✅ Bakı şəhərinin Nizami və Xəqani küçələrini ikitərəfli etmək lazımdır - TƏKLİF.
⠀
Müşahidələrə əsasən, şəhərin mərkəzində yerləşən bu küçələr öz potensiallarından yetərincə istifadə etmir. Bu küçələrin bir hissəsini ikitərəfli etməklə onlara parallel olan Üzeyir Hacıbəyli və 28 May küçələrinə düşən yükü azaltmış olacağıq.
⠀
Eyni zamanda, aparılan hesablamalar göstərir ki, həddindən artıq enli - 4,5 metrlik hərəkət zolaqları normal standartlara uyğunlaşdırandan sonra parkinq və velosiped zolaqları üçün yer tapılacaq.
⠀
Ümumiyyətlə, Bakı şəhərinin bir sıra küçələri əvvəllər ikitərəfli olub, buna küçələrin dizaynı da işarə edir. Birtərəfli küçələr nəqliyyatın əlavə yürüşünə gətirib çıxarır və əslində tıxaclarla mübarizədə bir o qədər də kömək göstərmir.
⠀
Əminəm ki, Xəqani və Nizami küçələrinin ətrafında yaşayan sakinlər və sürücülər indiki hərəkət sxeminin narahat olduğu razılaşar.
⠀
Sözügedən təklifə dair ətraflı izahlı şəkilləri diqqətinizə çatdırıram. Təklif, həmçinin, BNA-ya və DYP-ə göndəriləcək.
#təklif

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Avtomobilləşmə şəhəri necə məhv edir...
⠀
1938-ci ildən başlayaraq Amerikanın Oklend şəhərində yaşayış massivlərini söküb yerində böyük maqistrallar tikməyə başlamışdılar.
⠀
Belə proseslər Amerikanın əksər iri şəhərlərində baş verib. Yollar şəhəri sözün əsl mənasında parçalayıb, sanki bura nüvə bombası düşüb.

Bu gün Gəncə şəhərində baş verən qəzada polis əməkdaşı həlak olub. Görünür ki, elə çox ciddi qəza deyil. Dünyasını dəyişən əməkdaş sərnişin olub. Sürücü sağ qalıb.
⠀
Fotoda görünür ki, sərnişin ön şüşəyə çırpılıb. Təəssüf ki, həmyerlərimizin əksəriyyəti hələ də düşünür ki, təhlükəsizlik kəməri yalnız sürücülər taxmalıdır. Nəticə isə göz qabağında.
⠀
© Elvin Şirinov.
⠀
Fotoda görünür ki, sərnişin ön şüşəyə çırpılıb. Təəssüf ki, həmyerlərimizin əksəriyyəti hələ də düşünür ki, təhlükəsizlik kəməri yalnız sürücülər taxmalıdır. Nəticə isə göz qabağında.
⠀
© Elvin Şirinov.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇹 Vyana şəhəri - əvvəl və sonra.
⠀
Bu videolar cəmi 1 il fərqlə çəkilib. Belə transformasiyalar çox vaxt və maliyyə tələb etmir, əsas istək olmalıdır.
#əvvəlsonra #Vyana

BAKIDA MAŞIN SÜRMƏK BAŞDAN AYAĞA ƏSƏB VƏ STRESSDİR.
⠀
Əsasən piyada, velosiped və ictimai nəqliyyata üstünlük versəm də, ay ərzində bir neçə dəfə bəzi işlərin dalınca şəhər daxilində şəxsi avtomobil ilə getməyə qərara gəlirəm, ya da məcbur oluram.
⠀
Hər dəfə də bu böyük stress ilə nəticələnir.
⠀
Tıxaclar, sənin zolağına girən səbirsiz sürücülər, pis təşkil olunmuş yol hərəkəti, görünməyən ya da asfaltda silinmiş nişanlar, zəif işıqlandırma (mərkəz küçə və prospektləri çıxmaq şərtilə), gözüvü kor edən reklamların işıqladı və kolxoz ksenonlar...
⠀
Üstəgəl avtomobilin gündəlik xərcləri və ona qulluq etməsi də əlavə vəsait tələb edir.
⠀
Bütün bunlara baxmayaraq, hələ də aramızda maşın sürməkdən ləzzət alan və hətta ən yaxın mağazaya çörək üçün maşınla gedən insanlar var. Mən onları anlamıram.
⠀
İnsanlar öz ömrünün dəyərli vaxtını tıxacda keçirir. Sizə bu vaxtı heç kim geri qaytarmıyacaq.