtmasını yaraşdırır.

🔸 Tiflisdə tramvay sistemi 2006-cı ildə sökülmüşdür.

#Tbilisi #tramvay
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⬆️ Əvvəllər köşklər ancaq səkiləri zəbt edirdi, indi növbəti mərhələyə çıxıblar.

Düz yolun ortasında bir köşkün yiyəsi nə az nə çox - 10 soyuducu quraşdırıb.

Görəsən baş planda buna dair nə deyilir?

#köşklər
🚍 Bakı və Sumqayıt arasında belə avtobuslar hərəkət edəcək.

Ekspres marşrut olacaq, iki şəhərin Avtovağzalını birləşdirəcək. 3 dayanacağı olacaq. İnterval 11 dəqiqə.

Keçən il bu yolda ayrılmış avtobus zolağı salındı, avtobus ilə səyahət müddəti xeyli azaldı.

Düzdür, cəmi 48 sərnişin daşıya bilir, lakin hər kəs əyləşir, ayaq üstə belə şəhərlərarası avtobuslarda getməyə icazə verilmir adətən. Aeroport Ekspres marşrutunda da bu "Neoplan"lar hərəkət edir.

💰 Gediş haqqı 80 qəpik. Manatlıq taksilərin birbaşa rəqibi ola bilər bu marşrut.

#ictimainəqliyyat
Bakıda və Sumqayıtda yaşayanlara sual. Gündəlik olaraq, işə/evə necə hərəkət edirsiniz?
Anonymous Poll
28%
Şəxsi avtomobil
16%
Avtobus
14%
Metro
8%
Qatar
14%
Taksi
6%
Piyada/velosiped/skuter
15%
Bir neçə nəqliyyat dəyişirəm
Urbanistləri hirsləndirməyin 😆

#yumor
Yol nişanlarının küçələrə gətiridiyi "vizual zibillik".

Birinci foto Bakının Nizami küçəsində çəkilib. Ödənişli parklanma tətbiq ediləndən sonra Bakıda yüzlərlə müvafiq nişanlar quraşdırılıb. Mövcud qanunvericiliyə görə küçə parklanmanın 5%-i əlillər üçün nəzərdə tutulmalıdır, onun da ayrıca nişanı olmalıdır. Əlavə olaraq, tariflərlə bağlı da lövhələr quraşdılırır.

Nəticədə, küçə bu cür nişanlarla "kirlənir". Standartlar mütləq dəyişməlidir, nişanların ölçüsünü şəhər daxilində kiçiltmək olar, bəzilərindən imtina etmək və yaxud mənasını birləşdirmək olar.

Müqayisə üçün, 🇸🇪 Stokholmda sıravi bir küçə. Lövhələr çox olsa da, onlar kiçildilib və görüntünü pozmur. Şəhər daxilində zatən yüksək sürətlə avtomobil idarə edilməməlidir və bu halda vaxtında bütün nişanları görmək mümkündür.

#vizualzibillik
🚇 "Xırdalana metro!"

Post-sovet ölkələrində bir "metro cəmiyyəti" var. O, şəhərin statuslu olduğunu göstərir və digər ictimai nəqliyyat vasitələrindən daha operativ və tez işləyir. Buna görə şəhər sakinləri ancaq yerin altında hərəkət edən metro istəyir və bu metronu mümkündürsə öz məhəllələrinə çəkilməyini gözləyirlər. Lakin bu zaman heç kim bura sərf olunan maliyyəni, vaxtı, fizika qanunlarını və s. fikirləşmir.

Dünyada isə vəziyyət tam fərqlidir. Onlar düşünürki metro maşınların rahat hərəkət etməyi üçün yerin altına "basdırılmış" tramvaydır. Həmçinin, yerüstü tramvay daha cəlddir, daha tez və ucuz başa gəlir. Buna görə də, bu "metro cəmiyyəti" Avropada demək olarki yoxdur.

🇨🇭 Məsələn 1973-cü ildə Sürix şəhərində referendum keçirildi - metro xətləri salınsın ya yox. Cavab verənlərin 57%-i "Yox" dedi. Qərara gəldilər ki, mövcüd tramvay və dəmir yolları sakinlərin bütün ehtiyaclarını ödəyir. Metroya xərclənəcək pula isə mövcüd tramvay/dəmir yolları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutuldu.

Hazırda Sürixin ictimai nəqliyyatı dünyanın ən yaxşı və inkişaf etmiş ictimai nəqliyyatlarından biri hesab olunur.

Biz isə əlimizdən gələni edirik ki, bu mövzüda az məlumatlı olan vətəndaşlarımızı daha çox məlumatlandıraq və düzgün nöqtəyə bir yerdə vurmaqla şəhərimizin ictimai nəqliyyatını yüksək səviyyəyə çatdıraq. Məsələn, Xırdalana metro istəməkdənsə mövcüd dəmiryol şəbəkəsinə əlavə qatarların sayını artırmaq və intervalı minimuma endirməklə bu şəbəkədən yerüstü metro kimi istifadəni istəmək lazımdır.

©️ İlkin Babayev.


#ictimainəqliyyat #metro #tramvay