İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
313 videos
2 files
790 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔹 Bayram günlərində də mərkəzi küçələr bağlanacaq. Əla xəbərdir.
🌳 Avtomobilsiz vağzal meydanı, piyadalaşmış mərkəzi küçələr, velosiped yolları... Bu səfər söhbət Bakıdan deyil, Vyanadan gedəcək.

🇦🇹 Müxtəlif reytinqlərdə "ən yaşamalı şəhər" adlandırılan Avstriyanın paytaxtında yeni vloqda gəzişəcəyik. Gözəl tramvayları və piyada yönümlü küçələri sizə göstərəcəm.

🔹 Hətta Bakının baş planını hazırlayarkən Arxkomun sədri qeyd etmişdir ki, nümunə üçün Vyana şəhəri seçilib. Belə çıxır ki, 2040-cı ildə Bakı Vyana kimi insan yönümlü şəhər ola bilər.

🔹 Videoda həm tarixi mərkəzi küçələrə, həm də şəhər ətrafına baxacağıq. Patronlar artıq baxıb və deyirlər ki, çox maraqlı alındı. Siz də baxın 🙂

➡️ https://youtu.be/c_WsgG_SUM8
💫 Kanala dəstək olun

Vloqların buraxılışı kifayət qədər resurs tələb edir. Dəstəyiniz çox kömək edə bilər. 💚
🚌🚙 80 avtomobil yoxsa 1 avtobus?

🇬🇪 Tbilisi meriyası maraqlı videoçarx hazırlayıb. Deyir, böyük 18-metrlik avtobus küçədə 80 avtomobili əvəz edə bilər.

🔹 Bu da uranistikanın əsaslarıdır - küçələrin sahəsi məhduddur, ona görə daha çox insan daşıya bilən nəqliyyata üstünlük vermək lazımdır.

🔹 Yenə də, söhbət avtomobillərin qadağasından getmir, sadəcə prioritetləri düzgün qurmaq lazımdır.

🔹 Bu gün Tiflisə ciddi nəqliyyat islahatları gedir, keçən ilin sonunda ətraflı göstərmişdim.
🚲 AYNA agentliyi ilk dəfə olaraq Bakıda mövcud və layihələndirilən velosiped zolaqlarının xəritəsini paylaşıb.

Hələ əhatə edilən ərazi çox kiçikdir (6.5 km), 50 km-ə çatdırılması planlaşdırılır.

💡 Tam xəritəni də gözləyirik.
🌱 Novruz Bayramında mərkəz küçələr avtomobillər üçün bağlı qalacaq.

Yalnız sakinlər buraxılır.

Gözəldir. Yaxşı layihə veriləndən sonra əsl insan yönümlü olacaq.

Bayramınız mübarək! 💚
Media is too big
VIEW IN TELEGRAM
Mərkəzi küçələr avtomobilsiz çox gözəldi. 👍

Vloq artıq yoldadır 😉

#minivloq
🚶‍♂️ Piyadalaşan mərkəzi küçələrdən ətraflı vloq gəldi.

🔹 Bakının tarixi mərkəzi küçələrinə avtomobillərinin girişi məhdudlaşdırmağa başladı. Hələ ki, həftəsonu və bayram günlərindən söhbət gedir, bəs bunun davamı olacaqmı?

Ümumiyyətlə bu islahatlar nəyə lazımdır və şəhərə nə verəcək?

💬 Sualları AYNA agentliyinin nümayəndəsi Tərlan Səfərova və şəhərsalma üzrə memar Dilqəm İsmayılova ünvanladım.

➡️ https://youtu.be/SbJB704Ayc8
1970-ci illərdə Vağzal meydanı üçün belə bir layihə təklif olunmuşdur.

Təsəvvür edirsiniz, əgər o reallaşsaydı Bakı indi belə görsənərdi.
🇦🇿 Gəncədə “Qız Qalası”.

Gəncənin öz gözəl tarixi ola-ola, bu cür imitasiyalar nəyə lazımdır? Özü də plastik pəncərələrlə…
🚶‍♂️ Küçələrin piyadalaşması dünya tendensiyasıdır.

Milliyətindən və dinindən asılı olmayaraq hər kəs təhlükəsiz, rahat, yaşıl və insan yönümlü şəhərlərdə yaşamaq istəyir.

📍 Paris.
Forwarded from Əkinçi
Uşaq meydançalarının əhəmiyyəti nədən ibarətdir? Kənd və şəhərlərdə yaşadığımız mühiti yaxşılaşdırmaq üçün nələr edə bilərik? Təbiətlə təmasda olmaq nə üçün vacibdir?

Memar Səbinə Abbasova ilə bu haqda danışmışıq.

@akinchiproject
“İnsan yönümlü şəhərlər” səhifəsini Facebook və İnstagramda izləyirsinizmi?
Anonymous Poll
17%
Facebook-da izləyirəm
18%
Instagram-da izləyirəm
17%
Hər ikisində izləyirəm
48%
Ancaq Telegram-da
İnsan yönümlü şəhərlər ️
“İnsan yönümlü şəhərlər” səhifəsini Facebook və İnstagramda izləyirsinizmi?
Bu səsvermənin əslində məqsədi nə idi?

Bu gün Facebook və İnstagram-da bir video paylaşdım - Bakıdakı velosiped zolaqlarının səhv təşkili.

Bu cür “reels”lər bir mikrovloq formatıdır, bəzən video ilə daha aydın olur hər hansı bir məsələni işıqlandırmaq. Amma bura Telegram-a 3-5 dəqiqəlik uzunluğunda videoların yüklənməsi nə dərəcədə uyğun olar - əmin deyiləm.

Yalnız Telegram-da izləyən dostların sayı da az deyil, əgər həqiqətən maraqlıdırsa, buraya da yükləyəcəm.

📊 Bu səfər reaksiyalarla səs verək:

❤️ - uzun videolar bura Telegrama da yüklənsin.

😢 - yüklənməsin, başqa yerdə baxıram zatən.

#minivloq
Vətəndaşlarımız niyə hələ də avtomobil seçir? Niyə sürücülərin parkinqə narazılığı hələ də gündəm yaradır?

Cavabı əslində çox sadədir.

Bəzi mərkəzi rayonlar və marşrutlar çıxmaq şərtilə, Bakıda bu gün cəlbedici dayanıqlı ictimai nəqliyyat yoxdur. 27 metro stansiyası var (3 milyonluq şəhər üçün gülməli rəqəmdir), tramvay yoxdur, bir az şəhərdə tıxac olan kimi avtobusların heç biri qrafik üzrə hərəkət edə bilmir, çünki avtobus zolaqları normal işləmir.

⬆️ Bir misal olaraq, bu gün Zığ qəsəbəsindən elə gündəm olan Qış Parkına getmək üçün ictimai nəqliyyatla 2 dəfədən çox vaxt sərf edəcəksən. Rayondan asılı olaraq rəqəmlər fərqli ola bilər, amma əsas məsələ odur ki, ortastatistik sürücünü ictimai nəqliyyata cəlb etmək çətindir.

🔸 Evdən dayanacağa qədər təhlükəsiz səkilər yoxdur, ətraf mühit aqressiv, dayanacağa gəldin bilmirsən sənin avtobusun nə vaxt gəlib səni aparacaq və nə vaxt dəqiq çatacaq - bu olmayana qədər kütləvi şəkildə ictimai nəqliyyata keçidi gözləməyə dəyməz.

🔸 Başqa bir məsələ ki, bu gün qiyməti qalxan Qış Parkının altındakı qaraj kimi böyük çatışmazlıqları var. Naviqasiyası zəif, giriş-çıxışı düzgün tapmaq üçün 3 dəfə dairə vurmalısan, yerin altından çıxmaq üçün qapıların yarısı bağlıdır, eskalatorlar işləmir və s. Və ümumiyyətlə Qış Parkı digər küçələrlə çox pis əlaqələndirilib.
❗️ "8 noyabr" prospektinin gələcəyi çox önəmlidir.

Artıq 10 gündən çoxdur ki, bu prospektdə işlər başlayıb, lakin buranın necə olması haqqında ictimaiyyətə məlumat verilməyib. Deyə bilərsiniz ki, "Onsuzda heç vaxt məlumat verilmir", amma məhz bu səfər vəziyyət fərqlidir. Bu gün Bakıda bir sıra urbanistik islahatlar keçirirlər (velozolaqlar, piyadalaşma, meydanların ictimai nəqliyyata verilməsi və s.), və şəhərin əsas nəqliyyat arteriyalarından biri yenidən qurulursa, onu hansı üsulda edilməsi olduqca önəmlidir.

🔹 Ümid edirəm, bura insan yönümlü normal bir küçəyə çevriləcək. Amma dəqiq biz heçnə bilmirik. Ona görə bu vacib məsələ ilə bağlı AYNA və AAYDA-ya rəsmi müraciət göndərdim.
🚕➡️🚌 Taksi sürücülərini avtobus sürücülərinə kvalifikasiyə etmək fikrinə necə baxırsınız?

Bu gün yenə də taksilərin yeni qaydaları müəyyən olundu. Bu qaydaları vaxtilə BNA tətbiq etmək istəsə də, o vaxt heçnə alınmadı.

🔸 İndi deyirlər ki, 1 iyuldan birmənalı olaraq qaydalara riayət olunmalıdır:
— Rəng ağ və ya qırmızı
— Avtomobilin yaşı maksimum 15
— EURO-5 ekoloji standart
— POS-Terminal və videoregistratorun olması

🔸 Əksər "Prius"lar bu standartlara cavab vermir, beləliklə taksi parkı kəskin azalacaq, qiymət də təbii qalxacaq.

Əsas populist fikir ondan ibarətdir ki, külli miqdarda insanlar işsiz qalacaq. Amma sadə bir təklifim var. Həmin taksi sürücülərini AYNA peşəkar təlim mərkəzində avtobus sürücülərinə yenidən kvalifikasiya edə bilər, sonda şəffaf imtahanlar keçirərək. Təbii ki, onlara normal maaş da təklif edilməlidir (xatırladım ki, Qafqazda ən az maaş alan avtobus sürücüləri Azərbaycandadır).

Digər bir yenilik isə - rəsmi taksiləri avtobus zolaqlarından istifadə etmək hüququnu vermək edir. Tbilisidə misal üçün keçən ildən bu var.

Lakin reallıq necə olacaq? 1 iyulu gözləyək.

#taksi
🏢 Qarabağda tikilən evlər belə ola bilər.

🔹 Maşınsız həyətlər, əlçatan ictimai nəqliyyat, müxtəlif arxitektura - yaşayış belə olar. Bu cür şəhərsalma əsl insanyönümlü mühit yaradır.

🔸 Hətta binaların yerləşməsini də bu yaxınlarda “lağa qoyulan” Cəbrayıl ilə müqayisə etdim.

🇦🇹 Bu gün Vyananın yeni kvartallarını sizə göstərəcəm:

https://youtu.be/xjj59MlnGLU?si=uAVS43MCV-kLxXS_