İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
310 videos
2 files
784 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇭🇺 Budapeşt küçələrində parkinq yerlərini azaldırlar.

Şəhərin meri müxtəlif küçələrdə 100-ə yaxın parkinq yerlərinin sayını azaldıb əvəzində daha geniş səkilər və velosiped zolaqlarıın salınmasının fotolarını paylaşıb.

#parklanma #Budapeşt
🇦🇿 Şəkiyə qısa səfərim oldu. Dedim sizin üçün bu şəhərin küçə infrastrukturunu göstərim.

Təəssüf ki, vəziyyət ürəkaçan deyil. Yenə də yol var, amma səki yox. Açıq və təhlükəli xəndəklər və dizayn-kodsuz tarixi binaların fasadları.

Daha çox foto və ətraflı şərhlər İnstagram stories-də.

#regionlar #Şəki
⚠️ İzləyicilər qanunun daha bir boşluğuna fikir verdilər.

Deməli, mövcud qanunveriliciyə görə, taksi xidmətlərini göstərən şirkətlərin avtomobilləri yalnız sarı, ağ və ya bənövşəyi rəngində ola bilər. Bu məlumatı hazırda daşıyıcılara keçirilən treninqdə sürücülərə təqdim edirlər.

Lakin, elə dövlət taksisi sayılan "Baku Taxi" yeni elektrik "London Cab"-ları qırmızı rəngindədir. Belə çıxır ki, "pomidor" dediyimiz taksilər qanunveriliciyin tələbinə cavab vermir? 🙂

#taksi
Günün rəqəmi.

Niderlandda uşaqların 69%-i məktəbə velosipedlə gedir.

#Niderland
🇦🇿 Bakı şəhəri çox şanslı oldu ki, vaxtilə buxta sahilini bulvar tipli park elədilər.

Şəhər sakinlərinin su ilə kontaktı olduqca vacibdir.

Suya çıxış insanları gəzintilərə motivasiya edir, təbiətə bağlılıq hissini oyadır, hətta terapevtik effekt göstərir.

Bəzi şəhərlər dəniz və ya çay sahili boyu maqistral tipli yollar çəkir (post-sovet ölkələrində belə misallar çoxdur), amma yaxşı ki, bütün digər məsələləri qıraqda qoysaq, bizim paytaxtda buna yol verilmədi.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hər axşam bu ərazidə vəziyyət “gül”dür. 💩

“Park Azure” ətrafında baş verən xaosdan qısa video çəkdim.

#minivloq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vaxt gedir, amma heçnə dəyişmir.

AzNeft dairəsini yenə bağlayırlar, yenə avtobuslar tıxaclarda ilişib qalır.

Yaxşı, onda taksi qiymətini niyə qaldırmışdınız, əgər alternativ olaraq insanlara yaxşı ictimai nəqliyyat verə bilmirsiniz?

#tıxac #ictimainəqliyyat
🇦🇿 Bugünki xəbəri hələ 3 il əvvəl gözləyirdik. Ümid edirəm bundan sonra şəhid xəbərləri gəlməz.

İnkişafın yolu yalnız sülhdən keçir. Ümid edirəm Xankəndidəki vətəndaşlar bu qədər qapaz alandan sonra nəhayət bunu anlayacaq.