İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.47K photos
308 videos
2 files
779 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Şəhər deqradasiyasının nümunəsi.

Binanın sökülməsi və onun qabağında obyektin tikilməsi ilə yanaşı, nədənsə piyada keçidi də yoxa çıxıb.

Foto: İbrahim Cəfərli.

UPD: İzləyicilər yazır ki, piyada keçidi yerindədir və xətlənib.

#əvvəlsonra
Gözəl keçmişə qayıtmaq istəyənlər üçün Bakıda nişan tapıldı. 🌞

Ciddi danışsaq, necə olur ki, aktuallığını 4 il əvvəl itirilən lövhələr hələ də hətta mərkəz küçələrdən demontaj olunmayıb?

📍 Üzeyir Hacıbəyli küçəsi.
💬Bura sizin üçün Avropa deyil, burada heç vaxt velosiped mədəniyyəti olmayacaq” şərhlərinə yəgin siz də rast gəlmisiniz.

Hərdən xatırlatmaq lazımdır ki, Avropa şəhərlərində keçən əsrdə heç kim velosipedi bəyənməyib, küçələri sırf avtomobillər üçün tikirdilər.

İndi isə transformasiyalara fikir verin.

📍 Utrext, Niderland. 1973 və 2023-cü ildə.
📣 Əziz dostlar!

Səhifəmiz birlikdə böyüyür və hər bir izləyici mənim üçün çox dəyərlidir. Sizin üçün daha da maraqlı və keyfiyyətli məzmun yaratmaq üçün köməyinizə ehtiyacım var.

🔹 2 dəqiqə vaxtınızı ayırıb bu sorğuda iştirak etməyinizi rica edirəm. Yeni mövsümdə həm səhifədə, həm də vloqda daha da faydalı paylaşımlar üçün sizin üçün çalışacağıq.

https://forms.gle/MTn1FNLU8VzNmdHP6

Öncədən hər birinizə təşəkkürlər! 💚

#sorğu
Media is too big
VIEW IN TELEGRAM
Parkovşiklə səmimi söhbət.

Prinsipcə sirr deyildi ki, qeyri-qanuni parklanma "mafiya" tipli idarə olunurdu.

Deyir, bizə gündə 12 manat pul qalır. Yəni, bunların qazancı ayda heç 400 AZN təşkil etmir. Düşünürəm ki, bu insanları işsiz saxlamamaq üçün, elə AzParkinq strukturuna nəzarətçi kimi götürmək olar.

Yaxın illərdə onsuzda parklanmaya ciddi nəzarətə ehtiyac var. Heç olmasa normal maaş və rəsmi iş yerləri olar.

#parklanma
🇬🇪 Tbilisidə yeraltı zibil qabları.

Əvvəllər belə nümunələri yalnız İsveçdən gətirirdim (ətraflı video bu vqloda qısa versiyası burada), indi isə uzaq ölkə yox, qonşu Gürcüstanda böyük addımlarla irəli gedir.

Foto: Bayram Axundov.

#Tbilisi #təmizlik
🚎 Elə bilirdiniz ki, trolleybus dəbdən çıxmış və lazımsız ictimai nəqliyyat növüdür? 🙂

🇸🇰 Fotolarda gördüyünüz Bratislavanın yeni üç-seksiyalı trolleybusudur. 180 sərnişin daşıya bilir.

🔋 Bu trolleybuslarda həmçinin daxili batareya var. Elektrik naqillər olmayan yerdə özü sərbəst hərəkət edə bilir.

🔹 Bakıda trolleybuslar tramvaylarla birgə 2004-cü ildə ləğv olunmuşdur.

#Bratislava #ictimainəqliyyat
🔥 YENİ VİDEO!

Bu gün yeraltı və yerüstü keçidlər haqqında ətraflı danışacağıq. Bu mövzunu səhifədə dəfələrlə qabartmışıq, lakin yenə də məsələyə aydınlıq gətirməyə ehtiyac qalır.

Urbanist İlkin Babayevlə Ukrayna dairəsindəki məşhur keçidə və ətrafına baxdıq, mövcud vəziyyətdən və çıxış yollarından danışdıq. Və bir daha əmin olduq ki, bu keçidə xərclənən maliyyəni daha effektiv istifadə etmək olardı.

🔹 https://youtu.be/yoQvBRxSzUY

#piyadakeçidləri #vloq #İlkinBabayev
Avtobusu gözləyən zibil qabları.

📍 Neapol küçəsi.

#təmizlik
🇭🇺 Budapeşt küçələrində parkinq yerlərini azaldırlar.

Şəhərin meri müxtəlif küçələrdə 100-ə yaxın parkinq yerlərinin sayını azaldıb əvəzində daha geniş səkilər və velosiped zolaqlarıın salınmasının fotolarını paylaşıb.

#parklanma #Budapeşt
🇦🇿 Şəkiyə qısa səfərim oldu. Dedim sizin üçün bu şəhərin küçə infrastrukturunu göstərim.

Təəssüf ki, vəziyyət ürəkaçan deyil. Yenə də yol var, amma səki yox. Açıq və təhlükəli xəndəklər və dizayn-kodsuz tarixi binaların fasadları.

Daha çox foto və ətraflı şərhlər İnstagram stories-də.

#regionlar #Şəki