İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚍 Daha bir avtobus zolağı salındı.

🔹 Tbilisi prospektinsə bu çoxdan gündəmdə idi, kifayət qədər marşrut xətti buradan keçir və tıxaclara görə daimə ləngiyirdi.

Əlbəttə ki, “BUS” zolaqların mənasını sona qədər anlamayanda, təəssürat yaranır ki, “onsuzda tıxac idi, nəyə lazım idi” və “fotoda avtobus nəsə görünmür”.

🔹 Birincisi, bu zolaq elə tıxac olan küçədə lazımdır ki, avtobuslar tıxacda qalmasın. İkincisi də, əgər bu zolağa avtobus gec çatırsa, deməli haradasa başqa yerdə tıxacda ilişib qalıb. Və BUS zolaqların effektivliyi üçün onlar vahid şəbəkə təşkil etməlidir.

📸 Foto: Facebook / Cavanşir Tağıyev.

#avtobuszolaqları
Avtobus zolağı olan yerlərdə sərnişini necə düşürdək?

🔸 Cərimələrin məbləği və nəzarət artandan sonra, bu cür suallar və şikayətlərin sayı xeyli artıb.

🔸 Belə baxanda, sual həqiqətən məntiqlidir. Bakıda və ümumiyyətlə ölkədə sərnişin mindirib-düşürtmək heç vaxt problem olmayıb, çünki nə avtobus, nə velozolaq deyilən bir şey yox idi (son illəri çıxsaq).

❗️ Xarici təcrübəyə baxsaq, inkişaf etmiş şəhərlərdə "harada istədim adam mindirdim/düşürtdüm" deyən bir anlayış yoxdur. Bəli, Bakıda taksi duracaqların sayı və sərnişinlərin minməsi və düşməsi üçün ayrılmış yerlərin sayı həqiqətən azdır. Çünki küçənin layihələndirilməsi çox xaotik şəkildə aparılır. Binalar, obyektlər, dayanacaqlar, — bunlar hamısının tikintisi müxtəlif dövrlərdə koordinasiya olmadan aparılıb və bunu tez həll etmək yaxın gələcəkdə mümkün olmayacaq.

🔹 Ona görə, indiki vəziyyətdə sürücülərə yeganə tövsiyəm — təhlükəsizliyi nəzərə alaraq, avtobus zolaqlarına daxil olmadan, ən sağ avtomobil zolağında sərnişinləri düşürdə bilərsiniz. Təbii ki, sərnişinlər də avtomobildən çıxanda öncədən arxaya baxıb avtobusun gəlməməsində əmin olmalıdır.

🚍 Bəzi yerlərdə avtobus zolaqlarında qırıq-qırıq (punktir) xətlər varsa, həmin xətlər olan yerlərdə zolağa daxil olmaq mümkündür. Lakin əksər yeni BUS zolaqlarında belə "ciblər" nəzərdə tutulmayıb. Ona görə yuxarıda qeyd olunan variant hələ ki ən uyğun görünür. Zamanla, insanlar mühitə öyrəşəcək və davranış da dəyişəcək.

#avtobuszolaqları #cərimələr
🗺 Avtobus zolaqlarının xəritəsi.

🚍 Zolaqların sayı artıq 20-ni keçsə də, xəritəyə proyeksiya edəndə görünür ki, əsas çatışmazlıq zolaqların "parçalanmış" şəkildə müxtəlif küçələr arasında paylanılmasıdır.

❗️ Bakıda hələ də bir marşrut belə yoxdur ki, onun yolu tam olaraq avtobus zolağı olan küçələrdən keçsin.

🔹 Xəritəni hazırladı: Azər Axundov.

#avtobuszolaqları
Media is too big
VIEW IN TELEGRAM
❗️ Bakı bəlkə yeganə şəhər olacaq COP29 kimi tədbir keçirsin, amma avtobus haqqında məlumat terminalı bu şəhərdə olmasın.

OK, 13 il əvvəl bu köhnə Nəqliyyat Nazirliyinin uğursuz layihəsi idi. O vaxtdan bəri nə BNA, nə AYNA bu istiqamətdə bir addım irəli belə edə bilməyib. Bakıdan 3 dəfə balaca Tiflisdə belə monitorlar çoxdan var, göstərmişdim sizə.

🅿️ AzParkinq ödənişli parklanmadan kifayət qədər pul qazanır. Bu pullar niyə ictimai nəqliyyatın inkişafına xərclənmir?

#ictimainəqliyyat
💬 Deyirəm, bəlkə ayrıca kanal açım, bu dəyərli şərhləri muzeyə toplayım. 🤡

#şərhlərmuzeyi
🚧 8 noyabr prospektinin "Ağ Şəhər" tərəfinə düşən hissəsində səkiləri bu cür genişləndirirlər.

🔸 Fotoları göndərən izləyici yazır ki, bəzi yerlərdə hətta yaşıllıq zolağı salınır, lazımsız hasarlar sökülür.

🔹 Çox əladır. Kaş bütün prospekt boyu işləri bu cür görərdilər. Misal üçün Sadıqcan küçəsinə yaxın artıq vəziyyət fərqlidir, orada səkilər çox dar qalıb və velozolaqlar da salınmayıb.

#8noyabrprospekti #səkilər
⚡️ Bu günü də gördük?

20 yanvar metrostansiyasının giriş/çıxışlarında ticarət obyektlərin fəaliyyəti dayandırıldı. Keçidlərində xaos yaşanan yeganə stansiya bu qalmışdır.
❗️Memar Elçin Əliyev yazır ki, cəmiyyətdə tramvay mövzusunda peşəkar müzakirə aparılmır.

Baxmayaraq ki, ən çox bu haqda yazan səhifənin biri elə budur, Elçin Əliyevlə açıq debata çıxmağa hazıram.
🚲 Velosiped keçidlərini yeni boya ilə nişanlanmağa başlayıblar.

İkikomponentli boyadır, daha dözümlüdür. Bir qədər rəngi daha tünt yaşıldır, bu da işıq-qaytarma xüsusiyyətinə mənfi təsir edə bilər.

📍 Bura Afiyyədin Cəlilov küçəsidir, ümid edirəm 8 noyabrda unudulan velokeçidi təşkil edərlər yeni boya ilə.

#velosipedzolaqları
🔹 Həftə pozitiv xəbər ilə bitir.

Cavanşir körpüsünün ərazisində unudulan səki təşkil edildi. Qaldı burada piyada zolağı çəkmək.
20 Yanvar metrosunun ətrafında olan tıxacların bir səbəbi də "manatlıq taksi" adlandırılan qeyri-formal sərnişindaşıma xidmətləridir.

🔸 Onlar şəhərin bu vacib düyünündə xaos yaradır.
Əslində bu barədə illər ərzində yazmışam. İlk olaraq bu kimi xidmətlər ictimai nəqliyyat sisteminin zəifliyindən yaranır, sonra isə formal sistemləri yavaş-yavaş öldürür, özünü əvəzedilməz edir. Nəzarət zəif olanda və formal qaydalar işləməyəndə bu proses daha tez baş verir.

🔸 Aydın məsələdir ki, Bakıda ictimai nəqliyyat sisteminin dərin problemləri var, bundan əlavə bu sistem alternativlərinə sürət baxımından uduzur.

🔸 Hal hazırda isə Tbilisi və Moskva prospeklərində, eləcə də Bakı-Sumqayıt yolunda avtobusların hərəkət üstünlüyü təmin olunub. Görünən odur ki, nəzarət tədbirləri də gücləndirilib. Manatlıq taksilər də 20 Yanvar metrosunun ətrafından kənarlaşdırılır. Ümid edək ki, ərazidə daha nizamlı hərəkət olacaq və avtobuslar əvvəlki kimi ləngiməyə uğramayacaq.

🔸 Hal-hazırda Sumqayıt istiqamətinə Bakı Avtovağzalından getmək mümkündür, ekspress marşrut xətti isə avtobus zolaqları vasitəsilə daha az tıxac görür. Gediş haqqı da manatlıq taksilərdən daha ucuzdur.

©️ Transport for Baku.

#ictimainəqliyyat