İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
310 videos
2 files
784 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Qar görə-görə isti Bakıya gəlir 🙂

🚄 ADY-nin yeni dizel sərnişin qatarı.

#dəmiryolu
2026-cı ildə Bakını necə görmək istəyirsiniz?

Niyə soruşuram? Deməli, həmin ildə "Ümumdünya Şəhərsalma Forumu" məhz Bakıda keçiriləcək. Tədbir üçün şəhərimizin seçilməsi səbəblərindən biri də "hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar".

Mən bilmirəm, dəqiq hansı islahatlardan söhbət gedir, amma gəlin bir az real vəziyyətə baxaq:

🔸 Bakının baş planının təsdiqi 4 ildir ki gecikir. Əgər 2026-cı ilə qədər təsdiq olunmasa, bu plan artıq aktuallığını itirəcək. Çünki reallıqlar da dəyişəcək.
🔸 Bakıda heç bir irimiqyaslı urbanistik islahatlardan söhbət belə gedə bilməz. Hardasa kosmetik işlərin görülməsi islahat sayıla bilməz. Biz hələ də səkiləri kəsib yerində parkinq yerləri təşkil edirik.
🔸 İctimai nəqliyyatın inkişafı çox ləngiyir. Müasir və inkişaf edən şəhərin təməli dayanıqlı ictimai nəqliyyatdır.
🔸 Şəhərsalma tam xaotik aparılır. "Tikinti mafiyası" hələ də istədiyi yerdə eybəcər "novostroyka" tikməklə məşğuldur.
🔸 Əsas məsələ: indiyə qədər ölkədə şəhərləri idarə edən vahid idarəedici orqan yoxdur. Yollar, səkilər, yerüstü nəqliyyat, yeraltı nəqliyyat, binalar - bunların hamısı ayrı-ayrı qurumlardadır. Paytaxtın şəhər bələdiyyəsi olmayan Avropa Şurasına üzv olan yeganə ölkəyik.
🔸 Bəli, Qarabağda irimiqyaslı işlər aparılır, bunu görürük. Eyni zamanda, bir müddət əvvəl Füzulinin bir küçəsindən gətirilən misallarda görürük, yenə də müasir standartlar tətbiq olunmur. Laçın şəhərində isə küçələri təmir edəndə səkilər yaddan çıxıb.

Şəhərsalma Komitəsi bundan əvvəl artıq Azərbaycanda iki "Urban Forum" keçirib, dəvətlər də almışam, iştirak etmişəm.

Mən indi bu tədbirin təşkilində iştirak edən insanların və Şəhərsalma Komitəsin zəhmətini yerə vurmaq, onları ruhdan salmaq istəməzdim. Qətiyyən də işlərini diskredatasiya etmək fikrim yoxdur.

🔹 Lakin 2026-cı ildə Bakıda bu tədbirdən çox real və köklü islahatlar görmək istəyərdim. Heç olmasa, qonşu Gürcüstana baxanda utanmayaq.

#ArxKom
🚍🇬🇪 İctimai nəqliyyat islahatından danışsaq, yenə də Tiflisi misal gətirməli olacam.

Burada 6 zolaqları prospekti "daraldaraq", maşınlar üçün cəmi 2 zolaq saxladılar. Qalanı verdilər ictimai nəqliyyata, velosiped yollarına və piyadalara. Bəli, tıxaclarla düzgün mübarizə üsulu məhz budur.

Bəs bu cür sərt qərarlar necə verildi, ictimaiyyətin reaksiyası necə oldu və Bakı nə etməlidir? Bu suallara həmçinin vloqun qonağı, Tbilisidən nəqliyyat mütəxəssisi ilə söhbət etdik.

Yeni videoda Tbilisinin ictimai nəqliyyatına baxırıq və özümüz üçün nəticələr çıxarırıq.

➡️ https://youtu.be/xIASZ0aqST0

❗️ Dostlar, kanala dəstək olanların sayı, təəssüf ki, uzun müddətdir artmır. Xatırladım ki, vloqların çəkilişi və bu cür maarifləndirmə işlərinin aparılması maddi dəstək tələb edir. Patreon-da sizə uyğun olan məbləğdə bizə daimi şəkildə dəstək göstərsiniz belə, videoların davamlı olmasında böyük bir tövhəniz olacaq. Digər üsuallar burada.

#vloq #Tbilisi
🚄 Teslanın pilotsuz sürətli qatarı.

Təsəvvür edin, Tesla ictimai nəqliyyat ilə məşğul olmağa başlayır və belə bir yüksəksürətli pilotsuz qatar icad edir.

Adı “Gigarail” ola bilər və süni intellekt həmin qatarları bu cür görür.

📸 Vizuallar: Danphilibin
⬆️ Yenidən təşkil olunan yolayrıcısında bəyəndiyim məqamlar.

Artıq 2 gündür ki, Səməd Vurğun və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində hərəkət sxemi dəyişib. Küçənin bir hissəsində (H. Əliyev Sarayının arxası) ikitərəfli hərəkətə icazə verilib.

🔹 Bu, lazımsız yürüşlərin sayını azaldacaq. Ümumiyyətlə şəhər daxilində geniş birtərəfli küçələr yaxşı təcrübə deyil. Vaxtilə bunu “tıxaclar azalsın” bəhanəsi ilə tətbiq edirdilər, lakin bu gün biz bilirik ki, tıxaclarla mübarizə üsulları başqadır.

🔹 Eyni zamanda, bu yenilikdə diqqətimi çəkən daha bir məqam təhlükəsizlik adacıqlarıdır ki, sürücüləri istiqamətləndirir və yolun həddindən artıq geniş olan hissələrini daraldır ki, heç kim xaos yaratmasın və kəsişməni sürətlə keçməyə həvəslənməsin.

Fotolarda gördüyünüz boyalanmış adacıqları gələcəkdə fiziki olaraq səkiyə qatmaq olar.

Bonus olaraq da, buradakı piyada keçidlərinə panduslar da təşkil etdilər.
🇷🇺🇵🇱 Maraqlı təsadüfdür.

Demək olar ki, eyni vaxtda Moskvada Polşa istehsalı olan tramvaylar xətdən çıxarılır, Polşada isə Rusiya (SSRİ) istehsalı qatarların istismarı dayandırılır.

Moskva Polşa isteshalı olan tramvaylara sanksiyalara görə qulluq edə bilmir, Varşava metrosu isə öz qatarlarını Kiyevə hədiyyə edir.

#metro
🚇🇬🇪 Metrodan danışarkən, Tiflisdən də xəbər var.

Dövlət büdcəsindən Tbilisi metrosunda 475 milyon avro ayrıldı ki, şəhər meriyası qatarları yeniləsin.

Son videoda artıq sizə göstərmişdim ki, Tbilisidə köhnə, SSRİ vaxtından qalan köhnə qatarlar hərəkət edir (81-717). Kosmetik təmirdən keçsə də, qatarlar heç bir müasir standartlara cavab vermir. Nə kondisionerləri var, səs səviyyəsi çox yüksəkdir, vaqonlar arası keçid yoxdur, bir sözlə Bakıda da belələrini hələ də görürük.

🔹 Əksər post-sovet ölkələri (Azərbaycan daxil olmaqla) qatarları Rusiyadan alır. Lakin Gürcüstanın siyasətini nəzərə alaraq, düşünürəm ki, qonşularımız bu səfər ruslara üz tutmayacaq. Misal üçün, 🇰🇿 Almatı şəhəri "Hyundai" şirkətindən metro qatarları alıblar (sağ fotoda). Tiflis də bu yol ilə gedə bilər. Və yaxud 🇪🇺 Avropadan danışıqlar apara bilər. Hələ dəqiq məlumat verilmir.

🔹 Gürcüstanın sosial mediyasında şərhlər oxudum ki, vətəndaşlar daha çox xətlərin və stansiyaların inkişafına yatırım etməsini tələb edir. Sözlərində həqiqət var, lakin unutmayaq ki, bu şəhər eyni zamanda yerüstü nəqliyyatını sürətlə inkişaf etdirir, avtobuslar demək olar ki, metro kimi fasiləsiz və cədvəl üzrə işləyir.

Odur ki, vəziyyət Bakıdakı kimi kritik deyil, baxmayaraq ki, bizdə də metroya güclü investisiyalara ehtiyac var.

#Tbilisi #metro
🚷 Tələbələr və müəllimlər səki olmadığı üçün hər gün yol ilə gəzməli olur.

💬 İzləyici yazır:

“Salam. Bura şəhərin mərkəzi hissələrindən sayıla biləcək Nəsifbəy Yusifbəyli küçəsinin Gənclik metrosundan üzü Azadlıq prospektinə gedən hissəsidir. Bu yolda hər gün yüzlərlə insan hər iki tərəfdən yolun hərəkət hissəsilə getmək məcburiyyətində qalırlar, kadrlarda göründüyü kimi. Səbəb isə yenə də normal səkinin olmamasıdır.

Bu yolun hər 2 istiqamət üzrə 2 zolağı var, ancaq əks istiqamətdə, yəni Azadlıq prospektindən üzü Gənclik metrosu istiqamətinə, daha dəqiq desək Ceyhun Hacıbəyli küçəsindən Vaqif prospekti isqamətinə gedən hissəsində çox az maşın gedir. O istiqamətdən 1 zolağı kəsib hər 2 tərəfdən səkiyə qatmaq bu yolda hərəkət edən yüzlərlə insanın həyatını təhlükədən xilas edə bilər.

Qeyd edim ki, həmin istiqamətdə Azərbaycan Universiteti yerləşir və bu insanların əksəriyyəti tələbələr və muəllimlərdilər.”

#səkilər
❗️ 8 noyabr prospekti daha bir piyadanın canını aldı.

Az qala 24/7 bu haqda danışılır bu səhifədə, amma yenə də problemin kökünü başqa yerdə görürük.

🚷 Biz deyəndəki, yeraltı və yerüstü piyada keçidləri ləğv edilməlidir, bu prospektdə normal eynisəviyyəli keçidləri təşkil olunmalıdır, bizə şərhlərdə yazırlar: "Nə danışırsınız, yerüstü keçid yaxşıdır! Təhlükəsizdir! Sadəcə piyadalar məsuliyyətsizdir!".

🔸 Nə qədər ki, biz piyadaları günahlandıracağıq, nə qədər ki "keçiddən istifadə etmirlər, məsuliyyətsiz piyadalar" nəzər nöqtəsindən çıxış edəcəyik, bir o qədər də vəziyyət düzəlməyəcək.

#qəzalar #8noyabrprospekti
İnsan yönümlü şəhərlər ️
❗️ 8 noyabr prospekti daha bir piyadanın canını aldı. ⠀ Az qala 24/7 bu haqda danışılır bu səhifədə, amma yenə də problemin kökünü başqa yerdə görürük. ⠀ 🚷 Biz deyəndəki, yeraltı və yerüstü piyada keçidləri ləğv edilməlidir, bu prospektdə normal eynisəviyyəli…
⬆️ Bugünki hadisə ilə bağlı müxtəlif səhifələrdə şərhləri oxuyuram və dəhşətə gəlirəm (şəkildə sadəcə bir misal).

Düzdür, təəcüblənmirəm, ilk dəfə deyil. Lakin üzücü odur ki, biz problemin kökünü görmürük.

Yenə də kim piyadanı, kim sürücünü günahlandırır. İnfrastrukturda və küçənin səhv quruluşunda heç kim problem görmür.

Dərd həmçinin orasındadır ki, dövlət qurumlarının əksəriyyəti də eyni düşüncədədir.

Ən bəd xəbər isə odur ki, bu düşüncə (ilk növbədə yüksəkvəzifəli məmurlarda) dəyişməyənə qədər, küçələr hələ çox can alacaq.

⚠️ Xahiş edirəm, bu cür videoları səhifənizdə paylaşın, bu çətin maarifləndirmə prosesində mənə kömək edəsiniz.
⬆️ Gəlin, 8 Noyabr prospektinə bir daha qayıdaq və buradakı piyadalar üçün nəzərdə tutulmuş "şəraitə" diqqət yetirək.

Baxmayaraq ki, qanunda müəyyən olunub ki, yaşayış məntəqələrində piyada keçidləri arasında maksimum məsafə 300 metr ola bilər, buradakı keçidlər arasında hətta 1 km-dən çox olan yerlər var.

🚍 Burada kifayət qədər avtobus dayanacaqları var ki, onların yanında piyada keçidləri və bəzi yerlərdə səkilər ümumiyyətlə yoxdur.

Bu cür şəraitdə piyadalar nə etməlidir? Yenə də onları qınayaq, təhqir edək?

❗️ Yanaşma 180 dərəcə dəyişməlidir. Şəhərin əsas prospektlərindən biri tam sıfırdan layihələndirilməlidir, insanların hərəkəti nəzərə alınmalıdır, küçələrdəki soyqırıma son qoyulmalıdır.