🏗 Tikinti xaosun pik nöqtəsi. Yeni yaşayış massivinin icmalı.
⠀
Bu gün vloqda çox vacib bir mövzuya toxunacağıq. Son illər ərzində Bakıda tikilən yeni evlərin həm keyfiyyəti, həm zəlzələyə dözümlüyü, həm mühiti müasir standartlara nə dərəcədə cavab verir?
⠀
Hər yerdə ard-arda "novostroyka" tikib təhvil verirlər, amma digər infrastrukturu düşünürlərmi? Buradan mənzil almağa dəyərmi?
⠀
Memar Dilqəm İsmayılov ilə Yeni Yasamal massivini gəzdik və hər şeyi əyani göstərdik.
👇
https://youtu.be/qk3wWrRIEmk
⠀
🔗 Yeni videoların buraxılışına isə buradan dəstək ola bilərsiniz.
#vloq

YouTube
Tikinti xaosun pik nöqtəsi - Yeni Yasamalın yeni tikililəri
Memar Dilqəm İsmayılov ilə Yeni Yasamal ərazisində son illər ərzində tikilən yeni binaların ətrafını gəzdik, buradakı mühiti, küçələri və həyətləri araşdırdıq. Təəssüf hissi ilə bildirirəm ki, buradakı şərait çox yumşaq desəm, ürək açan deyil.
Niyə? Pis…
Niyə? Pis…
❤11👍1
📊 Velosipediniz var? istifadə edirsiniz?
Anonymous Poll
6%
Bəli, hər gün sürürəm nəqliyyat kimi
16%
Varımdır, amma az istifadə edirəm
10%
Yalnız əyləncə və idman üçün
9%
İcarə götürürəm hərdən
59%
Yoxdur, istifadə etmirəm
❤6
🇦🇿 Ağdam küçələri belə olacaq?
Bu eskizə sosial mediada rast gəldim, güman ki bu render ancaq binaları göstərmək üçün hazırlanıb.
Çünki Ağdamda velosiped zolaqların salınması da nəzərdə tutulmuşdur, şəkildə isə bu görünmür. Həm də görünür ki planda olan tramvay sadəcə ayrılmış avtobus zolağıdır.
Lakin yolayrıcıda təhlükəsizlik adacıqların olması yaxşı əlamətdir.
💬 Kimdə daha dəqiq məlumat varsa, şərhlərdə yaza bilər.
#Ağdam #Qarabağ

👍13💩1
🛣 Hər kəs üçün narahat bir yer — 20 yanvar dairəsi.
⠀
Bakının Şimal girişi sayılan 20 yanvar dairəsi hər kəs üçün narahat olan bir yol qovşağı sayılır. Burada istər sürücülər, istər piyadalar, istər ictimai nəqliyyat və taksidən istifadə edən sərnişinlər əziyyət çəkir. Keçidlər yalnız yeraltı, zolaqlar biri birinə uyğun olmayan, tıxac və digər problemər illərdir ortada var.
⠀
📹 Urbanist Arzu Süleymanov ilə buranı gəzdik, mövcud problemlərdən və çıxış yollardan danışdıq. Eyni zamanda, taksi sürücüsünə söz verdik, onu narahat edən məsələləri işıqlandırdıq.
⠀
https://youtu.be/7aCPwteAS2Y
#vloq #20yanvar

Hər kəs üçün narahat bir yer — 20 yanvar dairəsinin problemləri
Bakının Şimal girişi sayılan 20 yanvar dairəsi hər kəs üçün narahat olan bir yol qovşağı sayılır. Burada istər sürücülər, istər piyadalar, istər ictimai nəqliyyat və taksidən istifadə edən sərnişinlər üçün narahat bir məkandır. Keçidlər yalnız yeraltı, zolaqlar…
👍15
❗️ Bakıda daha bir səkini insanlardan oğurlayırlar.
⠀
Özü də burada, Mehdi Mehdizadə küçəsində, təzəlikcə, 2020-ci ildə BNA yeni layihə çərçivəsində səkini genişləndirmişdi, bunu yaxşı bir misal kimi paylaşmışdıq.
⠀
İndi isə hansısa tikinti şirkəti elə bilir ki 5-10 maşın saxlamaq xətrinə piyadaların hüquqlarını taptalamaq olar.
⠀
Bu məsələni ictimailəşdirək. Bül-bül prospektində belə hal olanda hətta prezident qarışmışdı, amma bu barbarlığın qarşısı icra hakimiyyəti səviyyəsində həll olunmalıdır.
#səkilər

🤮21👍7😱1
İnsan yönümlü şəhərlər ️
❗️ Bakıda daha bir səkini insanlardan oğurlayırlar. ⠀ Özü də burada, Mehdi Mehdizadə küçəsində, təzəlikcə, 2020-ci ildə BNA yeni layihə çərçivəsində səkini genişləndirmişdi, bunu yaxşı bir misal kimi paylaşmışdıq. ⠀ İndi isə hansısa tikinti şirkəti elə bilir…
❗️ Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, dünən paylaşılan məkanda səkinin parkinqə çevrilməsinin qarşısı alınıb.
⠀
Operativ reaksiyaya görə həm Komitəyə, eyni zamanda hər bir izləyiciyə şəhərimizin həyatına biganə qalmadığına görə təşəkkür edirəm.

👍33❤19
🔹 Öncəki paylaşmaya davam olaraq.
⠀
Mehdi Mehdizadə küçəsində səki bərpa olunur. Sözügedən ərazidə yaşıllığın əkilməsi də nəzərdə tutulub.
⠀
Səkilərə dair bu cür problemləri gördükdə dərhal müvafiq rayonunun icra hakimiyyətinə bildirin. Mən də mütəmadi olaraq səhifədə paylaşacam, məsələni gündəmdə saxlayacam.
⠀
🔹 Şəhərdə səkilərin olmaması, onların zəbt edilməsi, birbaşa olaraq insanların təhlükəsizliyinə və yaşadığı mühitə aid olan bir məsələdir.

👍34
🚷 Heydər Əliyev prospektində piyada hərəkət etsəniz bir sıra çətinliklərə rast gələcəksiniz.
⠀
Adətən biz bu küçəni sürətlə keçirik, avtomobil pəncərəsindən buranın detallarını görmürük. Amma bu küçəni siz əvvəldən axıra kimi piyada gəzsəniz, bir sıra maneələrə rast gələcəksəniz.
⠀
Misal üçün, fotoda göründüyü kimi, "ASAN Xidmət №5" ərazisi ilə üzbəüz olan bu hissədə səki geniş yola dirənir, yolunuzu davam etdirmək üçün heç piyada zolağı mövcud deyil. Qabağınızı isə park edilən maşınlar bağlayır. Təəssüf ki, bu sadəcə onun bir misalıdır, bu cür prospektlər layihələndirəndə yalnız və yalnız sürətlə hərəkət edən maşınların rahatlığı nəzərdə tutulmuşdur.
⠀
🔹 Əminəm ki, bu prospektin ətrafında yaşayan izləyicilər də sizə bu prospektin piyadalar üçün narahat olduğunu təsdiq edir.

👍13
Salam. Bu şəkilləri eyni küçədə çəkmişəm. Əvvəllər yaşadığım küçədir. Asfalt örtüyünü söküb daşla əvəzlıyirlər ki, bu da istinin qarşısını alır.
🇩🇪 Almaniyada yaşayan izləyici göndərib.
#əvvəlsonra

❤27👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔄 Təhlükəsiz dairəvi yolun bir nümunəsi.
Fıstıq formasımda olan dairə burada həm yüksək sürətin qarşısını alır, həm də konflikt nöqtələrinin sayını minimuma endirir.
🇺🇸 Konnektikut, ABŞ.
#təhlükəsizlik

👍30❤2
❗️ Deyilənə görə, Koroğlu Rəhimov küçəsində dəfələrlə tikinitisi dayandırılan lazımsız yerüstü piyada keçidində işlər yenidən bərpa ediblər.
⠀
Bu lazımsız keçidinin tikintisini bir dəfə Bakı Nəqliyyat Agentliyi almışdır, əvəzində mövcud "zebra"nı svetoforla nizamlanan etdi. Üzərindən bir il keçidi AAYDA təzədən tikintini bərpa etdi, amma sosial mediyadakı etirazlardan sonra dayandırdı. Məsələyə Arxitektura Komitəsi qarışdı.
⠀
Üçüncü dəfə bu cəhdi etmək qəbulolunmazdır. Buradakı yerüstü piyada keçidi heç bir problemi həll etməyəcək, şəhəri insanlar üçün daha da narahat edəcək, daha da əlçatmaz, daha eybəcər edəcək. Tıxac problemini də həll etməyəcək, dəfələrlə bu sübut olunub.
⠀
Bu keçid birmənalı olaraq sökülməlidir. Biz sivil dünyaya doğru addımlamalıyıq, geriyə yox.
⠀
❗️ Xahiş edirəm, bu ərazidən keçən izləyici varsa, şərhlər bölməsində ya da şəxsi mesajda hazırda orada baş verənlərin fotosunu atsın, məsələni ictimaiyyətləşdirək.
#piyadakeçidləri

Telegram
İnsan yönümlü şəhərlər ️
Mənasız yerüstü keçidinin tikintisini dayandırdılar, deyəsən.
⠀
Yadınıza gəlirsə, Koroğlu Rəhimov küçəsində yerüstü piyada keçidinin tikintisinə başlamışdılar. Beləliklə, buradakı nizamlanmayan "zebra"nı silib daha bir küçəni əlçatmaz etmək istəyirdilər.…

😢10🤮4👍2
📊 Təsəvvür edin hər il Azərbaycanda 8 sərnişin təyyarəsi qəzaya uğrayır. Belə olsaydı, uçuşlar çoxdan qadağa olunardı.
⠀
Amma qol qəzalarına dair statistika məhs belə görünür.
⠀
Dəhşətli bir rəqəmlərdir. Son 4 ildə 3000 mindən çox insan yollarımızda həyatını itirib. Tək keçən il 834 nəfər həyatını itirib.
⠀
Yol qurbanları arasında ən böyük rəqəm hələ də piyadaların payına düşür. Təəccüblü deyil, çünki bu gün ölkəmizdə ən aşağı prioritetdə olan məhs onlardır.
⠀
Bir qədər yaxşı tendensiya Bakıda müşahidə olunur, o da güman ki ondan irəli gəlir ki, son illər Bakıda nizamlanan piyada keçidləri, yol ayrıcıları, təhlükəsiz adacıqlar kimi yeniliklər tətbiq edirlər.
⠀
Digər ölkələr ilə müqayisədə isə vəziyyət hələ də acınacaqlıdır. Hər 100 min avtomobilə düşən ölənlərin sayı həm digər Avropa ölkələrindən və hətta çox emosional sürücüləri olan Türkiyəyə nisbətən qat-qat böyükdür.
⠀
❗️ 2019-2023-cü illər üçün hazırlanan dövlət proqramına əsasən yol qurbanların sayı 5 il ərzində 30% azalmalı idi, amma görünür ki bu məqsəddən hələ çox uzağıq.
#qəzalar #statistika #infoqrafika

😢11👍2