Səkilərimizin vəziyyətini izah edən foto-hekayə.
⠀
📸: Sabina Fakhraddin Abbasova
⠀
📸: Sabina Fakhraddin Abbasova
Audio
Bu podkastımda sizə səs çirkliliyindən bəhs etmək istərdim. Şəhərin müxtəlif yerlərində mən şəhərdəki səsləri ölçdüm. Şəhərimiz çox səs-küylüdür. Bu səs çirkliliyi bizi kar edir. Mütləq dinləyin və bölüşün.
🚎 Bizə elektrobus lazımdır?
⠀
KamAZ-ın direktoru Sergey Koqogin açıqlama verib ki, Azərbaycan sözügedən şirkətin buraxdığı elektrobusları ilə maraqlanıb. Belə elektrobuslar hazırda Moskvada çalışır (fotoda).
⠀
Bizim rəsmilər bu məsələni hələ şərh etməyib. Şəxsi fikrimcə yaxın zamanda, ən azı Bakı üçün, belə avtobuslar alınmayacaq. Düzdür, onlar ekoloji cəhətdən çox təmizdir (zero-emission), amma onlar üçün xüsusi enerji-doldurma məntəqələrindən ibarət infrastruktur lazımdır. Həm də bunlara xüsusi qulluq lazımdır, yeni qarajlar tikilməlidir, yeni mütəxəssislər yetişdirmək lazımdır və s.
⠀
Bəli, Bakının hazırki avtobus parkının yenilənməsinə ehtiyac hələ də var, amma BakuBus-ın gətirdiyi və EURO-6 standartına cavab verən BMC-lər məncə pis seçim deyil (qiymətləri də münasibdir).
⠀
Və əsas məsələ - ictimai nəqliyyatı cəlbedici etmək üçün bu avtobuslar gərək şəhərdə tıxacsız hərəkət etsin və saat kimi dəqiq işləsin. Bunun üçün daha çox avtobus zolaqlarını təşkil etmək lazımdır.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bizim polis və mühafizəçilər özünü göstərməlidir də 🤦♂️
Heydər Əliyev Mərkəzində niyə çəkilişə icazə verməyəsən axı? Şəhərin mərkəz turistik obyektlərindən biridir.
Video: @varlamov

⛽️Hər dəfə "Premium" benzinin qalxması ilə daha çox sürücü ondan imtina edib "AI-92"-yə keçir.
⠀
92-nin isə keyfiyyəti hər kəsə bəllidir, şəxsən özümdə 2 dəfə yanacaq nasosunun dəyişməsinə gətirib çıxarıb. Təmiri isə 200-300 manat civarında başa gəlib.
⠀
Amma əlavə xərclər bir yana, 92-nin havaya buraxdığı dəm qazları da Premium-dan daha zərərlidir. Yəni ekologiya və bizim sağlamlığımıza da bu birbaşa təsir edəcək.
⠀
Bunlar hamısı bir qırağa.
⠀
Son 1 il ərzində benzinin qiyməti bir neçə dəfə qalxsada, alternativ nəqliyyat vasitələrinin tətbiqində heç bir inkişaf yoxdur.
⠀
Nə elektrik avtomobillərinin gətirilməsində və istismarında güzəştlər edilib, nə də şəhərdə 100 metr belə əlavə velosiped yolları salınmayıb.
⠀
Biz dəqiq inkişaf edən ölkəyik?🤔

🚧Suraxanıda qaldırılmış piyada keçidi təşkil etdilər.
⠀
Sürücülər məktəbin önündə təşkil olunan piyada keçidinin qarşısında sürəti azaltsınlar deyə, piyada keçidi özü qabarıq formada təşkil olunub.
⠀
Bu, dünyada geniş yayılan təcrübədir, hətta keçid çox vaxt tam olaraq səkinin səviyyəsinə qaldırılır və panduslara ehtiyac qalmır.
⠀
Gözümə dəyməyən bu küçədə işıqlandarılmasının olmamasıdır (gecə piyadalar görünməyə bilər).
⠀
Yenə də, təhlükəsizliyin artırılmasına dair atılan bu cür addımları iki əlli alqışlayıram.
⠀
3-cü və 4-cü fotolarda - Dubay və Londonda qaldırılmış piyada keçidləri.

⚠️ Dövlət qurumlarına müraciət etməkdən çəkinməyin.
⠀
Direkt mesajlara tez-tez müxtəlif şikayətlər gəlir, izləyicilər problemli ərazilərdən fotolar göndərir.
⠀
Bəzi məsələlərin həlli üçün müvafiq qurumlara ən azı məlumat vermək lazımdır. Qəbul etmək lazımdır ki, həmin qurumlarda universal monitorinq sistemi yoxdur və əksər hallarda yalnız vətəndaşların müraciətindən sonra problemə baxılır.
⠀
Yox, əgər yanaşma belə olacaqsa (şəkildəki kimi), o zaman, təbii ki problemlər illərdi həll edilməmiş qalacaq.
⠀
Təbii ki, səhifənin fəaliyyəti çərçivəsində mən də sizin göndərdiyiniz problemləri işıqlandırmağa çalışıram, amma özünüz də dövlət qurumlarına müraciət etməkdən heç vaxt çəkinməyin. Bu, sizin vətəndaş hüququnuzdur.
⠀
Dövlət qurumlarına müraciət ətraflı qaydası: https://city4people.az/post/dovlet-qurumlarina-muraciet-qaydasi/

🇰🇿 Almatı şəhərində təhlükəsizlik adacıqları quraşdırırlar.
⠀
Qazaxıstanın Almatı şəhərində "Vision Zero" yol təhlükəsizliyi proqramının tətbiqini davam edirlər. Nizamlanmayan piyada keçidlərində belə bir təhlükəsizlik adacıqları təşkil edirlər. Hazırda bu pilot layihədir, gələcəkdə onları fiziki adacıqla əvəz etməyi planlaşdırırlar.
⠀
Eyni zamanda, belə keçidlər svetoforla nizamlanacaq.
⠀
Təhlükəsiz adacıqları sürücülərin diqqətini artırır və vaxtına sürəti aşağı salmaq üçün şərait yaradır.
⠀
📸: Vision Zero Sergek

Uşaqlarınız məktəbə necə gedir?
Anonymous Poll
22%
🚗 Maşınla aparırıq
13%
🚌 İctimai nəqliyyatla
27%
🚶 Məktəb yaxındır, piyada gedir
38%
🛑 Məktəb yaşında olan uşağım yoxdur
Küçə təmirdən çıxdı, amma səkidə parklanma aradan qaldırılmadı. Yenə piyadaların təhlükəsizliyi və rahatlığı qaldı arxa planda.
⠀
Eyni zamanda, Bakı Nəqliyyat Agentliyinin digər küçələrdə tətbiq etdiyi səki çıxıntılarından, görünür ki, təmamilə imtina olundu.
⠀
Boya ilə keçidin qabağını daraltmaq təcrübəsi geniş yayılıb (iki gün öncə Çelyabinksin nümunəsini göstərmişdim), amma heç olmasa əlavə siqnal deliniatorlarları da quraşdırmaq olar.
⠀
Foto: AAYDA