İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.53K photos
318 videos
2 files
804 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Deyəsən, Yasamalda yerləşən universitetlərin ətrafına velozolaqlar gəlir. AYNA buna dair sorğu keçirib və paylaşıb.

🔹 Yasamal rayonunda rahatlıqla geniş velosiped şəbəkəsini qurmaq olar. Bir çoxları deyir ki, Bakı reyleflidir, şəhərdən Yasamala velosiped sürmək çətin olacaq və s. Halbuki elektroskuter və elektrovelosiped dövründə bu demək olar ki, aktual deyil.

🔸 Lakin uzağa getmədən, elə Yasamal daxili küçələrdə hətta hərəkət zolaqlarının sayını saxlamaqla (və səkiləri qurban verməməklə) veloinfrastruktur qurmaq mümkündür.
🚕 Taksidə “dizayn-kod” — ən uğurlu misallardan biri.

🇭🇺 Budapeştin keysi çox maraqlıdır. Deməli, bütün taksilər sarı rəngdə olmalıdır, lakin qəbul olunmuş üsluba əsasən, taksi şirkətinin loqosu səliqəli şəkildə qapıda və damda öz əksini tapmalıdır.

📸 Fotolarda Bolt, Uber və City Taxi-yə aid avtomobillərdir, fikir verin necə səliqəli görsənir. Hətta qapıda tariflər də qeyd olunub (yenə də, bütün maşınlarda vahid üslubda).

#taksi #dizaynkod
Media is too big
VIEW IN TELEGRAM
🚲 Velozolaqları avtomobillərdən belə qoruyurlar.

🇷🇴 Qarlı Buxarestdən mini-vloq.

#minivloq
⁉️ Hər şey birmənalı deyil Buxarestdə.

Velozolaqlar hərdən buz zolaqlarına çevrilir və qardan demək olar ki təmizlənmir.
🚇 Metronun yaxın illər üçün planları açıqlandı.

🔹 10 yeni stansiya və xətlərinin ayrılmasını bildik, bəs bunların icrası necə baş tutacaq? Keçidlər necə təşkil olunacaq? Ümumiyyətlə stansiyaların yerləri düzgün seçilibmi?

🔹 Bu və digər mövzuları Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov və eskpert Azər Axundov ilə müzakirə etdik.

☕️ Bu soyuq havada özünüzə isti çay-kofe süzüb növbəti maraqlı vloqu izləyin:

➡️ https://youtu.be/iCnO7i3vrzA?si=P0PQqAqi8q2oBZAb

Fəaliyyətimə dəstək olmaq.
💡 Əməkdaşlıq və reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#vloq #metro
İnsan yönümlü şəhərlər ️
🚇 Metronun yaxın illər üçün planları açıqlandı. 🔹 10 yeni stansiya və xətlərinin ayrılmasını bildik, bəs bunların icrası necə baş tutacaq? Keçidlər necə təşkil olunacaq? Ümumiyyətlə stansiyaların yerləri düzgün seçilibmi? 🔹 Bu və digər mövzuları Bakı metrosunun…
🚇 Metro vloquna davam olaraq.

Kim başa düşmədisə, 28 May və Cəfər Cabbarlı stansiyalar necə ayrılacaq, vloqun qonağı Azər Axundov izah edir:

Metronun "Cəfər Cabbarlı" stansiyası 2 hissədən ibarətdir, bir hissəsi "28 May" stansiyasının şərq tərəfində, digəri isə qərb tərəfində yerləşir.

1993-cü ildə qərb tərəfdə yerləşən platforma (ikinci yol) istifadəyə verilib. 2008-ci ildə isə şərq tərəfdəki platforma (birinci yol) istifadəyə verilib. Qərb platforması "28 May" stansiyasından 1.2 metr yuxarıda, şərq platforması isə 7.2 metr yuxarıda yerləşir (ventilyasiya və kabel tunelləri ilə müxtəlif səviyyəli kəsişmənin təmin olunması üçün).

“28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçmək üçün "28 May" stansiyasının sonundakı keçidlə pilləkənlərlə qalxmaq lazımdır. Qalxdıqdan sonra sola dönməklə ikinci yola, sağa dönüb uzun tunellə getməklə isə birinci yola düşmək olur.

Xətlər ayrıldıqdan sonra bu stansiyada hərəkət daha da artacaq və "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər "Dərnəgül" istiqamətinə keçmək üçün "28 May" stansiyasında düşüb "Cəfər Cabbarlı"ya keçməli olacaqlar. Bu səbəbdən xətləri ayırarkən "Xətai" istiqamətinə gedən və "Nizami" tərəfdən gələn sərnişinlərin "28 May" stansiyasına daha rahat keçid etməsi üçün "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına əlavə keçidin də tikintisi nəzərdə tutulur.

Yeni tikiləcək keçid sxem olaraq şəkillərdə qeyd olunub.


#metro
This media is not supported in your browser
VIEW IN TELEGRAM
☃️ Qarlı həftənin urbanistik daycesti:

🔹 Nyu-Yorkda tətbiq edilən ödənişli girişin ilk nətiəcələri açıqlandı.

🔹 Amsterdamın 50 il ərzində keçdiyi yola baxdıq.

🔹 Gürcüstana qatar reysinə açılmasına dair ümid verildi.

🔹 Neftçilər prospektində eynisəviyyəli piyada keçidinin təşkilinin düzgün qərar olduğunu bir daha vurğuladıq.

🔹 Yasamalda, universitetlərin ətrafında velosiped zolaqlarının təşkil olunacağı ehtimal edildi https://t.me/city4people_az/3043

🔹 Buxarestə Macarıstan üzərindən tranzit gedərkən Budapeşt hava limanında bir daha taksidə dizayn-kodun tətbiqini göstərdim.

🔹 Buxarestin özündə velosiped zolaqlarını göstərdim. Budapeştdən mini-vloqa isə instagram-da izləyə bilərsiniz.

🔹 Bu həftənin əsas vloqu isə Bakı metropolitenin inkişaf planlarına həsr olundu.

❄️ Qarlı yollarımızda və küçələrimizdə vəziyyəti isə müzakirə qrupumuzda izləyə bilərsiniz.

Kanalın fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#urbanhəftə
🖌️ Boyanın keyfiyyəti belə olar.

Daha dəqiq desək bu termoplastdır. İllərlə qalır və silinmir.

🇷🇴 Kluj şəhərində velosiped zolağı.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❄️ Yolların qardan təmizlənməsi.

🇨🇳 Çin misalı. Urumçi şəhəri.
Forwarded from Teymur Qafarzadeh
Hörmətsiz Mikromobillik Zolaqları .