STEAM AZERBAIJAN Channel
837 subscribers
1 photo
1 video
100 links
The Official Project of the Ministry of Science and Education of the Republic of Azerbaijan
Download Telegram
​​1 fevral tarixindən "Dərs vaxtı" proqramında STEAM dərslərinin yayımına start veriləcək.
Təhsil Nazirliyinin dəstəyi ilə həm Azərbaycan, həm də rus bölmələri üçün hazırlanan STEAM dərslərini "Mədəniyyət" kanalından, eyni zamanda, Təhsil Nazirliyinin və STEAM Azərbaycan layihəsinin rəsmi sosial media hesablarından izləyə biləcəksiniz.
STEAM dərslərinin yayım vaxtını "Dərs vaxtı"nın hər gün paylaşılan cədvəlindən öyrənə bilərsiniz.
#DərsVaxtı #MədəniyyətTV #Innovation #Education #STEAAZERBAIJAN
​​4 fevral - dünya şöhrətli azərbaycanlı, qeyri-səlis məntiq nəzəriyyəsinin ixtiraçısı, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadənin 100 yaşının tamam olduğu gündür.

“Dəyişikliklər inkişafa aparan mühüm istiqamətdir, təhsil sahəsi hər zaman yeniləşməlidir.”

#GününTarixi #LoftiZadeh #FuzzyLogic #Innovation #Education #STEAMAZERBAIJAN
​​16.02.2021-ci il tarixində Təhsil Institutunun “STEAM” layihəsi ilə ORT-İsrael məktəblər şəbəkəsinin əməkdaşlığı çərçivəsində onlayn görüş keçirilib.
Qeyd etmək lazımdır ki, 2018- ci ildən başlayaraq ORT-İsrael və AR Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində 100-dən çox müəllim İsrailin müxtəlif şəhərlərində STEAM təlimlərində iştirak etmişdir.
.
On the 16th of February 2021, the virtual meeting was held within the framework of cooperation between the project "STEAM" of the Institute of Education and the educational network "ORT-Israel".
#Əməkdaşlıq #Təhsilİnstitutu #STEAM #ORTİsrael #Cooperation #Partnership #Online #Education #EduAz #ARTİ #STEAMAZERBAİJAN
​​STEAM layihəsinin əhatəsinin genişləndirilməsi prosesi uğurla davam edir!
Quba – Xaçmaz bölgəsi üzrə şagirdlərimiz də Quba şəhərində yeni yaradılan STEAM Mərkəzinin imkanlarından faydalana biləcəklər.
STEAM mərkəzlərin sayının il yarım ərzində 15-ə çatdırılması nəzərdə tutulur.

#Quba #STEAM #Center #Innovation #Education #STEAMAZERBAIJAN
​​Astara rayonu üzrə STEAM layihəsi tətbiq olunan məktəblərin şagirdləri üçün Şirvan STEAM Mərkəzinə ekskursiya təşkil olunub.
#ŞirvanSTEAMMərkəzi #Əməkdaşlıq #Astara #Shirvan #STEAM #Center #İnnovation #Education #STEAMAZERBAİJAN
​​24 yanvar - Beynəlxalq Təhsil Günü.

Təhsil naziri Emin Əmrullayev Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin nəznində yaradılan STEAM Mərkəzinin açılışında iştirak edib.

#Beynəlxalq #TəhsilGünü #TəhsilNaziri #EminƏmrullayev #SabirabadSTEAMCenter #New #Opening #Innovative #Education #Robotics #PBL #EduAz #STEAMAZERBAIJAN
​​Aprelin 21-i Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin nəznində yaradılan STEAM Mərkəzin açılışı baş tutub.

#TovuzSTEAMCenter #İnnovation #Education #EduAz #STEAMAZERBAİJAN
​​Aprelin 21-də daha bir STEAM Mərkəzinin açılışı baş tutmuşdur.
Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin nəznində Şəmkir STEAM Mərkəzi yaradılıb.

#ShamkirSTEAMCenter #İnnovation #Education #EduAz #STEAMAZERBAİJAN