İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.47K photos
308 videos
2 files
779 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Əvvəllər belə səhnələri ancaq Avropa şəhərlərində rast gəlinərdi, amma bura Bakıdır.

🔹 Bəlkə də xarici vətəndaşdır, amma təhlükəsiz veloinfrastruktur olsa, belə ssenarilər çox da real görsənir.

📸: İzləyicidən.
🚶🏻 Ağ Şəhərdə daha bir qaldırılmış piyada keçidi tikirlər.

🔹 Süleyman Vəzirov küçəsində orta məktəblə parkın arasında yerləşəcək hissədə piyada keçidi qaldırılmış olacaq.

Bu cür keçidin biri Mərkəzi Bulvar küçəsində artıq mövcuddur. Ağ Şəhərdə həyətlərə girişlər də bu cür təşkil olunub, bu nə üçün belə edilir sizə vloqda ətraflı göstərmişdik.

📸: Road Safety - Təhlükəsiz yol

#AğŞəhər #piyadakeçidləri
Aşağı büdcə və sadə həllərlə yol kəsişməsini necə təhlükəsiz etmək olar?

🇨🇦 Bu səfər Kanadadan nümunə.

🔸 Sadəcə səki çıxıntılarını yaratmaqla kəsişmədə parkinqin qarşısı alınıb, küçə daha sakit olub, bonus olaraq əlavə yaşıllıq zonalar yaratmaq mümkün olub.

📍 Monreal şəhəri.
🚌 Bakıya yeni avtobuslar gətirilib.

Necədir?

#izləyicilərdən
Bakının Bayırşəhər ərazisində məhəllələr sökülür, artıq komissiya yaradılıb və sakinlərə belə vərəqlər göndərilib.

💬 ArxKom deyir ki, tarixi binalar saxlanılacaq, lakin dəfələrlə yazıb, danışıb və göstərmişik ki, kvartalların özlərini və şəhər toxumasını saxlamaq da vacibdir.

🔸 Görünür ki, kiçik qrup vətəndaşdan başqa bu məsələ heç kimin marağında olmadı. Heyif.
Biz ancaq çay işinə baxırıq. ☕️

AAYDA küçədə asfalt örtüyünü dəyişir, vətəndaş soruşur ki, "Bəs yağış yağsa kanalizasiya suları hara axacaq?"

💬 Cavabın məğzi isə "bu bizim problem deyil, biz ancaq asfalt işinə baxırıq".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🚶🏻 Vağzal Meydanında əlavə piyada zolağı çəkildi.

🔄 Yenidənqurmadan sonra meydanın ortasında olan eynisəviyyəli piyada keçidi dəqiq az idi, insanlar xaotik şəkildə meydan boyu hərəkət edirdi. Düzdür, güman ki yenə də gəzən olacaq, amma heç olmasa bu nöqtədə avtobuslar onlara yol verməyə məcbur olacaq.

🔸 Əlavə olaraq, bu keçidin ortasında kiçik təhlükəsizlik adacığına ehtiyac var.

#VağzalMeydanı
🛴 Ənənəvi rubrikamız.

Dönər, kola və şirniyyat xətrinə şəhər mikromobilliyidən istifadə edənlər.
Forwarded from ŞEDEVR +
⚠️ “IVA” restoranı tədbir keçirdiyi üçün Əziz Əliyev küçəsini qanunsuz olaraq bağlayıb.

Piyadalar, əlil arabasından istifadə edənlər, velosiped sürənlər küçədən keçə bilmirlər.

Polis, icra hakimiyyəti və ya aidiyyəti orqanların bu qanunsuzluqdan xəbəri var?

t.me/shedevrplus
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Əziz Əliyev küçəsi hal-hazırda.

Heç kim tədbirlərin əleyhinə deyil. Hər halda səs-küylü və tıxaclı yolun əvəzinə, ictimai məkanın olması və insanların cəlb edilməsi daha yaxşıdır.

Lakin bunu tam olaraq piyada hərəkətini bağlamaq və seçkili şəkildə avtomobillərin bura daxil olması ilə baş verməməlidir.

Hazırda isə burada nə piyada nə velosipedlə keçməyə icazə vermirlər.
🗓 Bu həftə nədən danışdıq:

🔹 Kukla teatrın yanındakı eynisəviyyəli keçidin nə dərəcədə vacib olduğunu vurğulayan reportajı CBC telekanalı dərc etdi.

🔹 AYNA mövcud avtobus zolaqlarının xəritəsini paylaşdı.

🔹 Qəhrəmanmaraşda Azərbaycanın dəstəyi ilə tikilən müasir yaşayış kvartalına baxdıq.

🔹 "20 yanvar"da baş verən hadisə bizə göstərdi ki, burada eynisəviyyəli piyada keçidlərini təşkil etmək zəruridir.

🔹 İKEA-nın nümunəsində kargo-velosipedlər haqqında danışdıq. İzləyicidən isə sanki Avropada çəkilən foto gəldi.

🔹 Ağ Şəhərdə daha bir qaldırılmış piyada keçidini inşa etməyə başladılar. Vağzal Meydanında isə əlavə "zebra"lar təşkil olundu.

🔹 Kanadada yol kəsişməsinin sakitləşdirilməsinin nümunəsini sizinlə paylaşdım.

🔹 Bakıda 105 nömrəli marşrut üzrə hərəkət edən avtobuslar yeniləndi.

🔹 Bakının Bayırşəhər ərazisinin (keçmiş "Sovetski") sakinləri sökülmə haqqında bildiriş aldılar.

🔹 AAYDA-nın sosial şəbəkədə rəylərə cavabı bir daha vahid şəhər bələdiyyəsinin vacibliyini önə çıxartdı.

🔹 Həftəsonu isə Əziz Əliyev küçəsindəki tədbir birmənalı qarşılanmadı. Bu haqda fikrim belə oldu.

İzləmədə qalın, gələn həftə çox maraqlı kontent olacaq!

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔄 Tarixi küçələrimiz belə dəyişə bilərdi.

🔹 Keçmiş Sovetski ərazisində yerləşən küçələrində biz söküntü əvəzinə abadlaşdırma işləri aparsaq, onlara yeni nəfəs vermək olar. Bunu vizuallaşdırmaq üçün süni intellekt köməyə gəldi.

Bakının Bayırşəhər ərazisini belə görmək istəyərdiniz?

#piyadalaşma