İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.58K photos
323 videos
2 files
819 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔥 YENİ VİDEO!

Bu gün yeraltı və yerüstü keçidlər haqqında ətraflı danışacağıq. Bu mövzunu səhifədə dəfələrlə qabartmışıq, lakin yenə də məsələyə aydınlıq gətirməyə ehtiyac qalır.

Urbanist İlkin Babayevlə Ukrayna dairəsindəki məşhur keçidə və ətrafına baxdıq, mövcud vəziyyətdən və çıxış yollarından danışdıq. Və bir daha əmin olduq ki, bu keçidə xərclənən maliyyəni daha effektiv istifadə etmək olardı.

🔹 https://youtu.be/yoQvBRxSzUY

#piyadakeçidləri #vloq #İlkinBabayev
22👍9
Avtobusu gözləyən zibil qabları.

📍 Neapol küçəsi.

#təmizlik
💩33😁18😢3😱1
🇭🇺 Budapeşt küçələrində parkinq yerlərini azaldırlar.

Şəhərin meri müxtəlif küçələrdə 100-ə yaxın parkinq yerlərinin sayını azaldıb əvəzində daha geniş səkilər və velosiped zolaqlarıın salınmasının fotolarını paylaşıb.

#parklanma #Budapeşt
31👍8
🇦🇿 Şəkiyə qısa səfərim oldu. Dedim sizin üçün bu şəhərin küçə infrastrukturunu göstərim.

Təəssüf ki, vəziyyət ürəkaçan deyil. Yenə də yol var, amma səki yox. Açıq və təhlükəli xəndəklər və dizayn-kodsuz tarixi binaların fasadları.

Daha çox foto və ətraflı şərhlər İnstagram stories-də.

#regionlar #Şəki
👍24😢9
⚠️ İzləyicilər qanunun daha bir boşluğuna fikir verdilər.

Deməli, mövcud qanunveriliciyə görə, taksi xidmətlərini göstərən şirkətlərin avtomobilləri yalnız sarı, ağ və ya bənövşəyi rəngində ola bilər. Bu məlumatı hazırda daşıyıcılara keçirilən treninqdə sürücülərə təqdim edirlər.

Lakin, elə dövlət taksisi sayılan "Baku Taxi" yeni elektrik "London Cab"-ları qırmızı rəngindədir. Belə çıxır ki, "pomidor" dediyimiz taksilər qanunveriliciyin tələbinə cavab vermir? 🙂

#taksi
😁34💩6👍51
Günün rəqəmi.

Niderlandda uşaqların 69%-i məktəbə velosipedlə gedir.

#Niderland
46👍9👏1