İnsan yönümlü şəhərlər ️
2.62K subscribers
1.44K photos
184 videos
475 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirik.

Bakı və digər regionlardan xəbərlər, yeniliklər, təhlil və xarici təcrübə.

Bloq: www.city4people.az
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Şuşada da velosiped yolları salınacaq 🚲

Eskizləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev paylaşdı.
Bu yaxınlarda Vətən müharibəsi qəhrəmanlarına yeni yaşayış massivində mənzillər təqdim olundu. Dövlət tərəfindən belə addımların atılması təqdirəlayiqdir.

Bu cür yaşayış komplekslərinin bir sıra mənfi cəhətləri var ki, onların arasında şəhərdən çox uzaq yerləşməsi, belə yerlərdə xüsusilə nəqliyyat infrastrukturu zəif olması və s. (daha ətraflı burada).

Amma indi başqa məsələyə diqqət yetirmək istəyirəm. Bu cür binaların inşasında, görünür ki, arxitekturaya ümumiyyətlə diqqət yetirilmir. Sovet üslubunda, sanki 1960-cı illərdə tikilən bu binaların görünüşü insanlarda daha çox depressiya hissləri yaradır.

Heç kim demir ki, dünya şöhrətli memarları cəlb etmək lazımdır, amma ən azı binaların görünüşünə daha fərqli və müasir yanaşmaq olar.

İkinci fotoda - Helsinki şəhərində yeni yaşayış massivi.
🇰🇿 🚲 ALMATIDA VELOSİPED YOLLARI

Bəzilər indi düşünə bilər ki, bizdə belə etsələr (yəni bir hərəkət zolağını velosiped yolu üçün ayırsalar), şəhərdə indikindən də güclü tıxaclar olacaq.

Amma dünya təcrübəsi göstərir ki hər şey tam əksinə baş verir. Sürücülər görəndə ki şəhərdə digər nəqliyyat vasitələrinə prioritet verilir, onların əksəriyyətini bir müddət sonra öz davranışını dəyişməyə başlayır.

Bu gün Bakı şəhərindən on minlərlə velosiped sahibləri var ki onların əksəriyyəti şəhər yollarına çıxmağa qorxur, çünki şərait yoxdur.

Təkrar edirəm, bu bizim ölkəyə xas olan bir məsələ deyil. Bütün dünya bu yolu keçib və Azərbaycan bu siyahıda istisna deyil.
​​❗️ƏSAS MƏSƏLƏ - İNSANLARDA DÜZGÜN İCTİMAİ TƏLƏB YARATMAQDIR.

Aşağıda gördüyünüz şəkildəki kimi islahatları aparmaq üçün böyük siyasi iradə lazımdır.

Ümumiyyətlə, istənilən urbanistik reformalar ilkin mərhələdə cəmiyyətdə mənfi qarşılanır. Bu Amerikada elə olub, Avropada da, Avstraliyada da.

Bizdə isə adətən vətəndaşların şikayətlərindən çəkinirlər. Çalışırlar, narazılıq səviyyəsini minimuma endirsinlər.

Amma elə məsələlər var ki, cəmiyyətin nazı ilə oynamaq düzgün inkişaf yolu deyil.

Sürücülər arasında bu gün sorğu aparsanız, onlar deyəcəklər ki, gəlin bütün cərimələri ləğv edək, sürət limiti isə 200 km/s olsun, təhlükəsizlik kəməri mütləq olmasın.

Onlar uzaq gələcəyin fəsadlarını düşünməyəcəklər. Məhz bunun üçün dövlət var. O, daha uzaqgörən və müdrik olmalıdır.

Elə ona görə həm bu, həm Transport for Baku kimi səhifələr var (fotonu oradan götürdüm). Biz çalışırıq ki, mümkün qədər çox həmyerlimizdə daha yaxşı və daha təhlükəsiz şəhərlərə ictimaiyyət tərəfindən tələb yaradaq. Bu gün ölkədə bizim kimi düşünən 20-30 min insan var. Biz istəyirik ki, ən azı 300 min olsun.

Bax, o zaman dövlət bizə qulaq asacaq və proqressdən danışmaq olacaq.

Odur ki, kanalmıza mümkün qədər çox dost və tanışlarınızı dəvət edin və postlarımızı paylaşın. Sadə olsa da, artıq dərəcədə önəmli məsələdir.
Səkilərimizin vəziyyətini izah edən foto-hekayə.

📸: Sabina Fakhraddin Abbasova
Audio
Bu podkastımda sizə səs çirkliliyindən bəhs etmək istərdim. Şəhərin müxtəlif yerlərində mən şəhərdəki səsləri ölçdüm. Şəhərimiz çox səs-küylüdür. Bu səs çirkliliyi bizi kar edir. Mütləq dinləyin və bölüşün.
Turaldan daha bir gözəl podkast 👆👏
🚎 Bizə elektrobus lazımdır?

KamAZ-ın direktoru Sergey Koqogin açıqlama verib ki, Azərbaycan sözügedən şirkətin buraxdığı elektrobusları ilə maraqlanıb. Belə elektrobuslar hazırda Moskvada çalışır (fotoda).

Bizim rəsmilər bu məsələni hələ şərh etməyib. Şəxsi fikrimcə yaxın zamanda, ən azı Bakı üçün, belə avtobuslar alınmayacaq. Düzdür, onlar ekoloji cəhətdən çox təmizdir (zero-emission), amma onlar üçün xüsusi enerji-doldurma məntəqələrindən ibarət infrastruktur lazımdır. Həm də bunlara xüsusi qulluq lazımdır, yeni qarajlar tikilməlidir, yeni mütəxəssislər yetişdirmək lazımdır və s.

Bəli, Bakının hazırki avtobus parkının yenilənməsinə ehtiyac hələ də var, amma BakuBus-ın gətirdiyi və EURO-6 standartına cavab verən BMC-lər məncə pis seçim deyil (qiymətləri də münasibdir).

Və əsas məsələ - ictimai nəqliyyatı cəlbedici etmək üçün bu avtobuslar gərək şəhərdə tıxacsız hərəkət etsin və saat kimi dəqiq işləsin. Bunun üçün daha çox avtobus zolaqlarını təşkil etmək lazımdır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bizim polis və mühafizəçilər özünü göstərməlidir də 🤦‍♂️

Heydər Əliyev Mərkəzində niyə çəkilişə icazə verməyəsən axı? Şəhərin mərkəz turistik obyektlərindən biridir.

Video: @varlamov
⛽️Hər dəfə "Premium" benzinin qalxması ilə daha çox sürücü ondan imtina edib "AI-92"-yə keçir.

92-nin isə keyfiyyəti hər kəsə bəllidir, şəxsən özümdə 2 dəfə yanacaq nasosunun dəyişməsinə gətirib çıxarıb. Təmiri isə 200-300 manat civarında başa gəlib.

Amma əlavə xərclər bir yana, 92-nin havaya buraxdığı dəm qazları da Premium-dan daha zərərlidir. Yəni ekologiya və bizim sağlamlığımıza da bu birbaşa təsir edəcək.

Bunlar hamısı bir qırağa.

Son 1 il ərzində benzinin qiyməti bir neçə dəfə qalxsada, alternativ nəqliyyat vasitələrinin tətbiqində heç bir inkişaf yoxdur.

Nə elektrik avtomobillərinin gətirilməsində və istismarında güzəştlər edilib, nə də şəhərdə 100 metr belə əlavə velosiped yolları salınmayıb.

Biz dəqiq inkişaf edən ölkəyik?🤔
🚷 Şəhərdə belə küçələr 1-2 deyil.

Həqiqətən, fikir vermişəm ki, yanacaq-doldurma məntəqələri heç vaxt piyadaların təhlükəsiz hərəkətini düşünmürlər.

Foto: "Bakı Gündəliyi" səhifəsindən.
🚧Suraxanıda qaldırılmış piyada keçidi təşkil etdilər.

Sürücülər məktəbin önündə təşkil olunan piyada keçidinin qarşısında sürəti azaltsınlar deyə, piyada keçidi özü qabarıq formada təşkil olunub.

Bu, dünyada geniş yayılan təcrübədir, hətta keçid çox vaxt tam olaraq səkinin səviyyəsinə qaldırılır və panduslara ehtiyac qalmır.

Gözümə dəyməyən bu küçədə işıqlandarılmasının olmamasıdır (gecə piyadalar görünməyə bilər).

Yenə də, təhlükəsizliyin artırılmasına dair atılan bu cür addımları iki əlli alqışlayıram.

3-cü və 4-cü fotolarda - Dubay və Londonda qaldırılmış piyada keçidləri.
⚠️ Dövlət qurumlarına müraciət etməkdən çəkinməyin.

Direkt mesajlara tez-tez müxtəlif şikayətlər gəlir, izləyicilər problemli ərazilərdən fotolar göndərir.

Bəzi məsələlərin həlli üçün müvafiq qurumlara ən azı məlumat vermək lazımdır. Qəbul etmək lazımdır ki, həmin qurumlarda universal monitorinq sistemi yoxdur və əksər hallarda yalnız vətəndaşların müraciətindən sonra problemə baxılır.

Yox, əgər yanaşma belə olacaqsa (şəkildəki kimi), o zaman, təbii ki problemlər illərdi həll edilməmiş qalacaq.

Təbii ki, səhifənin fəaliyyəti çərçivəsində mən də sizin göndərdiyiniz problemləri işıqlandırmağa çalışıram, amma özünüz də dövlət qurumlarına müraciət etməkdən heç vaxt çəkinməyin. Bu, sizin vətəndaş hüququnuzdur.

Dövlət qurumlarına müraciət ətraflı qaydası: https://city4people.az/post/dovlet-qurumlarina-muraciet-qaydasi/