İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
801 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚍 Yeni elektrobuslar artıq Bakı küçələrində sınanılır.
🇦🇿 Bakı? Yox, 🇬🇪 Tbilisi.

🔸 Bəraət qazandırmaq kimi çıxmasın, amma qonşu Tiflisdə də metroda pik saatlarında vəziyyət acınacaqlıdır.

🔸 1,5 milyon insan yaşayan Tiflisdə (Gürcüstan əhalisinin 45%-i) səhv buraxıblar və 2006-cı ildə tramvay sistemini ləğv ediblər və şəhər yükünü tək metro və avtobus götürür.

🔹 Düzdür, Tiflisin bəzi küçələrində BRT şəbəkəsi var, avtobus zolaqları şəhəri əhatə edir, amma görünür ki, bu kifayət deyil. Heç bir 12-18 metrlik və 80-100 nəfəri daşıyan avtobus 50-metrlik və 400 sərnişin tramvayla rəqabət apara bilməz.

🚊 Bakıya və Tiflisə mütləq tramvay qayıtmalıdır.

#Tbilisi
🚲 Maqistral tipli yolda velosiped zolağı.

🛣 Bu gün açılışı baş tutan Balaxanı-Pirşağı yolunda da velosiped zolağı açılıb. Mərkəzdən qəsəbələrə velosiped üçün şəraitin yaradılması müsbət tendensiya kimi görünür.

❗️ Lakin çox önəmlidir ki, burada təhlükəsizlik nəzərə alınsın. Şəhər küçələrdən fərqli olaraq, burada avtomobillər yüksək sürətlə hərəkət edir, qəza riskləri və onların fəsadları daha çoxdur.

🔹 Burada velosiped zolaqları fiziki olaraq hərəkət hissəsindən təhlükəsiz şəkildə ayrılmalıdır. Fotolarda misallar var.

#velosipedzolaqları
Media is too big
VIEW IN TELEGRAM
🚍Bu gün həmçinin "28 May" nəqliyyat mübadilə mərkəzi də açıldı.

Avtobuslar Azadlıq prospektində yeni sxemə uyğun olaraq hərəkət edir.
Bakının ən yaxşı parkında vəziyyət necədir?

🌳Mərkəzi Parkın artıq üç mərhələsi tikildi. Burada yaşıllıq və baryersiz mühit olsa da, əsas məsələ parkın özünə gəlmək üçün mühit əlverişli deyil. Kənarında maqistral kimi geniş yollar, piyada keçidlərin sayı kifayət qədər deyil. Niyə belədir və bunu düzəltmək mümkündürmü? Bu haqda yeni vloqda danışdıq.

💬 Eyni zamanda memarlar Dilqəm İsmayılov və Abdul Hüseynov buradakı mühitə yanaşma, və keçmiş "Sovetski" ərazisinin tarixindən maraqlı məlumatlar paylaşdı.

➡️ https://youtu.be/BASpjAaJ2I0

Vloqa dəstək olanlar memarların daha geniş diskussiyasını izləyə bilərlər.
Vloqu bağlı Telegram-qrupunda mənimlə müzakirə edə bilərsiniz.

#vloq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Yeni Zəfər Parkı.

Çox bəyəndim ki, abidədə hansısa pafos elementlərin əvəzinə daha təmkinli və müdrik yanaşmanı tətbiq etdilər.

Bayramınız mübarək!

Video: Rüstəm Nəbizadə və Seyidmusa Süleymanov.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Yeni layihədən sonra vəziyyət belədir.

Azadlıq prospekti və Ş.Bədəlbəyli küçəsinin kəsişməsi.

#minivloq
☁️ Yağışdan sonra Bakı.

💫 Fəaliyyətimizə dəstək:

☑️ Patreon
☑️ Kofe.al
☑️ Card-to-card
☑️ Qapalı Telegram-qrupa giriş
❗️Bakının tarixi kvartallarını sökmək deyil, qorumaq və bərpa etmək lazımdır.

🔸 Həm buradakı tarixi binalarını, həm də Bakıya xas olan o mühiti və ruhu bu məhəlləlır daşıyır. Və onları İçərişəhər kimi gözəl turistik məkana çevirmək olar.

❗️ Amma deyilənə görə bura söküləcək, buna qətiyyən yol vermək olmaz. Onsuzda Bakının siması pozula-pozula gedir.

📸: Dilqəm İsmayılov
COP29-un Bakıya gətirdiyi ən yaxşı islahat bu oldu.

🔄 Vağzal meydanı və 28 May metrosunun ətrafı yenidənqurmadan əvvəl və sonra — sadəcə müqayisə edin. Əvvəllər xaotik və nizamsız məkan bu gün səliqəli nəqliyyat habına və əlçatan ictimai məkana çevrilib.

🔸 Bəzi nüanslar olsa belə, birmənalı bu dəyişikliyi uğurlu urbanistik transformasiya adlandırmaq olar.

#vağzalmeydanı #COP29 #əvvəlsonra