İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
801 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇵🇱 Varşavada insan həyatlarını necə xilas edirlər?

🔸 Ötən il Varşavada yol qəzalarında cəmi 29 nəfər həyatını itirib. Müqayisə üçün, Bakıda bu göstərici 188 nəfər olub (6 dəfədən çox). İndi deyəcəksiniz, "Varşava axı Bakıdan balacadır", amma 1991-ci ildə Varşavada bu rəqəm 314 idi.

Bəs insanları xilas etmək üçün şəhər bələdiyyəsi nə edir? Artıq sizə dəfələrlə danışdığım "Vision Zero" proqramının təcrübəsinə əsaslanaraq təhlükəli kəsişmələri və piyada keçidlərini müəyyən edib və hər il onların təkmilləşdirməsinə 40 milyon zlot (təxmini 10 milyon dollar) xərcləyir. Sürücülər üçün bəzi cərimələr $1200-a qaldırılıb (bu çox böyük rəqəmdir, orta maaş Polşada $1550).

🔸 Varşavadan geniş urbanistik vloq paylaşmışdım, yəgin ki əksər küçələrin nə dərəcədə təhlükəsiz olduğuna fikir verdiniz. Ayrıca olaraq piyada keçidlərində təhlükəsizlik adacıqlarını göstərmişdim.

⚠️ "Vision Zero" yol hərəkətinin təhlükəsizliyinə dair ən uğurlu proqramıdır. Vətəni İsveç olsa da, bu gün bir çox ölkələrində tətbiq olunur. Biz də həyatlarımızı xilas etmək istəyiriksə, bu proqramı qəbul və tətbiq etməliyik.

✍️ Araşdırma haqqında daha ətraflı Bloomberg-in məqaləsində oxuya bilərsiniz.

#visionzero #qəzalar #varşava
Tanış mənzərədir?

🚌 Avtobus dayanacağa yaxınlaşır, lakin vaxta qənaət etmək üçün və bəzi hallarda şərait olmadığından sərnişinləri elə yolun ortasında mindirir və düşürdür.

🔸 Bu, heç də Bakı üçün unikal hal deyil. Bir çox şəhərlər belə problemlə rastlaşıb və əla çıxış yolu tapıb — anticib adlanan sadə bir infrastruktur. Bu cür ciblər xüsusilə parklanma olan küçələrdə tətbiq olunur, beləliklə həm də təhlükəsizlik adacığının funksiyanı yerinə yetirir.

🔹 Anticiblərin sayəsində:

☑️ Sərnişinlər avtobusa daha rahat minir və düşür.
☑️ Dayanacaqda baryersiz mühit yaranır.
☑️ Avtobuslar ciblərə girib-çıxmaqda vaxt itirmir.
☑️ Anticib olan dayanacaqları qanunsuz parklanma ilə "zəbt" etmə halları minimuma enir.

🟢 Dünyada, həmçinin qonşu Moskvada (sonuncu foto) bu cür qurğuların tətbiqinə artıq başlanılıb. İctimai nəqliyyatı daha rahat və əlçatan etməyin effektiv bir üsuludur.

#dayanacaqlar
İnsan yönümlü şəhərlər ️
Tanış mənzərədir? ⠀ 🚌 Avtobus dayanacağa yaxınlaşır, lakin vaxta qənaət etmək üçün və bəzi hallarda şərait olmadığından sərnişinləri elə yolun ortasında mindirir və düşürdür. ⠀ 🔸 Bu, heç də Bakı üçün unikal hal deyil. Bir çox şəhərlər belə problemlə rastlaşıb…
⬆️ Rəşid Behbudovda, Mərkəzi Bankın önündəki dayanacaqda cib ilə oxşar problem yaşanır.

Vaxtilə səki kəsilib, cib təşkil edilib (səkinin eninə diqqət).

Həmçinin avtobus dayanacağın içində qanunsuz parkinq müşahidə olunur.

Buranın ən düzgün həlli vaxtilə kəsilən səkini yenidən yerinə qaytarmaqdır.
İzləyicidən gələn bu fotoda isə sərnişinlər avtobusu ümumiyyətlə velosiped zolağına gözləyir.

Burada baryersiz mühiti isə belə platformalarla həll etmək olar. Amma daha çox minib-düşmə üçün.

İnsanlar isə çox güman ki avtobusu çox gözləməkdən və gələn kimi birinci minmək üçün burada dayanır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔄 Yenilənmiş Vağzal Meydanına yuxarıdan baxış.

Çox səliqəli olub.

#vağzalmeydanı
Media is too big
VIEW IN TELEGRAM
⬆️ Nərimanov heykəlinin ətrafında olan dairə bu cür dəyişəcək.

Yeni təhlükəsizlik adacıqları ilə axınlar istiqamətləndiriləcək. Bəzi yerlərdə zolaqların sayını bir az da azaltmaq olardı hətta.

Əlavə piyada keçidləri də salınacaq.
Kanala dəstək 🎁
Paylaşdığım məzmunu və vloqları faydalı sayırsınızsa, kanala dəstək göstərə bilərsiniz. İnsan yönümlü şəhərlər naminə 💚
🚶‍♂️ Qoşa Qala qapısının önünü və İçərişəhəri avtomobillər üçün məhdudlaşdırmaq düzgün qərar idi.

🔹 Şəhər mərkəzi, xüsusilə bu qədər önəmli tarixi zonanı qorumaq lazımdır. Avtomobil axını isə zatən bir müddət sonra yeni reallığa öyrəşəcək.

🔹 Həm “Tarqovu”, həm Fəvvarələr meydanı da vaxtilə avtomobillər üçün küçələr olub. Sadəcə sürücülər öyrəşib digər küçələrlər marşrutlar qurmağa başladı.

🔸 Lakin hazırki məhdudlaşdırma yalnız nişanla tənzimlənir, bu da güman ki burada “Formula-1” trassının keçməsi ilə əlaqədardır. Nəticədə bu “asfalt səhrası” sanki istifadə olunmamış parkinq ərazisi kimi görünür, avtomobillərin bura buraxılması problem kimi görünmür.

🔹 Bu ərazidə Xaqani bağı və Vağzal meydanında olduğu kimi yenidənqurma işləri görülsə, çox gözəl bir piyada zonası yaranar. Turistlərə dolub-daşacaq bu məkan.

📸 Foto: Elçin Əliyev.

#piyadalaşma
Sizcə, bizim şəhərlərdə belə piyadalara niyə rast gəlinmir?

🔸 Azərbaycanda yaşlı və axsayan insan yoxdur bəyəm? Səbəbi çox sadədir. Bizim küçələr rahat piyada etmək üçün rahat deyil.

🔹 Siz bu fotoda bir dənə də olsun pillə görürsünüz? İstər səkilər, istər piyada keçidi tam olaraq baryersizdir. Təəssüf ki, bizdə nəyinki baryersiz, hərdən ümumiyyətlə səki olmayan küçələrlə gəzmək məcburiyyətindəsən.

#səkilər
🚲 Veloicarədən istifadə etmək üçün daha bir stimul. APAR-dan izləyicilərimiz üçün özəl endirim var.

Tətbiqdə URBANVLOG promokodunu daxil edin və gedişiniz 3 AZN endirimlə baş tutsun.

⚠️ Endirimli gedişlərin sayı məhduddur, istifadə etməyə tələsin.