İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
313 videos
2 files
790 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚍🔌 Bakıya daha bir elektrobus gətirilib.

Bu səfər belə bir sarı "Zhongtong". Bu artıq üçüncü Çin elektrik avtobusdur Bakıda, bundan əvvəlki də Bakıya xas olmayan bir rəngdə gətirilib.

🔸 Elə dünənki qərarda da əslində qeyd olunub ki, Bakıda avtobusların hamısı qırmızı olmalıdır.

🔸 Hansı daşıyıca aid olacağı da açıqlanmır. Ümumiyyətlə elektrik avtobusların belə pərakəndə şəkildə Bakıya gətirilməsinin səbəbləri açıqlanmır. Ola bilsin bir eksperimentdir. Əvvəl demişdilər BYD şirkətinin istehsalı açılacaq, amma konkret bir məlumat verilmir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bizdə “SMART” dayanacaq qoyurlar, amma inkişaf etmiş ölkələrdə başqa detallara önəm verirlər.

🇦🇹 Vyana vloqundan.
Şəhər insanlarındır. ❤️

📍 Vağzal meydanı bu gün.
Forwarded from Anar Əliyevin bloqu
📊 Son 3 vloqun ümumi baxış sayı 80 mini keçib.

İnsanların urbanistika mövzusuna marağın artması çox sevindirir. Əvvəllər "rahat şəhər", "yaxşı ictimai nəqliyyat" kimi mövzular spesifik bir qruplarda müzakirə olunurdu. İndi isə şəxsi müşahidələr və statisika göstərir ki, şəhərlərimizin insan yönümlü, avtomobillər deyil, məhz piyadalar üçün adaptasiya edilməsini vətəndaşlarımız həqiqətən istəyir.

🔹 Düşünürəm ki, bu işdə "İnsan yönümlü şəhərlər" layihəsinin apardığı maarifləndirmənin kifayət qədər payı var.

🔸 Və xatırladıram ki, gündən-günə artan auditoriyaya sizin də çatdırılması bir mesajınız varsa, əməkdaşlıq üçün mənə birbaşa yaza bilərsiniz: anar@city4people.az. İzləyicilərə maraqlı ola biləcək faydalı bir xidmət və məhsullarınız varsa, əlaqə saxlayın, nəzərdə keçirməyə hazıram.

✍️ Telegram-da birbaşa əlaqə: @City4people_az_Bot
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿 İstiqlaliyyət küçəsi 100 il fərqlə… Bu tarixi tramvay indi də burada hərəkət edə bilərdi.
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Xırdalan əslində Azərbaycanın ən insan yönümlü şəhəridir.

📍 Reportaj çəkmək üçün Dilqəm İsmayılova buraya yenidən gəldik və özümüz əmin olduq.

Mütləq sona qədər izləyin 🤩
🚙 Bakıya "Car Sharing" xidməti gəlir (avtomobillərin qısa müddətli icarəsi, skuter kimi).

Digər ölkələrə nisbətən bu xidmətin Bakıya bu qədər gec gəlməsinin səbəbləri bəllidir. Qanunla nizamlanma mexanizmləri, parklanmanın idarə olunmaması, sürücü və şirkətin məsuliyyət zonası, avtomobillərə qulluq, sığorta hadisələri və s.

🔹 Ümumi desək, karşeyrinqin bir xidmət kimi Bakıya gəlməsi yaxşı hal kimi qiymətləndirmək olar. Hər halda, taksi sürücülərinə etibar etməyənlər indi şəxsi avtomobil ilə deyil, daha çox bu icarə avtomobillər götürüb özləri istədiyi məkana sürə biləcək.

🔹 Tıxacların azalmasında isə ciddi təsir edəcəyini gözlənilmir. Bəli, şəxsi avtomobil istifadəsi azalacaq, amma yola əlavə bir avtomobil çıxacaqsa, onun şəxsi və ya icarə olması fərq etməz. Bir qədər parklanmaya müsbət təsir edə bilər (avtomobillər hər zaman dayanmayacaq, istifadədə olacaq və yer tutmayacaq), lakin şəhərdə dayanıqlı mobilliyinin çıxış yolu dəqiq bu deyil.

🔸 Digər mənbələrə görə də, Bakıya velosiped icarəsi də nəhayət gəlir, bax bu həqiqətən yaxşı xəbər olacaq.

🔹 P.S. Məlumat rəsmi deyil, şəkilləri İlgar Əhmədbəylidə gördüm.
🚧 Əhməd Rəcəbli küçəsi də təmir olunur, amma biz yenə də bilmirik, bu küçədə yenə yanaşması necə olacaq.

💬 AAYDA deyir ki, burada asfalt örtüyü yenilənəcək, səkilər bərpa olunacaq, amma misal üçün velosiped zolaqları və avtobus zolaqları haqqında bir kəlmə belə yoxdur.

🔸 Nərimanov rayonunda bu əsas küçələrdən biridir, bunu yeni yanaşma ilə təmir etmək olduqca önəmlidir. "8 noyabr" ilə bağlı da vəziyyət eynidir, artıq ona dair müraciət göndərmişəm, o cümlədən AYNA-ya. Amma təəssüf ki, nə Əhməd Rəcəbli küçəsi, nə də 8 noyabr prospektinin yenidənqurmasına dair AYNA-nın heç bir rəsmi açıqlaması yoxdur.

⁉️ Soruşarsınız, səni nə narahat edir? Təmir edirlər, yaxşı edirlər. Lakin xatırladım ki, bizdə ənənəvi təmirdən çıxan küçələrin görünüşü belə olur.
Küçənin təqdimatı bəs necə olmalıdır, və haradan öyrənə bilərik?

Rusiyanın Belqorod şəhərində əsas prospektlərinin birinin ictimai nəqliyyat yönümlü edərkən belə bir videosu ictimaiyyətə təqdim olunmuşdur.

⬆️ Həmin videodan bəzi skrinləri paylaşıram.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔁 Küçənin insan yönümlü transformasiyası nə verir?

Axının sakitləşdirilməsi
Təhlükəsizliyin artması
Səs kirliyinin azalması
Əlçatanlığın təmin edilməsi

Piyadalar üçün daha əlverişli şəraitin yaradılması
Ağac və yaşıllığın çoxalması
İsti günlərdə əlavə kölgələrin yaradılması (küçənin sərinləşdirilməsi)
Havanın daha təmiz saxlanılması

Küçə mebellərin və ictimai məkanların əlavə edilməsi
İnsanların psixoloji cəhətdən daha sağlam mühitdə yaşaması

🔹 Təhlükəsiz, rahat və sağlam mühitdə yaşamaq istəyiriksə dünya tendensiyasına bizim şəhərlər mütləq qoşulmalıdır.
🇦🇿🚊 Azadlıq prospektinə mütləq tramvay qayıtmalıdır.
💬 Dünya: "Yeraltı və yerüstü keçidlər köhnə təcrübədir, gəlin sökək."

💬 Həmin an Cəlilabad: ⬆️
🇸🇰 Vloqun növbəti buraxılışı Bratislavadandır.

Burada da Bakı kimi tarixi mərkəzi küçələr, eyni zamanda sovet dövründə salınan tipik mikrorayonlara rast gəlmək olar. Lakin bizdən fərqli olaraq bu şəhərdə tramvayı qoruya bildilər, küçələri isə insan yönümlü etməyə başladılar.

🔹 Bizim üçün yaxşı nümunələr götürə biləcək şəhərdə urbanistik icmalı artıq kanalda izləyə bilərsiniz:

➡️ https://youtu.be/PiUcqCl_akk

#vloq #Bratislava
Dostlar, özəl bir kanal açdım, kanalda çəkdiyim vloqların səhnəarxası görüntüləri paylaşacam, ətraflı müzakirələr edə bilərik, ideyalarınızı və təkliflərinizi göndərə biləcəksiniz.

Abunə olmaqla siz həm layihəyə dəstək olmuş olursunuz, həm də eksklüziv kontent görə biləcəksiniz:

https://t.me/tribute/app?startapp=s5ac

🔹 Patreon-da qoşulanlar da bu kanala avtomatik giriş əldə edəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM