STEAM AZERBAIJAN Channel
834 subscribers
1 photo
1 video
100 links
The Official Project of the Ministry of Science and Education of the Republic of Azerbaijan
Download Telegram
​​Beynin idmanı üçün bəzi #məsləhətlər:

1) Dərs çalışarkən ilk öyrənilənlər, son öyrənilənlər, tez-tez təkrarlananlar və maraqlı gələnlər ən çox beyində qalanlardır. Dərsləri qısa aralar verərək çalışmaq daha faydalıdır.
2) Bol və təmiz oksigen beyin üçün çox önəmlidir. Açıq havada və ya təbiətdə vaxt keçirin. / Uzun müddət hərəkətsiz qalmaq, zehini də hərəkətsizləşdirir. İdmanla məşğul olun! / Yaxşı bir yuxu, keyfiyyətli bir beyin üçün şərtdir!
3) Zehni gimnastika edin. Maraqlı kitablardan bir neçə cümlə oxuyun, müxtəlif bilməcələri həll edin, hər gün bir neçə xarici yeni söz öyrənin. Beyninizi keyfiyyətli cümlələrlə qidalandırın!
4) Gündəlik olaraq təkrarladığınız davranışlardan imtina edin. Bəzən kitabı və ya telefonu sol (sağ) əlinizdə tutun, çantanızı digər əlinizlə daşıyın və s. Həyatınızı nə qədər rəngləndirsəniz, beyninizi o qədər şadlandırarsınız!

#MakeYourBrainWork #EduAz #ARTİ #STEAMAZERBAİJAN