İnsan yönümlü şəhərlər ️
2.56K subscribers
1.43K photos
180 videos
468 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirik.

Bakı və digər regionlardan xəbərlər, yeniliklər, təhlil və xarici təcrübə.

Bloq: www.city4people.az
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇺🇦 Kiyev şəhərinin bir sıra yolayrıcılarında velosipedçilər üçün xüsusi "bike-box" adlanan zonalar yaradılıb.

Svetoforla nizamlanan kəsişmələrdə bu yerlər velosipedçilərin gözləmə zonasını təmin edir ki, onlar sağ tərəfdə sürücülərin "kor zona"sına düşməsinlər və yaşıl işıq yanan kimi maşınlardan daha tez tərpəsinlər.

Bu cür zonaları daha çox İngiltərə, ABŞ və bir sıra digər qərb ölkələrində rast gəlmək olar.

Post-sovet ölkələrinə Kiyev bunu tətbiq edən ilk paytaxt oldu.
🇺🇸🚶Summer Streets!

Nyu-Yorkun Brodvey və Park Avenyu küçələri bu gün avtomobillər üçün bağlanıb, yalnız piyada və velosipedçilərin ixtiyarına verilib.

İstirahət və bayram günlərində müəyyən küçələri piyadalaşdırmaq dünyada geniş yayılan təcrübədir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇫 "Taliban"ın nəzarəti altına keçən Kabildə bu gün inanılmaz tıxaclar müşahidə olunub.

Sakinlər şəhəri mümkün qədər tez tərk etmək istəyirlər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇳🇴 Norveç: ƏVVƏL VƏ SONRA

Son illər ərzində Oslo şəhərində yaradılan velosiped infrastrukturu sayəsində Norveçin paytaxtında velosipedçilərin sayı 36% artıb.

Formul çox sadədir: hansı nəqliyyat üçün şərait yaradılır - həmin nəqliyyatın istifadəçisi şəhərlərdə kəskin artmağa başlayır.

Bu arada Oslonun küçələrində 2019-cu ildə piyada və yaxud velosipedçinin iştirakı ilə ölümlə nəticələn qəzalar baş verməyib.

Bakıdan görək!
Bağışlayın, amma çox gülməlidir 🤣
"Səki birdən-birə bitir".

Bakıxanov qəsəbəsində təmirdən çıxan və təhvil verilən daha bir küçədə onsuzda çox dar olan səki yarımçılıq bitir.

Yolun sol tərəfində ümumiyyətlə ayrıca bir səki tikməyə ehtiyac yox idi, orada parkinqi yığışdırıb sadəcə mövcud səkini döşəmək kifayət idi.

Amma bu küçəni bəh-bəhlə təhvil verənlər yalnız avtomobillər üçün asfaltın çəkilməsi ilə kifayətləniblər.

Yolu təmir edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sual verəndə, deyirlər biz sadəcə icraçıyıq, layihəni verən Bakı Nəqliyyat Agentliyi isə deyir ki biz layihə veririk, düzgün icra etmirlər. Və hər bir qurum beləliklə özünü məsuliyyətdən azad edir.

Qısa olaraq desək, hazırda dövlət qurumları Bakının küçələri ilə futbol oynayır.

Mənim şəxsi fikrim isə budur ki, hər iki qurum tikinti normalarının pozuntusuna görə ciddi cəzalandırılmayana qədər vəziyyət dəyişməz olaraq qalacaq, təəssüf ki.
ƏVVƏL VƏ SONRA

İnandırıcı gəlməsə də, bu iki fotoda eyni küçədə çəkilib.

🇳🇱 Amsterdam
ℹ️🎥 10 DƏQİQƏ URBANİSTİKA HAQQINDA

Cəmiyyətimizdə urbanistika hələ ki çox az tanınan bir sahədir. Halbuki bu gün şəhərin ən aktual problemlərini həll etmək üçün məhz bu elmin heç olmasa ən baza biliklərinə malik olmaq lazımdır.

İnkişaf etmiş ölkələrin tarixi və hazırda bizim keçdiyimiz yolu çalışdım 10 dəqiqə ərzində sadə və anlaşılan dildə sizə çatdırım.

👇
https://youtu.be/YEPRO4k-U4c
"Aeroport Ekspress" həftəsonu niyə işləmir?

Həftəsonu ictimai nəqliyyat çalışmır bəhanəsi ilə "Hava limanı Ekspress" marşrutu BakuBus-ın qarajında dincəlir.

Bu ümumiyyətlə ən absurd qərarlardan biridir.

Birincisi, bu avtobus, ilk növbədə, səyahətini öncədən planlaşdıran sərnişinlərin daşınması üçün nəzərdə tutulub və Operativ Qərargahın bəyan etdiyi "aktivliyinin aşağı salınması" faktoruna heç bir aidiyyatı yoxdur.

İkincisi, Heydər Əliyev Beynəlxalq Aeroportunun cədvəlinə baxsaq, fikir vermək olar ki, bir sıra aşağıbüdcəli (low-cost) aviaşirkətlər uçuşları məhz şənbə-bazar günlərində yerinə yetirir (o cümlədən, Pegasus, WizzAir). Low-cost ilə uçan sərnişinlər daha çox qənaət edənlərdir, ona görə çox vaxt məhz avtobusa üz tuturlar.

Bu qərar sırf Bakubus MMC və Bakı Nəqliyyat Agentliyi öz daxilində qəbul olunub və heç bir məntiqə sıxmır.
⚠️ DƏVƏQUŞU SİNDROMU

2021-ci ildə Bakı şəhərinin düz mərkəzində belə açıq-aşkar qanunsuz sərnişindaşıma ilə məşğul olmaq və bundan heç kimin xəbəri olmasın? Ciddisiniz?

Bir qoca nənə ora çıxıb tum satmaq istəyən kimi, beş dəqiqədən sonra post-patrul xidməti gəlib o nənəni sorğu sual edəcək.

Eyni zamanda, yaranan vəziyyəti güya BNA və Dövlət Yol Polisi görmür? Əlbəttə görür.

Bəs həmin qurumların rəhbələri Operativ Qərargaha və Baş Nazirə müraciət ediblər? Ediblərsə, hanı bu qurumların rəsmi fikirləri, açıqlamaları?

Hər gün səhifədə "Daim sizin xidmətinizdəyik" paylaşımlar etmək, lakin bu vəziyyətə göz yumub və dəvəquşu kimi başını torpağa gizlətmək - hansı vətəndaş məmnuniyyətinə işarə edir?

Çox utanverici vəziyyətdir, uşaqlarımız böyüyüb deyəcəklər ki, bu qədər multfilm kimi ölkədə necə yaşamısınız siz?
⚖️ Dövlətin məsuliyyəti daha üstündür - bunu qanun deyir.

Çox vaxt baş verən qəzalarda ya sürücülərin özlərini, ya da piyadaları günahlandırırlar.

Lakin, əksər hallarda kifayət qədər təhlükəsiz təşkil olunmamış yollar qəzaların fəsadlarını çox ağır edir (tək bizdə yox, bütün dünyada bu müşahidə olunur).

Küçələr və yollar elə qurulmalıdır ki, insanlar hətta qaydaları pozsa belə, bu faciəyə gətirməsin. Bu isə birbaşa müvafiq dövlət qurumlarının məsuliyyətidir.

Azərbaycan Respublikasının "Yol Hərəkəti Haqqında" Qanununda da bu öz əksini tapıb 👆
2019-cu ildən bəri bu küçəni əlverişsiz misal kimi gətirirəm.

Kövkəb Səfərəliyeva küçəsinin bu hissəsində (Dilarə Əliyeva küçəsi ilə kəsişmədə) səki mövcud deyil.

Artıq Nəsimi Rayon İcra Hakimiyyətii burada səkilərin bərpasına başlayıb.

Təəssüf ki, Bakıda belə yerlərin sayı çoxdur. Məncə, hər bir vətəndaş bu problemi daimi diqqətə saxlasa, icra hakimiyyətinə davamlı qaydada müraciətlər göndərsə, o zaman pozitiv dəyişiklilərin şahidi olacağıq.
Həddindən artıq enli küçələrimizi bu cür təhlükəsiz etmək olar.

Foto: Facebook / Road Safety - Təhlükəsiz yol
Füzulini də sarı xətlərlə boyadılar...

İlin əvvəlində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət göndərmişdim ki, heç olmasa Qarabağın yollarında nişanlanmanı qayda və standartlara uyğun edin.

Zəng vurdular, danışdılar mənimlə, dedilər mütləq nəzərə alarlar, amma deyəsən telefon zəngindən o tərəfə söhbəti çatdırmaq mümkün olmadı.

Bakının küçələrində bu məsələ yavaş-yavaş öz həllini tapır (dayanmaq qadağan olunmayan küçələrdə yolların qırağı sarı rənglə xətlənmir).

Heyif ki sıfırdan tikilən Qarabağda bu adi bir məsələyə səhlənkarlıqla yanaşırlar.