İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
818 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
💬 İzləyici yazır ki, "Xətai park" yaşayış kompleksində sürücülər həyətdə bu cür səkiləri zəbt edib park edir.

Yeraltı parkinqin ödənişli olması bu cür davranışa bəraət qazandıra bilməz. Hər kəs avtomobil alanda onu harada saxladığını düşünməlidir.

Ümumiyyətlə danışsaq isə, yaxşı yaşayış kompleksin həyətində maşınların girişi tam qadağan olmalıdır. Həyət sakinlərin və onların uşaqların ixtiyarına verilməlidir.

P.S. Nömrələri özüm gizlətmişəm, çünki sözügedən məsələdə maşının konkret kimə məxsus olduğu heç bir əhəmiyyət kəsb etmir.

#parklanma #həyətlər
👍21💩2
Bu absurd yerüstü konstruksiya birmənalı olaraq sökülməlidir.

Koroğlu Rəhimov küçəsindəki lazımsız piyada keçidinin yanına getdim və onun şəhər mühitinə nə dərəcədə ziyan dəyməsindən video hazırladım.

"Bu keçidin nəyi pisdir ki" deyən dostlarınız qalıbsa, onlara da mütləq göstərin.

https://youtu.be/2-bhC6xVYIo

#vloq #piyadakeçidləri
👍11🤮31
🆘 Səki özbaşınalığı davam edir.

Daha bir səkinin hesabına parkinq yaradıldığı bildirilir. Parkinq yeni tikilən 9 mərtəbəli yaşayış binasının qarşısında yaradılıb.

İzləyicinin göndərdiyi fotolar Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 23 ünvanında çəkilib. Yolda qalan ağaclar səkinin əvvəl nə qədər geniş olduğunu göstərir.

Paylaşdı: Bakı Gündəliyi

#səkilər
💩12😱4👍1
❗️ Nəhayət ki, Bakı küçələrində sürət azaldılır.

Paytaxtın bir sıra küçə və prospektlərində maksimal sürət həddi azaldılacaq.

Təbii ki, buna narazı olan sürücülər çox olacaq, amma unutmayaq ki, bu siyahıda olan küçələr ən çox qəza olan məkanlardır, ən çox həyat aparan küçələrdir. Əsas səbəb isə çox vaxt yüksək sürətdir.

Qeyd edim ki, inkişaf etmiş ölkələrin şəhərlərində maksimal sürət adətən 50 km/s olur. Belçikanın paytaxtı Brüssel isə ümumiyyətlə 30 km/s-a endirib, bu təhlükəsizliyi xeyli artırıb. Gələn ildən Milan da belə addım atacaq.

Paylaşdı: BNA / Vüsal Kərimli

#təhlükəsizlik
👍222
💡 Deyirlər ki, yolda sürət həddi aşağı salınsa yolun buraxma qabiliyyəti düşür və nəticədə tıxac yaranır.

Lakin elə şeyləri iddia edənlər səbəb və nəticəni çaşdırır.

Bəli, axın sıx olanda yola daxil olan hər bir əlavə nəqliyyat vasitəsi axının sürətini da da azaldır.

Amma yolun maksimal buraxma qabiliyyəti axının müəyyən sürətində nail olunur.
30-40 km/s arasında yolun maksimal buraxma qabiliyyəti əldə olunur.

Daha yüksək sürətlə hərəkət edən axının sıxlığı daha aşağı olur, çünki istər-istəməz avtomobillər arasında daha uzun ara məsafəsi tələb olunur.

(c) Transport for Baku.
👍22
❗️ Bugünki mövzu çoxlu suallar və mübahisələr yaratdı. Gəlin, bunu canlı yayımda müzakirə edək.

🔹 Birdən birə 14 yerdə niyə sürət azaldılır?
🔹 İndi bu yaxşı addımdır ya pis? Tıxac olacaq?
🔹 Sürücülərin reaksiyası niyə belə sərtdir?
🔹 Bunu daha yaxşı təqdim etmək olardımı?

Bu gün saat 22:00-da "Transport for Baku" ilə canlı müzakirə aparacağıq.

Siz də qoşulub suallarınızı verə biləcəksiniz. Hər bir fikri dinləməyə hazırıq. Bircə söyüş söyməyin 😁
16👍5
Live stream scheduled for
Live stream finished (1 hour)
🛣 Maksimum icazə verilən sürətə gəlincə. Digər ölkələrdə vəziyyət necədir?

🔹 Maraqlıdır ki, əksər Avropa ölkələrində, o cümlədən bizə hər tərəfdən bizə ən yaxın Türkiyədə siz şəhər daxilində 50 km/s-dan çox maşın sürə bilmərsiniz? Bəli, kimsə deyə bilər ki, Almaniyada maqistrallarda sürət limiti ümumiyyətlə yoxdur. Amma maqistral yolları və şəhər küçələri səhv salmaq olmaz. Bu iki tam ayrı-ayrı bir məkanlardır, onların funksiyası başqdır.

🔹Keçmiş post-sovet ölkələrindən Ukrayna və Moldova artıq sürəti aşağı salıb. Güman ki, Gürcüstan da bu addımı yaxın illərdə atacaq. Yüksək sürət ağır qəzaların əsas səbəblərindən biri olaraq qalmasını nəzərə alaraq, Azərbaycanda şəhər daxilində sürəti 50 km/s-a endirilməlidir.

#təhlükəsizlik #infoqrafika
👍162👏1
‼️ Düz yolayrıcının ortasında, iki piyada keçidini kəsməklə, pandusun qabağını kəsməklə belə maşın saxlamağın nə əsaslandırması olmalıdır?

Belə hörmətsizlik olar?

Foto Hökümət Evinin yaxınlığında çəkilib, burada 2-mərtəbəlik yeraltı qaraj var.
💩15🤮4👍1
🇭🇺 Gözəl Budapeştdən növbəti vloq!

Bu yaxınlarda yenə bu insan yönümlü şəhərə səfər etdim, buranın urbanistik həlləri ilə tanış oldum. Yeni videoda bu gəzintiyə qoşulmağa sizə də dəvət edirəm:

https://youtu.be/NEorHE_0DV8

🔗 Hazırladığım videobloqlara və İnsan yönümlü şəhərlər layihəsinə maddi dəstək buradan göstərə bilərsiniz. Dəstəyiniz sayəsində, yeni və maraqlı kontent davamlı olacaq.

#vloq #Budapeşt
15👍1