İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
320 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Bu günün daha bir xoş xəbəri!
🇦🇿 Vətən uğrunda canını verən hər kəsin qabağında baş əyirəm.

Gündəlik rastlaşdığımız bütün problemlərə baxmayaraq, kifayət qədər ədalətsiz dünyada yaşamağımıza baxmayaraq, məhz Vətən üçün ömrünü qurban verən və verməyə hazır olan insanlarla bir torpaqda yaşayırıq.

Allah şəhidlərimizə rəhmət eləsin!
🚷 "Şamaxinka"-da keçid olduqca narahatdır, azmobilli insanlar üçün əlverişli deyil.

Çıxış yolu nədir? Bəlkə eynisəviyyəli piyada keçidini qaytaraq, svetofor qoyaq ki, axının növbəliyi təmin olunsun?

Bəlkə bir şərait yaradaq ki, uşaq arabası və yaşlı insanlara yolu keçmək daha rahat olsun?

Yox, bunların hamısı bizim üçün deyil. Ən yaxşı çıxış yolu məhəccər quraşdırmaqdır.

Şəhər təhlükəsizliyinə cavabdeh olan şəxslər bu ərazidə piyada gəzsəydilər biz bu cür biabırçılığın şahidi olmazdıq.

Bu məsələdə ən gülməli odur ki, bu məhəccərləri ora quraşdırmağa tapşıran məmurlar elə bilərlər ki bu ərazidə tıxacın səbəbi eynisəviyyətli piyada keçidi olub.
Şəhərin kanalizasiya sistemindən yağış zamanı deyil, küçənin təmiri zamanı danışmaq lazımdır.

"Əla xəbər! Bakıda daha bir küçədə asfalt salınıb!" başlıqlarını yazan jurnalistlər heç olmasa bir dəfə də olsun təmir aparan quruma sual veriblər - bəs yağış yağsa bu asfalta tökülən su hara gedəcək?
BAKIDA PARKLANMA PROBLEMİ NİYƏ HƏLL OLUNMUR? - YENİ VİDEO

Bakı şəhərinin əsas nəqliyyat problemlərindən biri - parklanmanın idarə olunmamasıdır.

Qafqazın ən böyük şəhərində hələ də buna dair heç bir strategiya yoxdur, bu da öz növbəsində şəhərdə xaosun yaranmasına gətirib çıxarır.

Bunu hətta urbanist İlya Varlamov şəhərə səfər edərkən qeyd etmişdir (videoda onun çıxışını da tapa bilərsiniz).

Bəs düzgün parklanma siyasəti necə olmalıdır? Cərimə etmək yeganə çıxış yoludurmu? Və inkişaf etmiş ölkələrdə problemi necə həll edirlər?

Vloqumun yeni mövsuzu parkinqə həsr olunub.

İzləyin, paylaşın və dostlarınıza da maarifləndirin:

👇
https://youtu.be/eXWfqmam644
🇵🇰🚍Pakistanın Karaçi şəhərində yeni BRT (metrobus) xəttinin açılmasına hazırlaşırlar. Avtobuslar Çin istehsalı olacaq.

Müasir şəhərlərdə mobilliyin artırılması üçün ən düzgün atılan addımlardan biri - ictimai nəqliyyatı inkişaf etdirməkdir. Bunu dünyanın istənilən qitəsində artıq başa düşürlər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nadir haldır ki, Yusif Səfərov küçəsindəki avtobus zolağı tıxac zamanı bu qədər rahat hərəkət edir.

Sirri çox sadədir, öndə polis patrulu hərəkət edir.

P.S. Sizə bu qara Audi Q7-də olan əminlik hissini arzu edirəm 🙂
🎥YouTube çökməyib 💪

Odur ki, bu iki faydalı videoya baxmamısınızsa, əsl vaxtıdır:

1) Urbanistikanın əsasları (ən vacib 10 dəqiqə):
https://youtu.be/YEPRO4k-U4c

2) Şəhərdə parklanma problemləri necə həll olunmalıdır:
https://youtu.be/eXWfqmam644
Dostlar, Niderlandda şəhərlərin idarəetməsi və inkişafı ixtisası üzrə təhsil alan soydaşımız Ayaz Əliyev bizim səhifənin izləyicilərindən qısa sorğuda iştirak etməyə xahiş edir.

Hazırda bu sahədə ciddi səviyyədə təhsil alan həmyerlirimiz azdır, ona görə məncə dəstək və kömək etməyə dəyər.

Sorğu üç dildədir, aşağıdakı keçidə daxil olmaqla iştirak edə bilərsiniz:

👇
https://erasmusuniversity.eu.qualtrics.com/jfe/form/SV_abHaCJfMozi69uu
Müasir və təhlükəsiz yolayrıcı belə olur.

Niderland deyil, Rusiyadır.

🇷🇺 Yekaterinburq şəhəri.

(c) Arkadiy Gerşman
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"İnkişafa baxmayaraq, parklanma problemini hələ də həll edə bilməyiblər..."

Urbanist İlya Varlamov sonuncu dəfə Bakıya səfər edərkən "parkovşik"lərə çox təəccüblənmişdir.

Həqiqətən də, 2021-ci il sona çatır, amma Bakıda parkinq problemi öz həllini tapa bilmir. Niyəsini bu videoda ətraflı izah etmişdim.
Bütün dünyada növbələr
və insan kütləsinin idarə edilməsin müxtəlif üsulları var. Bunun üçün ən azı idarəedici məhəccərlərdən istifadə olunur.

Aeroportlarda, parklarda, attraksionların girişində belə məhəccərlər quraşdırılır. Azərbaycanın fərqli məkanlarında da bu təcrübə tətbiq edilir.

Amma yeni açılmış Bakı Zooloji Parkında (1-ci foto) belə üsullar haqqında deyəsən heçnə eşitməyiblər.

Foto: Ceyhun İmanov
Avtobus zolaqlarına dair "Ölkə.az" saytı üçün qısa şərh verdim.

Təəssüf ki, eyni zamanda mövzunu şərh edən digər ekspert və dövlət qurumlarının sözçüləri hesab edir ki, fərdi nəqliyyat vasitələrinin rahatlığı da nəzərə alınmalıdır.

Bütün sürücülərə hörmətlə yanaşıram, amma etiraf etmək lazımdır ki, şəxsi avtomobillər üçün ideal şərait yaratmaq onsuzda mümkün olmayacaq. Şəhərdə avtomobil hərəkətini deyil, mobilliyi və insanların hərəkətini təmin etmək lazımdır.

Gec-tez biz də buna gələcəyik.

Ətraflı buradan oxuya bilərsiniz: https://olke.az/iqtisadiyyat/247380/avtobus-zolaqlari-isinin-hdesinden-gelirmi/
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Olar biz də Fazil Mustafanın simasında bütün deputatlara sual verək?

Yol hərəkətinə dair mövcud qanunlar ən azı 30 il köhnəlib. Bir qanunverici orqan olaraq Parlament və onun deputatları niyə yol hərəkətinin təşkilinə və təhlükəsizliyinin artırılması üçün heç bir təşəbbüs irəli sürmürlər? Hər il 1000 nəfərə yaxın insan bizim yollarda həyatını itirir. Bundan danışan yoxdur.

Ən minimal edə biləcəyiniz şey - şəhər daxiində sürət limitini 50 km/s azaldılması ola bilər. Mən hələ naftalin qoxusu gələn sovetin qanunlarından və standartlarından danışmıram. Niyə onların yenilənməsi ilə deputatlar məşğul olmur?

Yoxsa deputatların yeganə dərdi tıxac problemidir, çünki özləri bu tıxaclarda ilişib qalırlar?
​​Bir ölkədə ki:
⁃ Sürücülük vəsiqəsi kartof-soğan kimi satılır...
⁃ Yük daşımaların fəaliyyətinə nəzarət, yumşaq desək, çox zəifdir...
⁃ Maqistral tipli yolda avtobus dayanacağı təşkil olunur və onu yoldan təhlükəsiz ayırmaq üçün heç bir tədbirlər görülümür...
⁃ Mövcud dayanacaqların içində sutkalarda dayanan taksilərə heçnə deyilmir...
⁃ VƏ ƏN ƏSASI: istənilən hadisədə günahı yol infrastrukturunda deyil, tək qəza iştirakçılarının özündə görürlərsə...

...heç vaxt bugünki kimi baş verən ağır qəzaları qaçılmaz etmək mümkün olmayacaq.

Bəli, deyə bilərsiniz ki, bütün dünyada belə hadisələr baş verə bilər, bundan heç kim sığortalanmayıb. Amma normal ölkələrdə yuxarıda qeyd etdiyim heç bir məsələ belə bıabırçı vəziyyətdə deyil.

Sizcə bundan sonra nə baş verəcək?
⁃ Bəlkə, aeroport yolunda avtobus dayanacaqları daha təhlükəsiz edəcəklər?
⁃ Həmin yolda sürət həddini aşağı salacaqlar?
⁃ Sürücülük vəsiqələrinin satışını dayandıracaqlar?
⁃ 19 yaşlı sürücünü içəri basıb işi bağlayacaqlar.

Düzgün cavabı özünüz bilirsiniz.

Bu gün isə illərlə buraxdımız səhvlərin nəticəsində ən azı 5 ailə bədbəxt oldu.

Allah rəhmət eləsin.