💯 Müəssər və baryersiz Mərkəzi Park.
⠀
Bakının bu parkında həm köhnə, həm yeni açılmış ərazisi demək olaraq 100% əlçatan və baryersizdir. Mərkəzi Parkda insanların hərəkəti üçün yaradılan şərait şəhərimizin küçələrinə bir nümunə olmalıdır.
#yaxşınümunə

👍39❤6
🌨️ Bakıya bütün qış boyu qar yağsaydı, bəlkə də biz daha inkişaf etmiş olardıq.
⠀
Və bu zarafat deyil. Deyə bilərsiniz ki, bəs 1 gün yağan kimi hər yer iflic olur, 3 ay olsa nə edərik?
⠀
Elə səbəb də budur. Bizdə qarlı günlərin sayı az olduğundan, istər yol, istər kommunal xidmətlər buna ciddi yanaşmırlar. "Əşşi, 1-2 gün yağıb əriyər, bir təhər yola verərik" prinsipi irəli sürülür.
⠀
Necə ki sürücülərimizin əksəriyyəti maşınlar üçün qış təkəri almır, bunlar da belə.
⠀
Amma 🇨🇦 Kanada və yaxud 🇫🇮 Finlandiyada sizin belə arqumentiniz yoxdur. Ona görə bu ölkələrdə hətta qışda velosiped sürmək üçün şərait yaradırlar.
Birinci fotoda - Bakı bu gün. İkinci fotoda - Monreal, Kanada.
⠀
P.S. Haqlı olaraq deyə bilərsiniz, bəs bəzi regionlara tez-tez qar yağır, niyə şərait yoxdur? Dostlar, nəzərə alın ki, bizim heç bir regiona paytaxt qədər pul ayrılmır.
#velosipedzolaqları

👍21
💬 Tıxacları azaltmaq üçün yolları genişləndirmək yox, daraltmaq lazımdır.
⠀
Memar Dilqəm İsmayılov urbanistikanın əsas prinsipləri haqqında videosunu izləməyi tövsiyə edirəm.
⠀
🔹 Mən isə xatırlayıram ki Dilqəm ilə keçən ay ətraflı olaraq Bakının memarlığə haqqında danışmışdıq. Baxmamısınızsa, mütləq izləyin.

YouTube
Yaxşı şəhər kasıbların maşın sürdüyü deyil, varlıların da ictimai nəqliyyata mindiyi şəhərdir
"Time TV" urbanist, memar Dilqəm İsmayılovla müsahibəni təqdim edir. Müzakirə etdiyimiz mövzu Bakıdakı tıxaclar və yol infrastrukturu oldu.
TIME TV MEDIA GROUPUN RƏSMİ YOUTUBE KANALIDIR VƏ BÜTÜN HAQLARI BEYNƏLXALQ QANUNLARLA QORUNUR. MATERİALLARDAN İSTİFADƏ…

👍13❤1
🇮🇹 Daha bir Avropa şəhəri sürəti 30 km/saata endirir.
⠀
2024-cü ilin yanvar ayından etibarən bütün Milanda (bir neçə küçə istisna olmaqla) icazə verilən sürət 30 km/saata endiriləcək.
⠀
Bundan əvvəl Paris və Brüssel belə bir cəsarətli tədbir görüblər. Və onların təcrübəsi göstərir ki, bu, tıxacların artmasına səbəb olmayıb.
⠀
⚠️ Xatırladım ki, bir neçə aydır ki, Bakının mərkəzi küçələrində də sürət 30 km/saata endirilib. Bir çox sürücü bunun tıxaclara səbəb olacağını desə də, bu heç bir fəlakətə səbəb olmadı.
#təhlükəsizlik

👍22
❗️Bu prospekt insanları öldürür.
⠀
"8 noyabr", keçmişdə Nobel prospekti, Bakının ən təhlükəli küçələrinin siyahısındadır.
⠀
Burada yol genişdir, lakin tez-tez tıxaclar və qəzalar müşahidə olunur. Piyada keçidləri var, amma piyadalar müntəzəm olaraq burada vurulur. Niyə?
⠀
🔹 Bu suala müasir şəhərsalma baxışından yanaşsaq, cavabı tapmaq olar. Gəlin, bu prospekti birgə gəzişək və səbəbləri araşdıraq.
⠀
Xoş seyrlər ⤵️
⠀
https://youtu.be/YKY64hfLkV0
#vloq #8noyabrprospekti

İnsanları öldürən küçə | "8 noyabr" prospektini gəzirik
💰 Kanala dəstək göstərmək istəyənlər üçün:
https://patreon.com/city4people
https://city4people.az/destek/
--------
Keçmişdə Nobel prospekti, hazırda "8 noyabr" prospekti Bakı şəhərinin ən təhlükəli küçələrinin siyahısındadır. Burada tez-tez qəzalar olur…

❤10👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Gəlin, sizə Bakı şəhərinin ən mənasız yeraltı piyada keçidi haqqında danışım.
⠀
Xəqani Rüstəmov küçəsi və 8 Noyabr prospektinin kəsişməsi.
➡️ Tam video burada.

👍23
This media is not supported in your browser
VIEW IN TELEGRAM
♿️ 🚫 "Bir təkərli əlil arabası üçün pandus?!".
⠀
Bu videonu izləyici göndərib və bu daha bir sübutdur ki, şəhərdə yeraltı-yerüstü piyada keçidləri nə dərəcədə əlverişsizdir.
⠀
❗️ Sona qədər izləyin və belə keçidləri müdafiə edən dostlarınız ilə paylaşın.
#piyadakeçidləri

💩14😢2👍1😱1
🔃 Bəsti Bağırova küçəsi əvvəl və sonra.
⠀
Bu küçə Bakıda yaxşı yenidənqurmanın bir nümunəsidir.
⠀
Nadir hallardandır ki, burada yolu deyil, səkini genişləndirdilər. Lazımsız dərəcədə geniş döngə ləğv olundu, ayrılmış parkinq cibləri təşkil edildi, piyada keçidlərini səki səviyyəsini qaldırdılar.
⠀
İstək və yaxşı yanaşma olanda istənilən küçədə belə transformasiyalar aparmaq olar. Təəssüf ki, bu təcrübənin davam çox ləng aparılır.
⠀
📹 Bu küçədən geniş videom da var, buradan izləyə bilərsiniz.
#yaxşınümunələr

👍26🤮1
🚲🛑 Velosiped infrastrukturu olmayanda belə olur.
⠀
Pirşağı dəmiryol stansiyasında çəkilən bu fotonu izləyici göndərib. Bu velosiped duracağının məntiqi odur ki, sakinlər qəsəbədən stansiyaya velosiped ilə gəlsinlər, burada saxlasınlar, sonra qatarla getsinlər şəhər mərkəzinə.
⠀
Amma qəsəbədən bu stansiyaya qədər velosiped yolu varmı? Bura velosiped ilə gəlmək təhlükəsizdirmi? Əminəm ki, infrastruktur olmayan şəraitdə bu duracaqdan fayda çox az adam görür.
⠀
Daha geniş isə danışsaq, bizim qatarlara niyə öz velosipedinlə girə bilmirsən? Velosiped ilə gəlirsən yolun bir qismini, sonra qatarla gedirsən şəhərə, sonra yenə də qalan yolunu velosiped ilə davam edirsən? Niyə də yox? Misal üçün, Avropada normal təcrübədir.
⠀
🇩🇪🇦🇹🇭🇺 Berlin-Vyana-Budapeşt marşrutunu qatarla sizə göstərmişdim, orada rahatlıqla velosipedlə qatara minə bilərsən. Velosiped istifadəsi isə təşkil və təbliğ edilməyəndə isə şəkildəki vəziyyət dəfələrlər təkrar olunmasının şahidi olacağıq.

👍10🤮5😢1💩1
🌳 Mərkəzi Nəbatat Bağının yeni layihəsi.
⠀
“MB Architecs” şirkəti tərəfindən hazırlanıb. Həmin şirkət Çəmbərəkənd parkının layihəsini hazırlamışdır.
Necədir?

👍33😢1
🚶Küçələrdə və keçidlərdə panduslar necə olmalıdır?
⠀
Təxmini 5 il bundan əvvəl şəhərin küçələrində və piyada keçidərində BNA panduslar təşkil etməyə başladı, əla bir təşəbbüs oldu. Lakin icra mərhələsində səhvlər buraxıldı. Panduslar çox dar oldu, kəsişmələrdə baryersiz mühit əvəzinə əlavə pillələr və maneələr yarandı. Hətta eşitmişəm, yaradılan belə pillələrlə ilişib yıxılan insanlar olub.
⠀
❌ Bir sıra yerlərdə isə panduslar, ümumiyyətlə, yarımçıqdır. Keçidin bir küncündə var, digər küncüdə isə yox. Bəzilərin taktil plitələri isə dağıdılıb.
⠀
✅ Yaxşı pandusun sirri isə çox sadədir. Sadəcə səki kəsişməyə yaxınlaşan yerlərdə təmamilə yolun səviyyəsinə salınmalıdır. Bu hər kəs üçün rahat olacaq, panduslarda növbələrin yaranmasına səbəb olmayacaq. İnklüziv olan şəhərlərdə belə edirlər.
Və hətta Bakıda çox yaxşı misallar tapmaq olar, fotolarda görə bilərsiniz.
#panduslar

👍17