İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.49K photos
312 videos
2 files
786 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚊 Tramvaylar: həm insanlara xidmət edir, həm küçələri bəzəyir.

🌍 Dünyanın müxtəlif şəhərlərində bu gün hərəkət edən gözəl tramvaylara baxaq.

#tramvay
30 nömrəli avtobusdakı monitor elə bilir ki o smartfondur 🙃

Fotonu çatımıza göndəriblər.

#izləyicilərdən #avtobuslar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💥🚙 Bu piyadaları sürət xilas etdi.

Diqqətsiz insanlar dünyanın hər yerində var. Hər kəs qayda poza bilər, hər kəs səhv buraxa bilər. Lakin bu səhvlər adamları öldürməməlidir.

🇬🇧 Bura İngiltərənin Bradford şəhəridir. Gördüyünüz ki, burada piyada keçidində bir sıra sürücülər piyadalara yol vermir və qəzalar baş verir. Lakin bu qəzada ağır xəsarət alan və ya həlak olan olmur. Kimsə yıxılır, kimsə vaxtında reaksiya verir və qəzadan qaçır.

💡 Bunun sirri çox sadədir - avtomobillərin sürəti aşağıdır (adətən şəhər mərkəzində 30 km/s), eyni zamanda yolun quruluşu və dizaynı elədir ki, istəsən 70-80 km/s-a sürə bilmərsən ("8 noyabr" prospektinə buradan salam).

📊 Birləşmiş Krallıqda hər il 100 min nəfərə 2,4 qəzalarda ölür, Azərbaycan isə bu rəqəm 8-dir. Şəhərlərimiz 3 (!) dəfədən çox insanın həyatını alır.

#təhlükəsizlik
🌨️ Qar yağanda Bakıda hansı problemlər daha çox üzə çıxır?

Xüsusən piyada və ictimai nəqliyyat ilə hərəkət edən sakinlərin fikri maraqlıdır.

#qar
Sayımız 2200-ü keçdi. 🔥

🇦🇿 Kanalı haradan izləyirsiniz?
Anonymous Poll
65%
Bakı
5%
Sumqayıt
2%
Gəncə
4%
Xırdalan
1%
Naxçıvan MR
8%
Digər region
15%
Xaricdə yaşayıram
⬆️ İzləyicidən müşahidə.

Yolları qardan təmizləsələr də, velosiped zolaqlarına diqqət yetirirlmir.

#qar #velosipedzolaqları
Bizdə və onlarda.

🇦🇿Bakı və 🇩🇰 Kopenhagen.

Foto: “Cycling Baku” səhifəsindən.

#qar #kopenhagen
🌨️ Qarlı havada, buz bağlamış küçələrdə velosiped sürən xanımlarımız da var.

➡️ Video burada.

#qar #velosipedzolaqları
🚊 Relssiz tramvay bizə lazımdırmı?

Bakıda tramvayın dəqiq olub-olmaması təsdiqlənməyə qədər, bu mövzu ətrafında hələ çox müzakirələr olacaq. İndi isə "relssiz tramvay" məsələsi gündəm olub. Təxmini belə düşünürlər: "Qoy tramvaylar olsun, lakin xərc çəkib relslər salmayaq, bu köhnə texnologiyadır, adi təkərlərlər hərəkət etsin".

🇨🇳 Bəli, Çində belə texnologiya hazırda sınaqdan keçirilir (fotoda), lakin özünü hələ doğrultamayıb, bunun üçün zaman lazımdır.

Və indidən bu cür sistemlərin mənfi cəhətlərindən danışmaq olar.

🔸 Relssiz tramvay - sadəcə böyük elektrobusdur. Yəni o gedib haradasa dayanıb, şarj yığmalıdır. Bu isə vaxt itkisi deməkdir.
🔸 Belə tramvaylar relslər lazım olmasa da, onların xüsusi nişanlanması ideal olmalıdır, istər nişanlanma xətləri, istər yol örtüyünün özü. Yəni relslərdən çox da ucuz olmayan yol infrastrukturudur bu.
🔸 Ekoloji cəhətdən belə sistemlər tramvaylar kimi təmiz deyil. Təkərlərin asfalt ilə təması havaya zərərli maddələrin qalxmasına səbəb olur.

Yox, əgər Bakıda tramvayın təşkil edilməsi üçün maddi vəsait yoxdur, o zaman, gəlin avtobusların üzərində BRT sistemlərinə üstünlük verək (Tiflisdə, İstanbulda və bir sıra digər şəhərlərdəki kimi). Heç olmasa, bilək belə sistemlər dünyada geniş tətbiq olunur, onların təcrübəsinə əsaslanaraq özümüzə uyğun inteqrasiya edək.

🔹 Kimsə deyirsə ki, tramvay köhnəlmiş nəqliyyat növüdür, xatırladım ki, son illər ərzində İzmir, Dubay, hətta Əlcəzairdə yeni tramvay xətləri çəkilir.

🇦🇿 Bakıya isə tramvayların qayıdıb-qayıtmaması hələ də sual altındadır.

#tramvay
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇰 Danimarkanın Olborq şəhərində BRT sistemi. Bus Rapid Transit.

Öz ayrılmış xətti ilə hərəkət edən sürətli avtobus.

Hərdən buna metrobus deyilir (İstanbulda misal üçün).

#avtobuszolaqları #BRT