🚍 Bakıda daha bir avtobus zolağı salınıb. Bu səfər Zivərbəy Əhmədbəyov küçəsində.
⠀
Çoxdandır ki, belə təcrübə yox idi. Ümid edirəm, nəzarət mexanizminə də yanaşma dəyişəcək. Daha tutumlu nəqliyyat prioritetlə olmalıdır. Avtobus tıxacsız getməlidir ki, cəlbedici olsun.
#avtobuszolağı

👍34❤12👏1
Cari vəziyyət və xəyallar.
⠀
🔹 Dizayner Rəsul Həsən Dəmiryol vağzalı meydanının önünü parkinqsiz variantını göstərib.
⠀
Bir gün mütləq belə olacaq, çünki bu yolu çox ölkələr keçib. Əslində, 100 il əvvəl bu meydan məhs belə idi, maşınsız.
#vağzalmeydanı

❤29👍9😢1
🅿️ Ödənişli parklanma haqqında digərləri danışmadığını biz dedik.
⠀
Yeni video üçün Mərkəz və ən bahalı zonaya aid Xəqani küçəsində Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təmsilçisi Tərlan Səfərov və müstəqil nəqliyyat eksperti Rauf Ağamirzəyev ilə gəzişib söhbət etdim, gündəmdə olan sualları ünvanladım.
⠀
❓ Parkovşiklərin axırı necə olacaq? Tarifləri kim və necə hesablayıb? Rəsmi toplanan pullar hara gedəcək, necə xərclənək? Ən əsası, bu urbanistik islahatdan gözləntilər nədir?
⠀
Ətraflı yeni videoda: https://youtu.be/n8t3KGQsJGg
⠀
P.S. Bizə Patreon-da daimi dəstək göstərənlərə təşəkkür etmək istəyirəm. Həmçinin, işimə dəstək göstərmək istəyənlər mənə buradan kofe ala bilər.
#parklanma #vloq #TərlanSəfərov

YouTube
Bakıda gecikmiş islahat: Rəsmi ödənişli parklanma işləyəcəkmi?
Artıq Bakının iki küçəsində rəsmi ödənişli parklanma qüvvəyə minib. Yeni video üçün mərkəz və ən bahalı zonaya aid Xəqani küçəsində Yerüstü Nəqliyyat Agentliyinin təmsilçisi Tərlan Səfərov və müstəqil nəqliyyat eksperti Rauf Ağamirzəyev ilə gəzişib söhbət…
👍20❤5😁1
❓ İnsan yönümlü küçə nə edə bilər?
⠀
Misal üçün dövlət büdcəsinə külli miqdarda pul gətirə bilər. 💵
⠀
Bunun bir misalı Lankaster şəhəridir (ABŞ, Kaliforniya). 2010-cü ildə bu küçədə əsaslı təmir işləri görülüb, hərəkət zolaqlarının sayını azaldıblar, ağaclar əkiblər, daha çox piyadaları bura cəlb ediblər. Bəzi günlərdə bu küçəni isə maşınlar üçün təmamilə bağlayırlar.
⠀
🔹 Beləliklə, bura biznesi cəlb etmək olub, 13 il ərzində 800 yeni iş yeri yaranıb. Küçənin təmirinə 11,5 milyon dollar xərclənib, lakin təmirdən sonra küçə 130 milyon dollar investisiya və $273 milyon iqtisadiyyata xeyir gətirib.
⠀
"Burada unikal bir şey yoxdur. Digər şəhərlər də bu təcrübəni təkrar edə bilər. Təkrarı çətin olan bizim şəhər hakimiyyətinin niyyətidir." - Ceyson Kodl, Lankaster şəhərinin meri.
#ABŞ

❤31👍9👏4
🌳 Ağaclar şəhərin kondisioneridir. Bu ifadəni dəfələrlə səsləndirmişəm.
⠀
Bu gün Bakıda “cəhənnəm istisi” hökm sürsə də, bəzi Türkiyə kurortlarında yay bizdən də isti keçir.
⠀
Amma Alanyanın nümunəsində mən hələ keçən il göstərdim ki, ağacların yaratdığı kölgələr havanı 10 dərəcədə daha sərin edə bilər.
⠀
Eyni zamanda vloqda şəhər mühiti və dəniz qırağı haqqında danışmışdım.
⠀
Baxmamısınızsa, məncə əsl vaxtıdır. ⤵️
⠀
https://youtu.be/O_fJ9TTKw24
#vloq #ağaclar

Alanya - bu şəhəri ağaclar xilas etdi | Kurort şəhərindən nəyi öyrənə bilərik?
Alanyada ilin 8-9 ayı çox isti keçir, havanın hərarəti 35-40 dərəcəyədək yüksəlir. Buna baxmayaraq, bu şəhərin küçələrini gəzərkən çoxlu ağaclara rast gəldim ki, onların kölgəsi tərləmədən və yorulmadan piyada gəzməyə imkan verir.
Türkiyənin bu kurort şəhəri…
Türkiyənin bu kurort şəhəri…
❤20👍10
🇺🇸 1946-cı ildə Atlanta şəhərinin məmurları denmişdilər ki, bu yolda 6 zolaq olsa tıxac olmayacaq.
⠀
Reallıq isə budur: ⬆️
⠀
Yolların genişləndirilməsi tıxac problemini həll etmir. Bu hər kəs üçün dərs olmalıdır.
#ABŞ #urbanistika

👍24😱1
❗️ Bu gecə bloger Nicat Şakirli (Nikosayağı) ağır qəzaya düşüb. Avtomobili Heydər Əliyev prospektində TIR-a çırpılıb.
⠀
Nəticədə sərnişin dünyasını dəyişib, özünün isə qolunun amputasiya edilməsi deyilir.
⠀
Qəzanın təfərrütları hələ bilinmir, amma Nicatın ən azı çəkdiyi videolarda bir dəfə də olsun təhlükəsiz kəmərindən istifadə etməsini görməmişəm.
⠀
Yüksək sürət də rol oynayıb güman ki, avtomobilin vəziyyətindən bu görünür. Amma nəyə görə sə, kəmər bağlamaq bizdə hələ də sanki söyüş kimi qəbul olunur. Niyə öz həyatı ilə belə oynasan? 1 milyonluq izləyicisi olan səhifədən əksinə təbliğat kimi istifadə edib kəmər taxmaqla kifayət qədər insanlara təsir edib örnək ola bilərsən.
⠀
Başqa dərd isə şəhər daxilindəki yolların maqistral kimi olmasıdır. Küçə və prospektlər özü belə dizayn edilməlidir ki, istəsən belə oradan 100 ilə bilməyəsən. H.Əliyev prospekti bunun tam əksidir.
⠀
Qəzada həlak olan sərnişinə Allah rəhmət eləsin, Nicata isə şəfa diləyirəm.
#qəzalar

Facebook
Qafqazinfo.az
TƏBİB bloger “Nikosayağı”nın düşdüyü qəza ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə...

👍22😢17💩3
⚡️ Yol qəzalarında yeganə səbəbkar insanlar özləri deyil.
⠀
Yol infrastrukturu özü belə olmalıdır ki, qəza riski minimuma endirilsin. Bunun üçün inkişaf etmiş şəhər və ölkələrdə yolları elə layihələndirirlər ki, orada hərəkət etmək özü-özünə təhlükəsiz olsun. Maşınla, piyada, velosipedlə - fərq etməz.
⠀
📍 Bu gün Heydər Əliyev prospekti maqistral kimi tikilməsəydi, bu həm ağır qəzaların qarşısını alardı, həm daha çox insan daşıya bilərdi, həm də daha yaşıl və səs kirliyindən azad olan bir məkan olardı. 🇳🇴 Oslo şəhərinin nümunəsini əlavə edirəm.
#təhlükəsizlik #visionzero

❤43👍18
💬 Şərhlərdə və şəxsidə bu cür ifadələrə tez-tez rast gəlirəm.
Bir də hərdən yazırlar ki, "sənin maşını yoxdur, paxıllıq edirsən" 🤡
Daimi izləyicilər isə bilir ki, mənim hətta sürücülük təlim mərkəzindən videom var, öz avtomobilimlə onu sınaqdan keçirmişəm.
#şerhlərmuzeyi

😁44👍7💩5
🇧🇪 Bir il əvvəl Brüssel şəhərində "Good move" adlı mobillik planının icrasına başlanılmışdır.
⠀
Proqramın əsas məqsədi şəhərdə tıxacların azaldılması, insanları daha çox velosiped və ictimai nəqliyyata yönləndirilməsi, eyni zamanda yaşayış keyfiyyətinin artırılması idi.
⠀
Təbii ki, bundan əvvəl də Avropa Birliyinin digər şəhərləri kimi Belçikanın paytaxtı da sürətlə insanyönümlüyə doğru inkişaf edir, lakin proqram çərçivəsində bunu daha radikal etməyə başlamışdılar. Bəzi küçələri təmamilə avtomobillər üçün bağlamışdılar.
⠀
Nəticədə:
⠀
✅ Tıxaclar 27% azalmışdır
✅ Məktəbyanı küçələrdə 54% daha az trafik
✅ Velosipedçilərin sayında 36% artım
✅ Daha sakit və təhlükəsiz küçələr
✅ Daha çox piyada zonaları
⠀
❗️ Bütün bunlar bir sıra sakinlərin (daha çox sürücülərin) etirazına rəğmən reallaşdırmışdır.
⠀
🔹 Xatırladım ki, Brüssel Avropanın ilk paytaxtı oldu ki, bütün şəhərdə sürəti 30 km/s-a salmışdır.
#təhlükəsizlik #Brüssel #tıxac

👍30❤4👏4
Yaxşı ictimai nəqliyyat necə olmalıdır? Ətraflı izahı 🇭🇺 Budapeştin nümunəsində.
⠀
İnsanları avtomobillərdən düşürdüb ictimai nəqliyyata yönəltmək istəyirsinizsə, həmin nəqliyyatınız ən azı bu beş vacib kriteriyalara cavab verməlidir.
https://youtu.be/pDTPeuMoFZE?si=00nrOL9WR-teF-0k
⠀
📍 Tam vloqu buradan izləyə bilərsiniz
#vloq #Budapeşt #ictimainəqliyyat

Yaxşı ictimai nəqliyyat necə olmalıdır?
Yaxşı ictimai nəqliyyat necə olmalıdır? Ətraflı izahı 🇭🇺 Budapeştin nümunəsində.
⠀
İnsanları avtomobillərdən düşürdüb ictimai nəqliyyata yönəltmək istəyirsinizsə, həmin nəqliyyatınız ən azı bu beş vacib kriteriyalara cavab verməlidir.
⠀
📍 Tam vloqu buradan…

👍17❤1👏1
🏖 Dəniz qırağı tək "lejanka", "zontik" və restoran anlayışı ilə bitmir. Çimərlik şəhərin ən maraqlı ictimai məkanına çevrilə bilər.
⠀
Burada velosiped zolaqları, kinoteatr və hətta kitabxana (Beach Library) təşkil etmək olar. İcarədən qazanılan pullara isə həmin dəniz qırağına qulluq etmək olar, onu səliqəli saxlamaq olar.
⠀
🇮🇱 İsrail və 🇺🇸 ABŞ-dan maraqlı nümunələr.
#İsrail #ABŞ

👍38❤10