İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.47K photos
308 videos
2 files
776 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🌳 Metrodan ayaqla gəziləsi məsafədə (500 metr) yerləşən Baksell arena üçün stadionun özü boyda parkovka tikiblər.

Şəkildə göründüyü kimi ərazidə böyük miqdarda ağac var idi. Yəni sağlam həyat tərzi haqda olan oyun üçün bu qədər ağac məhv etməyə nə gərək var idi 🤦‍♂️

©️ Facebook / EcoKönüllü.

#ağaclar #əvvəlsonra
Salamzadə küçəsində səkilərin vəziyyətini izləyici çəkib göndərib.

Hər hansı bir avtomobil yolu bu vəziyyətdə olsaydı bu mövzu gündəm olardı. Amma piyadaları taleyi heç kimi maraqlandırmır.

#səkilər #izləyicilərdən
🅿️ 7 avqust tarixindən etibarən rəsmi ödənişli parklanma tətbiq edilməyə başlayacaq.

AYNA-nın keçirtidi press konfransdan əsas məqamlar:
🔹 Ödəniş mobil tətbiq üzərindən (AppStore və GooglePlay) və SMS vasitəsilə mümkün olacaq.
🔹 Parklanma zonasına 100 metr ətrafında yaşayan vətəndaşlar pulsuz parkinq üçün müraciət edə bilər.
🔹 Bu qaydalara nəzarət qanunda BNA-dadır, deməli AYNA ilə birləşəndən sonra həmin qurumda olacaq.

Buradan irəli gələn vacib məsələlər isə bunlardır:
🔸 Bakıda bir çox küçələrdə parkinq yerləri normal işarələnməyib. Sadəcə hərəkət zolaqları çəkilib. Bu, sürücüləri çaşdıracaq.
🔸 Hələ də bir çox ərazilərdə parklanmaya icazə verilsə də yolların qıraqları sarı boya ilə rənglənib (xüsusilə regionlarda bu problem var). Əslində, parklanmaya icazə varsa xətt ağ olmalıdır.
🔸 Hər bir küçənin ətrafında yüzlərlə avtomobil sahibi yaşayır. Heç bir halda parklanma yerləri hər sakin üçün çata bilməyəcək, qaldı ki kənardan gələn maşınlar. Düşünürəm ki, sakinlər üçün ən azı pulsuz deyil, hansısa ödəniş müqabiləndə bu yerlər verilsin. Şəhər ərazisi məhdud resursdur
🔸 22:00-dan sonra parklanma rəsmi ödənişsiz olacaq (qanuna görə), amma hiss edirəm ki axşamlar bu küçələrə parkovşiklər geri qayıdacaq. Necə deyərlər "şəhər yatır, mafiya oyanır".

Ümid edirəm, səlahiyyəti götürən AYNA agentliyi hər bir məsələyə çıxış yolu tapacaq.

#parklanma
Tıxaclarla mübarizədə bir nömrəli qayda budur. ⬆️

📍Bakı-Sumqayıt yolu bunun ideal nümunəsidir.

#tıxac #urbanistika
Yol genişləndirilməsinin qurbanı. Bu səfər Avropadan bir misal.

🇩🇪 1884-cü ildə Hamburqda Elba çayının üzərindən gotika stilində körpü inşa edilmişdir.

Lakin 1959-cu ildə bu körpünü genişləndirərkən onu memarlıq tarixinə əlvida dedilər.

Bu gün inkişaf etmiş ölkələrdə bilirlər ki, tıxaclarla mübarizədə yolun genişləndirilməsi effektiv üsul deyil, lakin səhvlər mərhələsini bir çoxları keçib.

#əvvəlsonra
🅿️ Xəqani küçəsində parallel parkinq nişanlanmasını aparıblar. Əvvəllər yox idi.

♿️ Hətta fiziki məhdudiyyətli insanlar üçün yerlər də ayrılıb, amma bəzi sürücülərə heç bir qayda vecinə deyil.

🔹 Gələn həftədən bu küçədə rəsmi ödənişli parklanma qüvvəyə minir. Bu qaydalara nəzarət mexanizminin tətbiqi mənə çox maraqlıdır.

🔹 Ətraflı vloq da çəkdim, YouTube-da yayımlanacaq.

#parklanma
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xəqani küçəsi bu səhər. Rəsmi ödənişli parklanma qüvvəyə düşsə də, parkovşiklər hələ də yerindədir. 🤡

#parklanma
ℹ️ Deməli, parklanmaya bağlı son gələn xəbərlər belədir:

🔹 AzParkinq əməkdaşları döyülüb
🔹 AYNA-nın əməkdaşları ərazidə olub
🔹 Qazilərin adından istifadə edərək parkovşikləri yerinə qaytarıblar
🔹 Sürücülər hələ də parkovşiklərə pul verməyə davam edirlər.

Bunların hamısı gözlənilən idi və bir müddət davam edəcək. Bu qara bazarı elə-belə heç kim buraxan deyil.

Məni narahat edən başqa məqamdır. Əgər bu məsələ qısa müddətə həll olunmasa, daha yuxarı instansiyalardan tapşırıq gələcək ki, "əl dəyməyin, köhnə qaydasına qaytarın".

Bu isə yenə də bütün islahat təşəbbüsünü öldürəcək, yenə də geriyə bir addım olacaq. Ümid edirəm, sağlam düşüncə qalib gələcək.

#parklanma
🚍 Bakıda daha bir avtobus zolağı salınıb. Bu səfər Zivərbəy Əhmədbəyov küçəsində.

Çoxdandır ki, belə təcrübə yox idi. Ümid edirəm, nəzarət mexanizminə də yanaşma dəyişəcək. Daha tutumlu nəqliyyat prioritetlə olmalıdır. Avtobus tıxacsız getməlidir ki, cəlbedici olsun.

#avtobuszolağı
Cari vəziyyət və xəyallar.

🔹 Dizayner Rəsul Həsən Dəmiryol vağzalı meydanının önünü parkinqsiz variantını göstərib.

Bir gün mütləq belə olacaq, çünki bu yolu çox ölkələr keçib. Əslində, 100 il əvvəl bu meydan məhs belə idi, maşınsız.

#vağzalmeydanı
🅿️ Ödənişli parklanma haqqında digərləri danışmadığını biz dedik.

Yeni video üçün Mərkəz və ən bahalı zonaya aid Xəqani küçəsində Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təmsilçisi Tərlan Səfərov və müstəqil nəqliyyat eksperti Rauf Ağamirzəyev ilə gəzişib söhbət etdim, gündəmdə olan sualları ünvanladım.

Parkovşiklərin axırı necə olacaq? Tarifləri kim və necə hesablayıb? Rəsmi toplanan pullar hara gedəcək, necə xərclənək? Ən əsası, bu urbanistik islahatdan gözləntilər nədir?

Ətraflı yeni videoda: https://youtu.be/n8t3KGQsJGg

P.S. Bizə Patreon-da daimi dəstək göstərənlərə təşəkkür etmək istəyirəm. Həmçinin, işimə dəstək göstərmək istəyənlər mənə buradan kofe ala bilər.

#parklanma #vloq #TərlanSəfərov
İnsan yönümlü küçə nə edə bilər?

Misal üçün dövlət büdcəsinə külli miqdarda pul gətirə bilər. 💵

Bunun bir misalı Lankaster şəhəridir (ABŞ, Kaliforniya). 2010-cü ildə bu küçədə əsaslı təmir işləri görülüb, hərəkət zolaqlarının sayını azaldıblar, ağaclar əkiblər, daha çox piyadaları bura cəlb ediblər. Bəzi günlərdə bu küçəni isə maşınlar üçün təmamilə bağlayırlar.

🔹 Beləliklə, bura biznesi cəlb etmək olub, 13 il ərzində 800 yeni iş yeri yaranıb. Küçənin təmirinə 11,5 milyon dollar xərclənib, lakin təmirdən sonra küçə 130 milyon dollar investisiya və $273 milyon iqtisadiyyata xeyir gətirib.

"Burada unikal bir şey yoxdur. Digər şəhərlər də bu təcrübəni təkrar edə bilər. Təkrarı çətin olan bizim şəhər hakimiyyətinin niyyətidir." - Ceyson Kodl, Lankaster şəhərinin meri.

#ABŞ