İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
818 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
​​🔶 Yeni dövlət proqramı gəlir?

Bu gün Nəqliyyat Nazirliyi (RİNN) bir təqdimat ilə çıxış etdi ki, yol təhlükəsizliyinə dair Polşa və Litvanın mütəxəssisləri ilə razılıq əldə edilib.

Təqdimatın detalları hələ KİV-də tam açıqlanmayıb, hər hansı nəticələr çıxartmaq tezdir. Ümumi şərhlərim isə belədir:

🔸 "2019-2023-cü illər üzrə dövlət proqramı" iflasa uğradı. Bu sənəddə demək olar ki heç bir bənd yerinə yetirilmədi. Qəzalarda qurbanların sayı isə bu illər ərzində əksinə artdı. Deməli, təzə proqrama ehtiyac var.

🔸 Beynəlxalq təcrübənin, xüsusi ilə bu məsələlərdə uğurlu təcrübəsi olan Avropa ölkələrinin mütəxəssisləri cəlb edilməsi müsbət qarşılayıram.

🔸 Yaxşı olardı ki, artıq xarici təcrübədən yararlanırıq isə, birbaşa İsveçin "Vision Zero" proqramı qəbul edək. Bu proqram deyir ki, qəzalarda qurbanların sayını sıfıra azaltmağa dair addımlamaq lazımdır. Qazaxıstan artıq bu təcrübədən yararlanır.

🔸 ƏN VACİB MƏSƏLƏ - SİYASİ İRADƏDİR. Əgər biz yenə də "tıxac olmasın deyə, gəlin yerüstü piyada keçidlərini tikək" tipli yanaşmadan əl çəkməyəcəyik, o zaman istər bütün dünyadan mütəxəssislər gətirin, xeyiri olmayacaq. Qərar qəbul edən insanların düşüncəsi və niyyəti dəyişməlidir. Bu, çox önəmlidir.

Ümidimi itirmirəm.

📸 Fotoda isə Polşanın paytaxtı Varşava şəhərində təhlükəsiz və işıqlandırılan eynisəviyyəli piyada keçidi.

#dövlətproqramı #təhlükəsizlik
👍16
🇸🇪 İsveçin yollarında bilirsiniz niyə bizdən 5 dəfə daha az insan ölür? Piyada vurulma halları isə ümumiyyətlə müqayisə olunası deyil?

Bu fotolarda cavab tapacaqsınız. Fikir verin demək olar ki, hər bir yolayrıcında təhlükəsizlik adacığı var. Dönqələr özləri və küçə belə dizayn edilib ki, burada yüksək sürət üçün yer yoxdur.

Bax, nə vaxtsa biz küçələri belə layihələndirəndə, o zaman bizdə də statistika indiki kimi dəhşətli olmayacaq.

📍 Stokholm.

📱 Daha çox foto stories-də.

#visionzero #stokholm #təhlükəsizlik
11👍4
Media is too big
VIEW IN TELEGRAM
Gecə vaxtı keçidlərin işıqlandırılması.

🇸🇪 Stokholmdan qısa video çəkdim sizin üçün.

#piyadakeçidləri #Stokholm #gecəxronikası
👍25
🇸🇪 🚇 Stokholm metrosu.

Qayalarda tikilən bu ictimai nəqliyyat 100 stansiya və 3 xətdən ibarətdir.

Göy və bəzi qırmızı xətlərinin stansiyarını isə yeraltı qalereyaya çeviriblər. Müxtəlif dizaynerlərin ixtiyarına veriləndən sonra, İsveç paytaxtın metrosu ayrıca gəzməli-görməli yerə çevrilib.

🔹 Bu maraqlı metrodan ayrıca reportaj olacaq. YouTube-kanalına abunə olmağı tövsiyə edirəm.

#metro #Stokholm
23👍5👏1
Prinsipcə, urbanistika haqqında çoxlarınızın artıq yaxşı anlayışı var.

Kim bilir, buna nə deyilir? 🙂
👍17
İnsan yönümlü şəhərlər ️
Prinsipcə, urbanistika haqqında çoxlarınızın artıq yaxşı anlayışı var. ⠀ Kim bilir, buna nə deyilir? 🙂
Dostlar, buna parklet deyilir.

Keçmiş küçə parkinqi təşkil edilmiş yerləri kiçik ictimai məkanlara çevirirlər. Beləliklə, şəhəri maşınların əlindən alıb insanlara qaytarırlar.

#küçəmebeli #parklet
👍227👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔹 Öz vətəndaşlarına hörmət edən şəhər insanlara əziyyət vermir. Piyadaları təhqir etmir və onları yerin altına qovmur.

🇭🇺 Budapeştdə bütün yeraltı keçidlərin üzərində əlavə eynisəviyyəli "zebra"lara rast gələcəksiniz.

Rahat və insan yönümlü şəhər belə olmalıdır 💚

#piyadakeçidləri #Budapeşt
30👍11
💝 Qadınlar böyük gücdür!

Dünyada ictimai nəqliyyat sahəsində qadın sürücülər və maşinistlərin sayı az deyil.

Bu tramvay idarə edən xanımın simasında bütün xanım izləyiciləri Qadınlar günü münasibəti ilə təbrik edirəm! 💐

Siz şəhərlərə xüsusi gözəllik qatırsınız 💚
23👍3👏1