İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.51K photos
315 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚊 Dünyanın ən uzun tramvayı təqdim olunub.

🇨🇿 Çexiyanın tanınmış "Şkoda" şirkəti Almaniyanın Reyn-Nekkar regionu üçün belə bir tramvay istehsal edib.

🔹 Tramvayın uzunluğu 58,7 metr təşkil edir. Bundan öncəki rekordsmen Budapeştdə hərəkət edən CAF Urbos tramvayı idi.

🔹 Bu tramvay 366 sərnişin daşıya bilir, yəni ən azı 5 avtobusu əvəz edə bilir. Nəzərə alsaq ki, avtobusun təxmini 10-15 il istifadə oluna bilər, tramvay 30 ilə qədər şəhərə xidmət göstərə bilər.

💶 Bir tramvayın qiyməti təxmini 3 milyon avro təşkil edir.

#tramvay
🚲 Bakıda yeni velosiped zolaqları və avtobus dayanacaqlarının kəsişdiyi yerlər ciddi konflikt nöqtəsinə çevrilib.

Bunun həll yolları çoxdan icad olunub. Adətən küçələr yenidən qurulanda, velozolaqları dayanacaqların arxası ilə salırlar (8 noyabr prospektində belə olacaq, misal üçün), amma sonradan salınan velozolaqlar üçün çıxış yolu xüsusi platformalar ola bilər.

⬆️ Müxtəlif şəhərlərdən misallar fotolarda.

#velosipedzolaqları #dayanacaqlar
🚧 Vağzal meydanı yenidən qurulur, bu əladır.

Lakin bundan öncə ictimaiyyətlə paylaşılan eskizlərdə bir ərazi var ki, görünür yenidənqurma layihəsi onu əhatə etmir. Burada bir neçə yaşayış binası var ki, onların önündə çox aqressiv bir mühit var - çox dar səkilər, məhəccərələr, baryerlər və xaotik parklanma.

Sizcə buranı olduğu kimi saxlayacaqlar?

#vağzalmeydanı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⛔️ Uşaq arabası ilə Bakıda hərəkət etməyin reallığı.

Hər bir pilləkən bu analar üçün maneədir. Ona görə şəhərdə mühit baryersiz olmalıdır.

📸: farah_sicoco.
💫 Qara Qarayev prospektində möcüzə.

“Laçın” ticarət mərkəzinin qabağındakı səkini tam olaraq parkinqdən azad ediblər.

#səkilər

⚡️ Bu da ilk qəza.

“Crescent Mall”-un açılışından sonra Neftçilər prospektində yaranan təhlükəli vəziyyəti sizə yazıb göstərmişdim.

Bir ay keçməmiş burada iki nəfəri maşın vurdu.

🔸 Düşünürəm ki, hadisədən sonra burada iki tədbirdən biri görüləcək - ya ərazi məhəccərənəcək və piyadalar yeraltı keçidlərə qovulacaq (avtomobil yönümlü qərar), ya da burada rahat eynisəviyyəli nizamlanan keçid təşkil olunacaq.

🔸 Görülən tədbirdən asılı olaraq biz də biləcəyik, şəhər siyasətində prioritetlər dəyişir yoxsa yox.

#qəzalar
🚶‍♂️ “AMAY”-ın qarşısında yeni səki salınır.

8 noyabr prospektində narahat olduğumuz məsələ öz həllini tapır.

🔹 İzləyicinin göndərdiyi fotolardan görsənir ki səki genişləndirilir, velosiped zolağı üçün də yer təyin olunur.

#8noyabrprospekti
🚘 Və bir daha hərəkət zolaqlarının eni barədə.

🚧 Deməli, Mirzağa Əliyev küçəsində təmir işləri aparılır, yolun hərəkət hissəsini bağlayıb sürücüləri velozolağa yönəldiblər. Bu addımın nə dərəcədə düzgün olmasını indi qoyaq bir qırağa.

🔸 Diqqətinizi başqa məsələyə yönəldim. İkitərəfli velozolağının eni 2,20 metr təşkil edir. Və göründüyü kimi buradan bütün minik avtomobilləri normal keçə bilir. Lakin şəhərlərimizdə əksər zolaqlar 3,5-3,75 metr təşkil edir.

🔸 Təbii ki, demirəm zolaqları bu enə daraltmaq lazımdır, lakin onları 3 metrdən artıq etmək dəqiq ehtiyac yoxdur.

🔹 8 noyabr prospektində zolaqlar 3,10 metrdir və öncəki paylaşımda da əyani şəkildə görsənir ki, avtomobillər belə zolaqlarda sərbəst hərəkət edə bilir.

❗️Təsəvvür edin ki, bu gün Bakıda zolaqları 3 metrə yeniləsək, əksər küçələrdə həm velosiped, həm də avtobus zolağı üçün yer tapılacaq. Şəhərdə ən dəyərli resurs torpaq sahəsidir, onu düzgün istifadə etməliyik.
⛔️ Yeni cərimələr belə olacaq.

✍️ Bu gün Milli Məclisdə ikinci oxunuşda yeni qanun layihəsi müzakirə olunacaq. Onun təsdiq olunma ehtimalı yüksəkdir. Qanuna "velosiped yolu" və "kiçik elektrik nəqliyyat vasitələri" (elektroskuter) anlayışı daxil olur.

⚠️ Bəzi cərimələr sərtləşdirir. Qanun layihəsi ilə tanış oldum və bəzi yeni cərimələri diqqətinizə çatdırıram.

#cərimələr