🔹 Bəsti Bağırova və Cəfər Cabbarlı küçələrinin kəsişməsində mövcud olan piyada keçidində svetofor qoydular.
İki hərəkət zolağının üzərindən keçən bütün piyada keçidləri nizamlanan olmalıdır, əslində.
⠀
Həm də çox yaxşı oldu ki, "zebra" indi kəsişmənin hər tərəfindədir, əvvəllər yalnız iki tərəfdə idi.
Videosu burada: https://www.youtube.com/watch?v=RW3pbS3Sc6E
#piyadakeçidləri

💬 "Bakıda heç vaxt heçnə alınmayaq" deyənlərə hərdən xatırlatmaq lazımdır ki, elə bizim şəhərdə tək səkiləri kəsməklə deyil, hərdən genişləndirməklə də məşğuldurlar.
⠀
🔹 Bura Sabit Orucov küçəsidir və üç il əvvəl burada yenidənqurma zamanı səkini bu cür genişləndirdilər, parkinq cibi təşkil etdilər. Təəssüf ki, hələ ki belə hallar daha çox istisna halı dəyişir. Hətta elə xəbərlər yayılır ki, buradakı yolu güya təzədən genişləndirmək istəyirlər səkinin və ağacların hesabına, ümid edirəm, reallaşmayacaq.
P.S. Bu küçənin ətraflı icmalı da var YouTube-da.
#Səkilər

⚡️ Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birləşdirilir.
Eyni zamanda mobilliyi təmin etmək üçün Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır.
Prezidentin fərmanları:
🔹 https://president.az/az/articles/view/59466
🔹 https://president.az/az/articles/view/59464

⚠️ "BNA ləğv olundu!".
⠀
Bu cür mətnlərə mediada və sosial şəbəkədə yaxın günlərdə hələ çox rast gələcəksiniz.
⠀
Ondan başlayaq ki, BNA ləğv olunmayıb, AYNA ilə birləşdirilib. Sadəcə indi həmin əməkdaşlar həmin işi digər agentlik adından görəcəklər. Hər halda İcra Hakimiyyətinə veriləndə belə idi.
⠀
İndi isə vəziyyət təxmini olaraq ona qayıdır ki, yenə bütün nəqliyyat məsələlərini Nəqliyyat Nazirliyinin ətrafında yığmağa çalışırlar. Yeni "Nəqliyyat Şurası"nın yaradılması həmin məntiqə sıxır. Birmənalı olaraq məlumdur ki, hakimiyyət başa düşür ki, bu gün nəqliyyat sektorunda çox ciddi islahatlara ehtiyac var. İstər təhlükəsizlik, istər tıxac, istər ictimai nəqliyyat sahəsi - biz inkişaf etmiş ölkələrdən çox geridə qalmışıq. Qarabağda ağıllı kənd tikirik, amma Qafqazın ən böyük paytaxtı Bakının küçələrində vəziyyət günü-gündən pisləşir. Belə şey necə mümkündür?
⠀
👎 Hər kəs narazıdır - sürücüsü, piyadası, sərnişini və tıxacda qalan deputatı.
⠀
Dəfələrlə qeyd etmişəm ki, həllərin kökündə siyasi iradə və cürət durur. Son aylarda aparılan struktur islahatları, xaricdən mütəxəssislərin dəvəti həmin iradəyə işarə versə də, heç bir real urbanistik islahat qeyri-populyar və qeyri-intuitiv addımlar atmadan mümkün deyil.
⠀
🔹 Mən heç kimi, xüsusi ilə bu postu oxuyan həmin dövlət qurumlarının işçilərini ruhdan salmaq istəmirəm. Əksinə, sizdən xahiş edirəm ki, öz rəislərinizə və rəhbərlərinizə başa salın ki, bu yolu inkişaf etmiş dövlətlər hələ keçən əsrdə keçib. Vaxtilə Avropada avtomobil yollarını daraldan və yerində tramvayı bərpa edən məmurlar lənətlənirdilər. Bu gün isə onlara dua oxuyurlar.
⠀
Elə edin ki, bu gün tıxaclarda hər ay 30-35 saatını itirən insanlar sizə də sabah dua oxusunlar.
#analitika

Bizim sürücülərimiz ilk növbədə düzəldin, sonra yollardan danışın.
⠀
Çox vaxt yol təhlükəsizliyindən danışanda bu cümləni güclü bir arqument kimi gətirirlər. Təbii ki, küçələrimizin quruluşu bizi qorumalıdır, hər zaman bundan danışıram. Lakin sürücü faktorunu tam istisna etmək də düzgün olmaz.
⠀
❓ Bəs Azərbaycanda normal sürücü olmaq olar, ümumiyyətlə? Əslində, olar. Bunun canlı şahidi də oldum. Bakıda yerləşən Sürücü Təlim Mərkəzinə baş çəkdim, mərkəzinin direktoruna bir çox maraqlı suallar verdim.
⠀
🔹 Növbəti vloqda həmin ekskursiyanın videosunu paylaşıram. Xoş seyrlər!
⠀
https://youtu.be/olqb1EKO0To
⠀
🔹Maraqlı alındısa, öz dəstəyinizi bu cür göstərə bilərsiniz.
#vloq

YouTube
Yol mədəniyyəti neçəyədir? Təlim mərkəzinə ekskursiya
Bakıda yerləşən Sürücü Təlim Mərkəzinə baş çəkdim, direktor Ramin Hacıyevlə yollardakı vəziyyətdən, sürücülük vəsiqəsinin alma prosesindən və ən böyük dərdimiz biri olan - yol mədəniyyətindən danışdım. Həmçinin, özümü də həm maşın və hətta avtobus sürücüsü…
🇹🇷 İstanbulun daha bir ərazisi bu cür dəyişəcək.
⠀
Başqa hansı ölkədən, hansı şəhərdən misal gətirək ki, bizimkilər "maşınlar üçün yer yaratmaq lazımdır!" düşüncəsindən əl çəksin?
#Istanbul

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🆘 Gəncədən SOS! Memarlıq abidə sökülür.
⠀
Videonu göndərən izləyici yazır ki, Gəncədə dövlət tərəfindən qorunan tarixi memarlıq abidəsinin söküntüsünə başlanılıb. Baxmayaraq ki, üzərində hətta xüsusi lövhə binanın damını artıq sökməyə başlayıblar.
#Gəncə

🇦🇿 İçərişəhəri biz itirə bilərik? Buranın hətta tarixi memarlıq abidələrini bizə niyə düzgün qoruya bilmirik?
⠀
Yeni vloqda Memar Dilqəm İsmayılovla İçərişəhərinin küçələrini gəzdik, buranın qədim binaları, məscidləri və küçələri haqqında danışdıq.
⠀
🔹 Əmin edirəm sizi, İçərişəhərin hələ belə icmalını görməmisiniz. Çox maraqlı alınıb, izləyə bilərsiniz:
https://youtu.be/iI5U1WXIgns
⠀
💡 Videonun daha geniş versiyası da hazırlanıb və eksklüziv olaraq Patronlarla paylaşılıb. Patreon-a "Layihə sponsoru" dərəcəsinə abunə olub, siz də izləyə bilərsiniz.
#Vloq #içərişəhər

İçərişəhərə fərqli baxış - Peşəkar memarla gəzinti
Bakının tarixi mərkəzi İçərişəhər bu gün UNESCO tərəfindən qorunsa da, buradakı bəzi memarlıq abidələrin görünüşünü saxlaya bilməyiblər. Memar Dilqəm İsmayılova İçərişəhərinin küçələrini gəzdik, buranın qədim binaları, məscidləri və küçələri haqqında danışdıq.…
🏗 Bakının mərkəzinə daha bir "Port Baku" tikilir.
⠀
Bu səfər "Port Baku Walk" adlı ictimai məkan və ticarət mərkəzindən söhbət gedir. Düz Cavanşir körpüsünün yanında yerləşdir.
⠀
Maraq doğuran odur ki, eskizlərdə velosiped zolağını da görmək olur, lakin anlamaq lazımdır ki, velozolaqlar əyləncə üçün deyil, şəhərdə vahid şəbəkə yaratmaqla nəqliyyat infrastrukturunun bir parçası olmalıdır.
⠀
Hazırda bu ərazidə olan vəziyyət çox bərbaddır, piyada gəzmək ümumiyyətlə mümkün deyil, nə səkiləri var, nə piyada keçidləri (4-cü fotoda görmək olar). Ümid edirəm, bu layihə sayəsində şəhərin mərkəzində daha bir küçə abadlaşdırılar. Cavanşir körpüsünün söküntüsü haqqında bir ara söhbətlər gedirdi, amma görünür ki, təsdiq olunmadı.
⠀
Necədir?

🔹Bu şəkli özünüzdə saxlayın.
⠀
Sizə kimsə deyəndə ki, şəhərdə maşın sürmək imkan vermirlər və ən böyük günah piyadalardadır - bu fotonu onlara göstərin.
⠀
Bu gün istər Bakıda, istər digər şəhərlərimizdə küçələrin əksər hissəsi məhz avtomobillər üçün ayrılıb. Özü də, hətta dəxlisiz yerlərdə belə küçələrimiz böyük asfalt səhralığına çevrilib. Prioritetlər mütləq dəyişdirilməlidir.
#səkilər #prioritetlər