🔄 Bu səfər şəkillərə süni intellektin əli dəyməyib.
⠀
🇵🇱 Polşanın Poznan şəhərində küçəni həqiqətən tam olaraq avtomobillər üçün bağlayıb belə yaşıl bulvar salıblar. Yalnız piyadalar, velosipedlər və tramvaylar buradan hərəkət edə bilir.
⠀
🚊 Maralqı fakt: Polşa o qədər də böyük ölkə olmasa da, onun 16 şəhərində tramvay sistemi fəaliyyət göstərir.
⠀
#Polşa

❤33👍12
📗 “İnsan yönümlü şəhərlər” kitabını öz dilimizdə nəşr etməyə çox yaxınıq!
⠀
🔹 Uzun illərdir bu səhifədə paylaşdığım yanaşma və prinsiplər urbanistikaya həsr olunmuş “Cities for People” kitabında cəmləşib. Bu kitabın Azərbaycan dilində tərcüməsi və nəşr edilməsi üçün “Parlaq İmzalar” ilə birgə hüquqları birbaşa olaraq müəllifdən əldə etmişik.
⠀
☑️ “Cities for People” kitabını ana dilimizə tərcümə etməklə bu sahədə maariflənməni yeni bir səviyyəyə qaldıracağıq və şəhərlərimizin inkişafına real töhfə verə biləcəyik.
⠀
✅ Kitabı yüksək səviyyədə nəşr etmək üçün hazırda sponsor axtarışındayıq.
⠀
✍️ Ətraflı məlumat üçün əlaqə: anar@city4people.az.

❤62👍20👏10
⭕️ Bir az əsəbləşmək istəyirsinizsə, "Sabaha saxlamayaq" verilişinin dünənki buraxılışına baxın.
🔸 Mövzu piyada təhlükəsizliyi olub. Dəfələrlə səhifədə gündəmə gətirmişəm ki (və bunu özümdən icad etməmişəm, profilli kitabların hamısında bu yazılıb), bir nömrəli problem olmayan piyada infrastrukturudur, lakin bəzi "ekspertlər" günahı "pis və mədəniyyətsiz millətdə" görürlər.
❗️ Elm çoxdan sübut edib ki, mühit insanı formalaşdırır. Əvvəl biz şəhərləri qururuq, sonra onlar bizi tərbiyə edir. Bakını piyadalar üçün maksimum narahat edəndən sonra piyadaların üstünə düşmüşük ki, "bunlar mədəniyyətsizdir".
🔸 Regionları ümumiyyətlə demirəm. Siz hətta rayon mərkəzlərində əksər hallarda nə piyada svetoforu, nə səkilər, heç piyada zolaqlarına rast gəlmərsiniz. Belə mühitdə hansı "mədəniyyətdən" söhbət gedə bilər?
☑️ Bu mövqeni verilişdə qoruyan yeganə adam Rauf Ağamirzəyev və qismən Əzizə İsmayılova oldu. Qarşı fikirləri eşidəndə isə başa düşürsən ki, şəhərlərimizin küçələri hələ çox can alacaq, çünki problemin kökünü görən çox az adam var.

💯44👏8❤6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Bu videonu isə dünən axşam izləyici göndərib.
⠀
5 nömrəli ASAN Xidmətdən çıxan vətəndaş Koroğlu metrosuna necə getməlidir? Gedib haradasa yolun ortasında keçid tapmalıdır, sonra keçməlidir?
⠀
İnsanların davranışını nəzərə almayan infastruktur təşkil edirik, sonra da ağzı dolu efirə çıxıb piyadaları günahlandırırıq. Və belə misalllar ölkədə minlərlə tapmaq olar.
Əlbəttə ki, bu vəziyyət statistikada öz əksini tapacaq və qəzaların 50% piyada vurulma halları təşkil edəcək.

😢39👍12💯6
❓ Tariximizi qorumaq mümkündürmü, yoxsa artıq çox gecdir?
💡 Sizi bu gün təəccübləndirəcəyik. Baxmayaraq ki, Bakıda bir çox tarixi binalar sökülüb, tarixi kvartallar isə bu təhlükə ilə üz-üzə qalıb, əslində bizim şəhərdə çox yaxşı bərpa nümunələri var.
☑️ Deməli, istək olsa, hər şey mümkündür. Gəlin bu yaxşı misallara baxaq və bilməyən dostlarımız ilə paylaşaq.
➡️ https://youtu.be/iVOqdU-ejeg
#vloq

YouTube
Xoşbəxtlikdən sökülməyən tarix: Bakının yaxşı bərpa nümunələri
Əksər hallarda Dilqəm İsmayılov ilə memarlıq haqqında vloqlar çəkəndə tarixi binaların düzgün bərpa olunmamasından danışırıq. Lakin bu demək deyil ki, bizdə yaxşı nümunələr yoxdur. Elə Bakının özündə də bu cəhətdən yaxşı misallar var, gəlin bu videoda onlara…
❤20👍8👏2
İnsan yönümlü şəhərlər ️
⬆️ Bu videonu isə dünən axşam izləyici göndərib. ⠀ 5 nömrəli ASAN Xidmətdən çıxan vətəndaş Koroğlu metrosuna necə getməlidir? Gedib haradasa yolun ortasında keçid tapmalıdır, sonra keçməlidir? ⠀ İnsanların davranışını nəzərə almayan infastruktur təşkil edirik…
⬆️ Bu kəsişmədə piyada keçidi təşkil etdilər.
Panduslar və təhlükəsizlik adacığı da təşkil olunsa əla olardı.

👍56👏13💯5❤1
💬 Günün yalnış və sağlam fikirləri.
Azər Aydəmir kimi məşhur insanların bu cür paylaşımları cəmiyyətə ziyadandan başqa heçnə gətirmir.
Bir də Tural Yusifov çox yaxşı danışdı.
Nə vaxta kimi “victim blaiming” (qurbanın günahlandırılması) məşğul olacağıq axı?

💯61👍4😢3
❌ Piyada infrastrukturu, ictimai nəqliyyat və mikromobilliyin səviyyələri sıfır dərəcəsində olan şəhərin başqa aqibəti ola da bilməzdi.
Bunların üstünə xaotik şəhərsalmanı gəlin.
🔸 Hər şeyi əyani şəkildə vloqda göstərmişdik.
#Xırdalan

💯30👍7
🚲 “UFC-yə gəlməyin ən rahat yolu.”
Velodayanacaqlar bütün bulvarı əhatə etsə, Neftçilər prospekti və Bayıl yoluna ən yaxşı alternativ olacaq.
#izləyicilərdən #gecəxronikası

❤40👍9👏5
🔄 ƏVVƏL - SONRA - TƏKLİF
⠀
🔹 Yadınıza gəlirsə, keçən il Göygöl şəhərindən vloq paylaşmışdıq. Şəhərin maraqlı hekayəsi var, çünki bir müddət burada alman ailələri yaşayırdı və şəhərin adı Helenendorf (Yelenendorf) idi. Hazırda ən görməli yerlərdən biri də Alman lüteran kilsəsidir. Vloqda qeyd etmişdik ki, bu kilsənin önündə asfalt yox, daha sakit və insan yönümlü bir mühit olmalıdır.
⠀
☑️ Bu yaxınlarda isə bu kilsənin ətrafında abadlıq işləri görülüb, asfalt daş döşəmə ilə əvəzlənib. Bu mühiti isə daha da maraqlı etmək üçün Dilqəm İsmayılov belə bir konsept paylaşıb (üçüncü foto).
💯 Və ölkəmizdə yüzlərlə belə maraqlı tarixi binalar və məkanlar var. Böyük büdcələr investisiya etmədən, onları çox gözəl və cəlbedici edə bilərik.
⠀
#əvvəlsonra

❤54👏10💯4
İnsan yönümlü şəhərlər ️
🔄 ƏVVƏL - SONRA - TƏKLİF ⠀ 🔹 Yadınıza gəlirsə, keçən il Göygöl şəhərindən vloq paylaşmışdıq. Şəhərin maraqlı hekayəsi var, çünki bir müddət burada alman ailələri yaşayırdı və şəhərin adı Helenendorf (Yelenendorf) idi. Hazırda ən görməli yerlərdən biri də Alman…
💬 Şərhlərdən:
Heç uzağa getmək lazım olmadı, qonşu ölkə bunu başa düşürsə və edirsə, nəyimiz əskikdir?
🇬🇪 Gürcüstanda bir neçə alman koloniyası mövcuddur. Gürcülər ordakı küçələri iki dildə yazır, alman pivə ənənələrini dirçəldir. Kilsələri məhz kilsə kimi yenidən açır və Almaniyadan konsert qruplarını çağırır.
Heç uzağa getmək lazım olmadı, qonşu ölkə bunu başa düşürsə və edirsə, nəyimiz əskikdir?
❤36💯9😢1
🎬 Axşam üçün film.
🔸 Söküntü təhlükəsi ilə üzləşən Bakının Bayırşəhəri haqqında sənədli filmi izləyin.
💬 Həm memarlar, həm də sakinlər maraqlı hekayələr danışır.
https://youtu.be/kArVbLFxa6o?si=MYrQL84Fl9i8cIK_

Planda Bayırşəhər. Sənədli film
Bakının tarix və memarlıq əhəmiyyətli xüsusi mühafizə zonası olan Bayırşəhər qeyri-müəyyən bir gələcəklə üz-üzədir. Yeni təsdiqlənmiş Bakı Şəhər Baş Planı bu ərazi üçün sökülmə təhlükəsi yaradır. Tolstoy və Rostropoviç küçələrindəki iki tarixi bina artlq…
❤24👏2
🛴 "Skuterlərin əlindən bezdik".
⠀
⬆️ Bu mənzərə şəhərdə mikromobilliyin nə dərəcədə aktiv şəkildə istifadəsinin əyani göstəricisidir.
⠀
💬 "İki nəfər velosiped, üç nəfər skuter sürür" kimi ifadələrini işlədən adam artıq özü gülüş obyektinə çevriləcək. Amma ortada başqa çağırış var — necə gəldi atılan velosipedlər və xüsusilə skuterlər artıq şəhərdə piyadaların hərəkətinə narahatlıq və təhlükə yaradır. Baxmayaraq ki, son vaxtlar yalnız xüsusi ayrılmış yerlərdə skuterləri saxlamaq olur (APAR velosipedləri zatən öncədən müəyyən olunmuş parklanma yerlərinə bağlıdır), fakt odur ki, GPS sistemindəki qeyri-dəqiqlik çox vaxt xaotik şəkildə skuteri atıb-getmək imkanını yaradır.
⠀
🔹 Bunun iki çıxış yolu var. Parisdəki kimi skuterləri tam qadağan etmək (yaxşı misal deyil), və yaxud şərait yaratmaq. Skuterlər səki ilə hərəkət edib piyadalara təhlükə yaratmasın deyə bütün küçələrdə velozolaqlar lazımdır. Bunun istisnası olmamalıdır. Küçədə səki varsa, deməli velozolağı da olmalıdır. Veloparkinqlər də eynən — səkidə deyil, yolun hərəkət hissəsində, müvafiq ciblərdə və yaxud təhlükəsizlik adacıqlarında təşkil edilməlidir.
🔹 Əlavə olaraq, icarə şirkətlər parklanmaya nəzarət mexanizimini gücləndirməlidir. Düzgün park etməyənlər üçün artıq Avropada cərimələr tətbiq olunur (Bratislavada başıma gəlmişdir).
❗️ Radikal qadağalar və həllər dayanıqlı olmur. Düzgün nizamlanma lazımdır.
⠀
📸 Fotonu memar Elçin Əliyev paylaşıb.

❤21👍9💯2
🚲 Yaxın günlərdə Bakıya 200 yeni elektrik velosiped gəlir.
☑️ İlk nümunəsini artıq test-drive etdim. İcmal burada.

👍43❤5👏5