İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
818 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔹 Yusif Səfərov küçəsi əvvəllər və indi.

Şəhərin mərkəzində parkı asfalta belə qurban verdilər, təəssüf ki. Hansı problemi həll etdik?

#YusifSəfərovküçəsi
😢18👍2
Приятные новости из Баку: активисты остановили вредителей!

Власти решили нанести добро людям, впихнув на улицу надземный переход вместо зебры со светофором. Но благодаря бурному освещению в соцсетях, блогах и СМИ активисты смогли остановить строительство перехода и заставить убрать конструкции.

Характерно, что сам по себе неудобный надземный переход ещё и хотели разместить в стороне от пешеходных потоков — там, где это было проще всего для строителей. Благо, зебра осталась на своём месте, напротив выхода из университета.
14👍4
🇦🇿 İstanbulun tanınmış Eminönü meydanı belə dəyişəcək.

Bizim Vağzal meydanına da mütləq belə transformasiya lazımdır. Maraqlıdır ki, buna dair layihə hələ 2 il əvvəl hazır idi, amma reallaşmadı.

#İstanbul
👍353👏1
❗️ Daha bir küçədə səkini daraltdılar, özü də qanunları çox ciddi şəkildə pozmaq ilə.

İzləyici yazır ki, keçən həftə Bakıxanov qəsəbəsində (Rüstəm Rüstəmov küçəsində) AAYDA-nın əməkdaşları gəlib səki daşlarını sökməyə başladılar, indi isə görünür ki döngədə bu ərazini təmamilə asfaltlayıb parkinq təşkil etdilər (daha çox foto şərhlərdə).

⚠️ Özü də, düz döngədə və enişdə! Adam nə qədər savadsız gərək olsun ki, yol hərəkətini təşkilində bu cür səhvlərə yol versin. Çünki bu tək piyadalara hörmətsizlik və müasir şəhərsalmaya zidd olan addım deyil, hətta mövcud təhükəsizlik standartlarının və mövcud qanunların ciddi pozulmasıdır.

#Səkilər
🤮23😢1
🏡 İnsan yönümlü yaşayış massivi nə deməkdir soruşanda, bu videonu göstərə bilərsiniz.

🇸🇪 Stokholm sakinlərinin yaşadığı yeni rayonuna baxmağa sizi dəvət edirəm.

❗️ Bu cür videolar məhs ona görə vacibdir ki, insanlarımız görsün ki, əslində yaşayış massivi tək Yeni Yasamal kimi xaotik deyil, bax bu cür düşünülmüş və rahat ola bilər:

https://youtu.be/LCquYQYQaF8

🔹Yaxın həftələrdə isə artıq daha çox öz şəhərlərimizdən yeni reportajlar çıxacaq, Patreon-da dəstək olanlar videoları hər kəsdən tez görə biləcək.

#Vloqlar #Stokholm
13👍3
❗️ İnsanlar Azneftə qədər piyada gedirlər.

İzləyici yazır ki, səhərdən Bayıldan Azneft dairəsinə qədər yol bağlıdır, heç avtobusları buraxmırlar. Sərnişinlər məcbur olub yolun ortasında düşün, yollarını piyada olaraq davam etsin. Bu tərəflərdə isə heç bir metro olmadığına faktiki olaraq insanlara başqa heç bir seçim verilməsin.
💩21😁1
Forwarded from Papirus
🇹🇷⚡️ İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu

📸 Beşiktaş meydanı

belə idi / belə olacaq
16👍3💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Şərhsiz" rubrikası.

Video: TikTok / myphotoblog

#izləyicilərdən
😢13🤮7👍31
🔹 Bəsti Bağırova və Cəfər Cabbarlı küçələrinin kəsişməsində mövcud olan piyada keçidində svetofor qoydular.

İki hərəkət zolağının üzərindən keçən bütün piyada keçidləri nizamlanan olmalıdır, əslində.

Həm də çox yaxşı oldu ki, "zebra" indi kəsişmənin hər tərəfindədir, əvvəllər yalnız iki tərəfdə idi.

Videosu burada: https://www.youtube.com/watch?v=RW3pbS3Sc6E

#piyadakeçidləri
👍182
💬 "Bakıda heç vaxt heçnə alınmayaq" deyənlərə hərdən xatırlatmaq lazımdır ki, elə bizim şəhərdə tək səkiləri kəsməklə deyil, hərdən genişləndirməklə də məşğuldurlar.

🔹 Bura Sabit Orucov küçəsidir və üç il əvvəl burada yenidənqurma zamanı səkini bu cür genişləndirdilər, parkinq cibi təşkil etdilər. Təəssüf ki, hələ ki belə hallar daha çox istisna halı dəyişir. Hətta elə xəbərlər yayılır ki, buradakı yolu güya təzədən genişləndirmək istəyirlər səkinin və ağacların hesabına, ümid edirəm, reallaşmayacaq.

P.S. Bu küçənin ətraflı icmalı da var YouTube-da.

#Səkilər
👍212👏1🤮1
⚡️ Bakıya ilk elektrobus gətirilib.

Foto: BNA

#elektrobus #ictimainəqliyyat
21👍7👏6🤮3
⚡️ Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birləşdirilir.

Eyni zamanda mobilliyi təmin etmək üçün Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır.

Prezidentin fərmanları:
🔹 https://president.az/az/articles/view/59466

🔹 https://president.az/az/articles/view/59464
👍6😱6😁4
⚠️ "BNA ləğv olundu!".

Bu cür mətnlərə mediada və sosial şəbəkədə yaxın günlərdə hələ çox rast gələcəksiniz.

Ondan başlayaq ki, BNA ləğv olunmayıb, AYNA ilə birləşdirilib. Sadəcə indi həmin əməkdaşlar həmin işi digər agentlik adından görəcəklər. Hər halda İcra Hakimiyyətinə veriləndə belə idi.

İndi isə vəziyyət təxmini olaraq ona qayıdır ki, yenə bütün nəqliyyat məsələlərini Nəqliyyat Nazirliyinin ətrafında yığmağa çalışırlar. Yeni "Nəqliyyat Şurası"nın yaradılması həmin məntiqə sıxır. Birmənalı olaraq məlumdur ki, hakimiyyət başa düşür ki, bu gün nəqliyyat sektorunda çox ciddi islahatlara ehtiyac var. İstər təhlükəsizlik, istər tıxac, istər ictimai nəqliyyat sahəsi - biz inkişaf etmiş ölkələrdən çox geridə qalmışıq. Qarabağda ağıllı kənd tikirik, amma Qafqazın ən böyük paytaxtı Bakının küçələrində vəziyyət günü-gündən pisləşir. Belə şey necə mümkündür?

👎 Hər kəs narazıdır - sürücüsü, piyadası, sərnişini və tıxacda qalan deputatı.

Dəfələrlə qeyd etmişəm ki, həllərin kökündə siyasi iradə və cürət durur. Son aylarda aparılan struktur islahatları, xaricdən mütəxəssislərin dəvəti həmin iradəyə işarə versə də, heç bir real urbanistik islahat qeyri-populyar və qeyri-intuitiv addımlar atmadan mümkün deyil.

🔹 Mən heç kimi, xüsusi ilə bu postu oxuyan həmin dövlət qurumlarının işçilərini ruhdan salmaq istəmirəm. Əksinə, sizdən xahiş edirəm ki, öz rəislərinizə və rəhbərlərinizə başa salın ki, bu yolu inkişaf etmiş dövlətlər hələ keçən əsrdə keçib. Vaxtilə Avropada avtomobil yollarını daraldan və yerində tramvayı bərpa edən məmurlar lənətlənirdilər. Bu gün isə onlara dua oxuyurlar.

Elə edin ki, bu gün tıxaclarda hər ay 30-35 saatını itirən insanlar sizə də sabah dua oxusunlar.

#analitika
31👍18😁1
Bizim sürücülərimiz ilk növbədə düzəldin, sonra yollardan danışın.

Çox vaxt yol təhlükəsizliyindən danışanda bu cümləni güclü bir arqument kimi gətirirlər. Təbii ki, küçələrimizin quruluşu bizi qorumalıdır, hər zaman bundan danışıram. Lakin sürücü faktorunu tam istisna etmək də düzgün olmaz.

Bəs Azərbaycanda normal sürücü olmaq olar, ümumiyyətlə? Əslində, olar. Bunun canlı şahidi də oldum. Bakıda yerləşən Sürücü Təlim Mərkəzinə baş çəkdim, mərkəzinin direktoruna bir çox maraqlı suallar verdim.

🔹 Növbəti vloqda həmin ekskursiyanın videosunu paylaşıram. Xoş seyrlər!

https://youtu.be/olqb1EKO0To

🔹Maraqlı alındısa, öz dəstəyinizi bu cür göstərə bilərsiniz.

#vloq
12👍4
✉️ Yol Polisi sürücülərə bu gün belə SMS göndərib.

Təhlükəsizliyin dərmanı bu olmasa da, lakin belə xəbərdarlıq heç olmasa bir qəzanın qarşısını ala bilsə deməli boşuna deyil.
👍241