📸 Metroda çəkilişin qadağası haqqında...
⠀
Facebook-da bizi izləyirsinizsə, yəgin gündəmdən artıq xəbərdarsınız. Qısa olaraq, nə baş verib.
⠀
Deməli, Bakı Metropoliteninin rəsmi səhifəsi bu gün post paylaşıb ki, qaydalara görə metroda şəkil çəkmək qadağandır və qaydalara riayət etmək lazımdır. Şərh yazdım və paylaşdım ki, inkişaf etmiş ölkələrdə belə bir qadağa yoxdur. Bir neçə dəqiqədən sonra Metronun sözçüsü Bəxtiyar Məmmədov da post yazdı ki, bəs metroda şəkil çəkdirməyə icazə vermək olmaz, çünki bizim insanlar az qala cəngəllikdən çıxan meymunlardır, icazə versən, onlar hər şeyi atıb görməmiş kimi tökülüşər stansiyalara selfi və toy fotosessiyalarını çəkdirməyə.
⠀
Bütün bu absurd arqumentləri burada cavablandırdım və bir daha xatırladıram ki, bizdən qat-qat daha iri şəhərlərdə və sıxlığı bizdən daha böyük metrolarda çəkilişə görə heç bir qadağa yoxdur. Hətta avtoritar Özbəkistanda, Daşkənd metrosunda 2018-ci ildə bu qadağanı ləğv elədilər.
⠀
Bizdə kommunizm dövründən qalan qaydalar və yanaşmalar tək bu çəkiliş qadağası deyil. Amma bu o demək deyil ki, onları Bəxtiyar Məmmədov kimi gülünc arqumentlərlə müdafiə etmək lazımdır.

👍20😁1
Forwarded from Əli Novruzovun kanalı
Metroda foto və video çəkmək qadağası təmiz absurddur. Niyəsini analogiya ilə izah edim.
Azərbaycanda bu gün də bəzi dövlət idarələri və təhsil müəssisələrinə «paradnı xod»dan girmək olmur, gərək «çyornıy xod»dan girəsən. Gedib soruşsan, sənə uzun bir izah verəcəklər ki, niyə əsas bəzəkli qapı hamının üzünə bağlıdır, camaata zülm verib dar qapıdan içəri buraxırlar.
Amma əksər hallarda, bütün bu izahlar Mattanın İncilindən ayəyə bənzəyəcək: «Входите тесными вратами, потому что широки врата и пространен путь, ведущие в погибель, и многие идут ими.»
Bəs əsl səbəb nədir? Bolşeviklər Rusiyada hakimiyyətə gələndən sonra digər narazı solçular (məsələn, eserlər) hakimiyyət orqanlarına qarşı terror aktları həyata keçirməyə başlayır. Bir-iki dəfə kimsə gəlib əsas girişdə bomba partladır, bir xeyli adam ölür. Ona görə də Kremldə deyirlər ki, «paradnı xod»ları qıfıllayın, camaat «çyornıy xod»dan girsin.
Odur, budur, bu gün də Azərbaycanda hələ də bəzi müəssisələrin əsas girişləri bürokratik ətalətlə qıfıllanıb.
Metroda foto və video çəkmək qadağası Sovet dövründə qoyulub, həmin dövrün normativ sənədlərini qaldırıb baxsaq, görərik ki, nəsə bir əsaslı səbəb var. Məsələn, ehtimal kimi yazıram, ilk metro stansiyaları həm də nüvə müharibəsi vaxtı sığınacaq kimi tikildiyi üçün strateji obyektdir, ona görə şəkil çəkmək olmaz, sonra ABŞ bizim sığınacaqlar haqqında məlumat əldə etməsin.
Sovetin məntiqi hər nə idisə, artıq yoxdur. Deməli qadağanın da heç bir əsası yoxdur. Əsassız qadağa isə təmiz absurddur.
Ona görə də metronun mətbuat xidməti çıxıb deyir ki, bizim camaat meşədən çıxmış heyvandır, qadağa götürülsə metro cəngəllik olacaq.
Məsələ həm də bundadır ki, həmin qadağa çoxdan qeyri-funksionaldır. Açın Instagram-ı, görün metrodan nə qədər foto, video var. Deyəsən bizim camaatın xəbəri yoxdur ki, metroda foto, video çəkmək olmaz. 😂
Qeyri-funksional, absurd bir qadağanı əsaslandırmaq üçün metro bəs nə etməlidir? Əlbəttə, çıxıb deməlidir ki, bizim insanlar meşədən çıxmış heyvandır.
Bürokratiyanın ətaləti hansı absurdlara gətirib çıxara bilər, bir də markiz de Küstindən soruşaq.

👍12
🇦🇿 Bəsti Bağırova küçəsinin təmirdən sonra ətraflı icmalı.
⠀
Kim xatırlayırsa, məhz bu küçə yenidənqurma zamanı çoxlu "səs-küyə" səbəb olmuşdur. Yumşaq desək, bu layihəni bəyənməyən insanların sayı az olmayıb.
⠀
Əslində isə burada Bakının ilk urbanistik islahatı baş tutub. Yollar daralıb, səkilər genişləndirilib.
⠀
Bu küçəyə dair mənim də suallarım qalmışdır və mən Bakı Nəqliyyat Agentliyinə müraciət etdim. BNA-nın əməkdaşı Tərlan Səfərov həm mənim suallarımı cavablandırdı, eyni zamanda bu cür islahatların nəyə görə vacib olduğu haqqında ətraflı danışdı.
⠀
Fikrimcə, maraqlı bir söhbətimiz alındı: https://youtu.be/42VLaOpFR4A

YouTube
Bakıda inanılmaz islahat - Bəsti Bağırova küçəsi belə dəyişdi
Kim xatırlayırsa, məhz Bəsti Bağırova küçəsi yenidənqurma zamanı çoxlu "səs-küyə" səbəb olmuşdur. Yumşaq desək, bu layihəni bəyənməyən insanların sayı az olmayıb.
Əslində isə burada Bakının ilk urbanistik islahatı baş tutub. Yollar daraldırıb, səkilər genişləndirilib.…

❤18
🇳🇱 Amsterdam 44 il əvvəl və indi.
⠀
Burada bir vacib qeyd əlavə etmək lazımdır.
⠀
1978-ci ildən 2022-ci ilə qədər Amsterdamda avtomobillərin sayı azalmağa doğru getməyib. Bu gün kiçik Niderlandda 8 milyon yaxın maşın var (Azərbaycandan 5 dəfə daha çox, halbuki, əhali sayında heç 2 qat fərq yoxdur).
⠀
✅ Amsterdam və bir sıra digər şəhərlər tıxac problemini gündəlik avtomobil istifadəsini azaltmaqla həll edə bilib. Bakıda avtomobilləşmə davam edəcək, düşünürəm, yaxın illərdə 2 milyonu keçəcək. Amma biz şəhərin mobillik imkanlarını artırmasaq, bir gün Bakı birdəfəlik dayanacaq.

👍13❤1
Media is too big
VIEW IN TELEGRAM
❓ Bakı Nəqliyyat Agentliyinin ödənişli parkinqi necə olacaq? Planlar nədir?
⠀
Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov sualımı belə cavablandırdı.
⠀
Tam videounu YouTube-da izləyin.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Şamaxinka ərazisində tikilən piyada keçidindən daha bir şikayət.
İllərdir sosial şəbəkələrdə bu məsələni bizim kimi səhifələr gündəmdə saxlamağa çalışır, amma yenə də bu cür keçidlərin tikintisi davam etdirilir.
⠀
Səbəbi isə çox sadədir. Bu keçidləri tikənlər özləri piyada gəzmir.
⠀
Ona görə bu məsələnin yeganə çıxış yolu - problemləri işıqlandırmaq, gündəmdə saxlamaq və müvafiq dövlət qurumlarında dayanmadan müraciətlər göndərməkdir.

👍16
🇹🇷 İstanbul küçələrinin icmalı - yeni vloqda.
⠀
Türkiyənin ən böyük şəhəri İstanbul bütün dünyada öz tıxacları ilə məşhur olsa da, burada sakinlərdə hər zaman alternativ var. İstanbulda metro, tramvay və metrobus tipli ictimai nəqliyyat fəaliyyət göstərir və əksər hallarda ictimai nəqliyyat maşından daha effektivdir.
⠀
Ötən ay İstanbula kiçik səfərim olub, bu böyük meqapolisdən vloq hazırladım. Bosfor boğazının mirvarisi adlandırılan bu şəhəri bir az piyada gəzişdim, küçələrin kiçik icmalını apardım.
⠀
📹 İstanbul gəzintimə bu səfər sizi qoşulmağa dəvət edirəm: https://youtu.be/pYp1myWqVtY
#vloq #İstanbul

İstanbul: Qardaş ölkə tıxaclarla necə mübarizə aparır
🇹🇷 Türkiyənin ən böyük şəhəri İstanbul bütün dünyada öz tıxacları ilə məşhur olsa da, burada sakinlərdə hər zaman alternativ var. İstanbulda metro, tramvay və metrobus tipli ictimai nəqliyyat fəaliyyət göstərir və əksər hallarda ictimai nəqliyyat maşından…
❤6
Media is too big
VIEW IN TELEGRAM
Sumqayıtın son 10 ildə "inkişafı"...
🎥 Paylaşdı: Emil İsmayılzadə
🎥 Paylaşdı: Emil İsmayılzadə
😢9
🌍 Müasir şəhərlər isə belə dəyişir və inkişaf edir.
⠀
Şəhər mühitinin yaxşılaşdırılması, avtomobil istifadəsinin azaldılması, yeni yaşıllıq və piyada zonaları hər kəs üçün fayda gətirir. Dünya təcrübəsi və bu ölkədə iqtisadi göstəricilər bunu dəfələrlə sübut etmişdir.
⠀
Avropa, Asiya, ABŞ və Avstraliyadan misallar.

❤19👍4
❗️ Tıxacsız şəhər istəyirsinizsə, yaxşı ictimai nəqliyyat və yaxşı alternativlər tələb edin.
⠀
Demək olar ki, hər gün müxtəlif qruplarda və sosial şəbəkələrdə yollardakı tıxaclara şikayət etməsinin şahidi oluruq.
⠀
Təbii haldır ki, hər kəs rahat şəkildə, sevdiyi musiqi və kondisionerlə şəxsi avtomobilində hərəkət etmək istəyir. Bu, insanın normal istəyidir. Amma yaranan eqoizm “ümumilərin faciəsi” adlandıran hala gətirib çıxarır. "Tragedy of the Commons" deyir ki, əgər bir sıra məsələlərdə hər kəs öz şəxsi maraqlarını düşünsə, o zaman bu ümumi olaraq bütün cəmiyyətə zərər gətirəcək. Hər kəs maşın alır ki, rahat hərəkət etsin, nəticədə hər kəs tıxacda qalası olur.
⠀
Siz növbəti dəfə məyus etmək istəyirəm. Bakı heç vaxt elə şəhər olmayacaq ki, burada hər kəs maşın alıb rahat sürsün. Necə ki, suya girib quru çıxmaq mümkün deyil, elə də avtomobillər üçün rahat və tıxacsız şəhər tikmək mümkün deyil. Bu urbanistikanın əsas postulatlardan biridir (buna dair video da hazırlamışdım).
⠀
Bu gün bizim soydaşlarımız əksər hallarda məhz yolların boş olmasını istəyir, tıxaclara şikayət edir. Çox nadir hallarda mən görürəm ki, kimsə avtobusların saat kimi işləməsini tələb etsin, şəhərə tramvayın gəlməsini, metronun sürətlə inkişafını istəsin. Belə müzakirələr yalnız ixtisaslaşmış qruplarda və səhifələrdə gedir.
⠀
Biz, bir cəmiyyət olaraq, dəyişməliyik, öz şəxsi maraqlarımızı deyil, ümumi olaraq "Necə edək ki, şəhərin nəqliyyat problemi kompleks şəklində həll olunsun?" sualları həm özümüzün, həm də dövlət qurumların qabağına qoymalıyıq.
⠀
Mən sizi əmin edirəm ki, əksəriyyətin düşüncəsi dəyişən kimi çoxlu müsbət nəqliyyat islahatların şahidi olacağıq.
⠀
Foto: Vahid Qasımov

👍11❤3
🇦🇿 Deyəsən, Bakının öz dizayn-kodu olacaq, nəhayət ki.
Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi məlumat yayıb ki, fasad reklamlarının vahid standartları hazırlanır.
Düzdür, hələ bilinmir nəticəsi necə olacaq, amma Bakının küçə lövhələri bəzən çox eybəcər və xaotikdir şəhərin estetik görünüşünü pozur. Buna əmin olmaq üçün Dəmiryolu vağzalı meydanının ətrafında və yaxud Şərifzadə prospektində gəzişmək kifayətdir.
Dizayn-kodu sadə dildə yuxarıdakı iki foto izah edir (əvvəl necə olub və dizayn-kod tətbiq ediləndən sonra).
#dizaynkod

👍23
Ortastatistik Azərbaycansayağı küçənin təmiri təxmini bu cür görsənir. 👆
⠀
Bu fotoda hər şey gözəldir:
- Səkidə parklanmış maşınlar
- Parklanma icazə verilən yerdə sarı xətlər
- Hərəkət zolaqlarını parkinq zolaqlarından ayrılmaması
- Asfalta "upakovka" olunan ağaclar
- (siz əlavə edin).
⠀
Əsas məsələ isə odur ki, burada yaşayan insanlardan soruşsanız, deyəcəklər "əladır, çox bəyəndik".
Necə olur ki, Bakıda həm Bəsti Bağırova küçəsi kimi əla bir küçə ortaya çıxır, həm də belə bir acınacaqlı mənzərənin şahidi oluruq?
Mənbə: AAYDA

🤮27💯1
Yazırlar ki, "Bravo" supermarketlərində parkinq artıq ödənişli olacaq. Yalnız ilk 2 saatı pulsuz olacaq.
⠀
Aydın məsələdir ki, bunun əsas səbəbi bəzi sürücülərin bu marketlərin dayanacaqlarını təyinatı üzrə istifadə etməməsi və orada daha çox marketə gələnlər yox, kənar sürücülər saxlayırdı.
⠀
Bunun ən yaxşı nümunəsi Babək prospektindəki filial idi. Həqiqətən, iş vaxtı bu "Bravo"ya gələn çətin ki maşın üçün yer tapa bilsin.
⠀
Market dayanacaqlarının daha səmərəli istifadəsi ilə mən bir neçə il əvvəl ABŞ-da rastlaşmışam. Deməli, böyük supermarketlərin (və yaxud alış-veriş mərkəzlərinin) dayanacaqları adətən ödənişlidir. Lakin siz həmin marketdən ən azı 30$-lıq alış-veriş etsəniz, kassada sizin parkinq çekinizi ödəyəcəklər və dayanacaq sizin üçün pulsuz olacaq.
⠀
Ümumi olaraq isə, "Bravo"nun pulsuz dayanacaqları göstərir ki, böyük şəhərdə parkinq yerlərinin səmərəli istfadəsi etməsi üçün tələb-təklifi idarə edən mexanizmlər olmalıdır. Bütün dünyada bunu ödəniş tətbiq etməklə həll etdilər. Biz kimi gözləyirik?

👍22