STEAM AZERBAIJAN Channel
836 subscribers
1 photo
1 video
100 links
The Official Project of the Ministry of Science and Education of the Republic of Azerbaijan
Download Telegram
​​Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə UNICEF arasında imzalanmış 2021-2025-ci illər üzrə Ölkə Proqramından irəli gələn İllik Fəaliyyət Planına əsasən Unicef Azerbaijan ilə STEAM Azərbaycan layihəsinin əməkdaşlığı çərçivəsində keçirilən "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" layihəsində iştirakı üçün seçim mərhələsinə start verilmişdir.

Bərdə, Lənkəran, Tovuz, Şirvan, Sabirabad olmaqla ölkənin 5 bölgəsində həyata keçiriləcək proqramın əsas məqsədi qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.

#STEAM #DigitalSkills #Girls #Unicef #Azerbaijan #EduAz #ARTI #STEAMAZERBAIJAN