STEAM AZERBAIJAN Channel
836 subscribers
1 photo
1 video
100 links
The Official Project of the Ministry of Science and Education of the Republic of Azerbaijan
Download Telegram
​​Beynin idmanı üçün bəzi #məsləhətlər:

1) Dərs çalışarkən ilk öyrənilənlər, son öyrənilənlər, tez-tez təkrarlananlar və maraqlı gələnlər ən çox beyində qalanlardır. Dərsləri qısa aralar verərək çalışmaq daha faydalıdır.
2) Bol və təmiz oksigen beyin üçün çox önəmlidir. Açıq havada və ya təbiətdə vaxt keçirin. / Uzun müddət hərəkətsiz qalmaq, zehini də hərəkətsizləşdirir. İdmanla məşğul olun! / Yaxşı bir yuxu, keyfiyyətli bir beyin üçün şərtdir!
3) Zehni gimnastika edin. Maraqlı kitablardan bir neçə cümlə oxuyun, müxtəlif bilməcələri həll edin, hər gün bir neçə xarici yeni söz öyrənin. Beyninizi keyfiyyətli cümlələrlə qidalandırın!
4) Gündəlik olaraq təkrarladığınız davranışlardan imtina edin. Bəzən kitabı və ya telefonu sol (sağ) əlinizdə tutun, çantanızı digər əlinizlə daşıyın və s. Həyatınızı nə qədər rəngləndirsəniz, beyninizi o qədər şadlandırarsınız!

#MakeYourBrainWork #EduAz #ARTİ #STEAMAZERBAİJAN
​​16.02.2021-ci il tarixində Təhsil Institutunun “STEAM” layihəsi ilə ORT-İsrael məktəblər şəbəkəsinin əməkdaşlığı çərçivəsində onlayn görüş keçirilib.
Qeyd etmək lazımdır ki, 2018- ci ildən başlayaraq ORT-İsrael və AR Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində 100-dən çox müəllim İsrailin müxtəlif şəhərlərində STEAM təlimlərində iştirak etmişdir.
.
On the 16th of February 2021, the virtual meeting was held within the framework of cooperation between the project "STEAM" of the Institute of Education and the educational network "ORT-Israel".
#Əməkdaşlıq #Təhsilİnstitutu #STEAM #ORTİsrael #Cooperation #Partnership #Online #Education #EduAz #ARTİ #STEAMAZERBAİJAN
​​"Azərbaycanda da tətbiq olunan #STEAM təhsili nədir?"
Bele bele ishler tərəfindən hazırlanan videoçarx.

#STEAMTəhsilMetodu #BeləBeləİşlər #WhatisSTEAM #PBL #Robotics #Engineering #Science #EduAz #ARTI #STEAMAZERBAIJAN
​​"STEAM - qabaqcıl təhsil modeli."

ATV Səhər proqramında STEAM layihəsi haqqında.
#STEAM #Layihə #Dərs #ATV #EduAz #ARTİ #STEAMAZERBAİJAN
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika müəllimliyi fakültəsinin tələbələri üçün STEAM təlimləri keçirilib.
Ətraflı: http://steam.edu.az/news/13/144

#Təlim #ADPU #STEAM #3D #Design #Microbit #Coding #Students #EduAz #ARTI #STEAMAZERBAIJAN
​​"Makerthon" yarışmasının final günündən foto icmal.
Təhsil İnstitutu və STEAM layihəsi əməkdaşlarından ibarət olan münsiflər heyəti tərəfindən yarışmanın qalibləri seçilib, daha sonra mükafatlandırma mərasimi keçirilib.
#Final #Makerthon #Makers #Coders #1June #HappyChildrensDay #ARTİ #STEAMAZERBAİJAN
​​Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və STEAM layihəsinin dəstəyi ilə təşkil olunan "Smart School" yarışmasının final mərhələsi keçirilib.

Yaxın günlərdə qalibərin elan olunması və təltif edilməsi mərasimi keçiriləcək.

#SəbailRayonİcraHakimiyyəti #TəhsilNazirliyi #STEAMAzərbaycan #Əməkdaşlıq #SmartSchool #Competition #EduAz #ARTİ #STEAMAZERBAİJAN
​​#YayMəktəbi

STEAM dərsləri maraqlı və əyləncəli keçir. Şagirdlər XXI-ci əsr texnologiyaları ilə əyani şəkildə tanış olur və tətbiq edirlər.

#STEAM #Dərsləri #Modullar #SummerSchool #Drone #Technology #CNC #ART #EduAz #ARTİ #STEAMAZERBAİJAN
​​STEAM Azərbaycan layihəsinin və Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksinin əməkdaşlığı çərçivəsində keçirilən təlimlər uğurla başa çatıb.

#Təlimlər #İnnovative #STEAM #Trainings #EduAz #ARTİ #STEAMAZERBAİJAN
​​#Həftəninİcmalı
Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi "Media və təhsil dialoqu" təlimində STEAM layihəsi haqqında ətraflı məlumat verilib.

#Media #Təhsil #STEAM #EduAz #ARTİ #STEAMAZERBAİJAN
​​Əziz müəllimlər, hər birinizi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik!

Peşə bayramınız mübarək!
#Müəllimlər #Günü #TeachersDay #STEAM #EduAz #ARTi #STEAMAZERBAIJAN
​​Təhsil dronlarından kənd təsərrüfatı dronlarına!

Çox yaxında...

#CoomingSoon #Agriculture
#Drone #DJİ #EduAz #ARTİ #STEAMAZERBAİJAN
​​Oktyabr ayından etibarən STEAM layihəsi tətbiq olunan məktəblərdə keyfiyyətin artırılması məqsədilə monitorinqlərə başlanılıb.

#Monitorinq #STEAM #EduAz #ARTİ #STRAMAZERBAİJAN
SAF 2021 - STEAM Azerbaijan Festival.
#Yarış #Öyrən #Əylən

Təhsil Nazirliyinin STEAM Azərbaycan layihəsi çərçivəsində 6-11-ci sinif şagirdləri üçün 9-10 dekabr 2021-ci il tarixlərində Baku Expo Mərkəzində "STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək!

Ətraflı məlumat və qeydiyyat üçün: www.saf.steam.edu.az

#SAF2021 #STEAM #Azerbaijan #Festival #ARTI #EduAz #STEAMAZERBAIJAN
​​Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə UNICEF arasında imzalanmış 2021-2025-ci illər üzrə Ölkə Proqramından irəli gələn İllik Fəaliyyət Planına əsasən Unicef Azerbaijan ilə STEAM Azərbaycan layihəsinin əməkdaşlığı çərçivəsində keçirilən "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" layihəsində iştirakı üçün seçim mərhələsinə start verilmişdir.

Bərdə, Lənkəran, Tovuz, Şirvan, Sabirabad olmaqla ölkənin 5 bölgəsində həyata keçiriləcək proqramın əsas məqsədi qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.

#STEAM #DigitalSkills #Girls #Unicef #Azerbaijan #EduAz #ARTI #STEAMAZERBAIJAN
​​Yanvarın 9-da STEAM layihəsi tətbiq olunan məktəblərdə tədris prosesinə dəstək məqsədilə ilin ilk monitorinqlərinə start verildi.

#Monitoring #EduAz #ARTİ #STEAMAZERBAIJAN