İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
798 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
💬 Deyirəm, bəlkə ayrıca kanal açım, bu dəyərli şərhləri muzeyə toplayım. 🤡

#şərhlərmuzeyi
🚧 8 noyabr prospektinin "Ağ Şəhər" tərəfinə düşən hissəsində səkiləri bu cür genişləndirirlər.

🔸 Fotoları göndərən izləyici yazır ki, bəzi yerlərdə hətta yaşıllıq zolağı salınır, lazımsız hasarlar sökülür.

🔹 Çox əladır. Kaş bütün prospekt boyu işləri bu cür görərdilər. Misal üçün Sadıqcan küçəsinə yaxın artıq vəziyyət fərqlidir, orada səkilər çox dar qalıb və velozolaqlar da salınmayıb.

#8noyabrprospekti #səkilər
⚡️ Bu günü də gördük?

20 yanvar metrostansiyasının giriş/çıxışlarında ticarət obyektlərin fəaliyyəti dayandırıldı. Keçidlərində xaos yaşanan yeganə stansiya bu qalmışdır.
❗️Memar Elçin Əliyev yazır ki, cəmiyyətdə tramvay mövzusunda peşəkar müzakirə aparılmır.

Baxmayaraq ki, ən çox bu haqda yazan səhifənin biri elə budur, Elçin Əliyevlə açıq debata çıxmağa hazıram.
🚲 Velosiped keçidlərini yeni boya ilə nişanlanmağa başlayıblar.

İkikomponentli boyadır, daha dözümlüdür. Bir qədər rəngi daha tünt yaşıldır, bu da işıq-qaytarma xüsusiyyətinə mənfi təsir edə bilər.

📍 Bura Afiyyədin Cəlilov küçəsidir, ümid edirəm 8 noyabrda unudulan velokeçidi təşkil edərlər yeni boya ilə.

#velosipedzolaqları
🔹 Həftə pozitiv xəbər ilə bitir.

Cavanşir körpüsünün ərazisində unudulan səki təşkil edildi. Qaldı burada piyada zolağı çəkmək.
20 Yanvar metrosunun ətrafında olan tıxacların bir səbəbi də "manatlıq taksi" adlandırılan qeyri-formal sərnişindaşıma xidmətləridir.

🔸 Onlar şəhərin bu vacib düyünündə xaos yaradır.
Əslində bu barədə illər ərzində yazmışam. İlk olaraq bu kimi xidmətlər ictimai nəqliyyat sisteminin zəifliyindən yaranır, sonra isə formal sistemləri yavaş-yavaş öldürür, özünü əvəzedilməz edir. Nəzarət zəif olanda və formal qaydalar işləməyəndə bu proses daha tez baş verir.

🔸 Aydın məsələdir ki, Bakıda ictimai nəqliyyat sisteminin dərin problemləri var, bundan əlavə bu sistem alternativlərinə sürət baxımından uduzur.

🔸 Hal hazırda isə Tbilisi və Moskva prospeklərində, eləcə də Bakı-Sumqayıt yolunda avtobusların hərəkət üstünlüyü təmin olunub. Görünən odur ki, nəzarət tədbirləri də gücləndirilib. Manatlıq taksilər də 20 Yanvar metrosunun ətrafından kənarlaşdırılır. Ümid edək ki, ərazidə daha nizamlı hərəkət olacaq və avtobuslar əvvəlki kimi ləngiməyə uğramayacaq.

🔸 Hal-hazırda Sumqayıt istiqamətinə Bakı Avtovağzalından getmək mümkündür, ekspress marşrut xətti isə avtobus zolaqları vasitəsilə daha az tıxac görür. Gediş haqqı da manatlıq taksilərdən daha ucuzdur.

©️ Transport for Baku.

#ictimainəqliyyat
🇩🇪 Berlinin insan yönümlü küçələri.

🔹 Gözəl və funksional küçənin arxasında əslində sadə həllər dayanır. Ağaclar, səkilər, velozolaqlar, təhlükəsiz və vaxtı-vaxtında hərəkət edən ictimai nəqliyyat. Avtomobil ilə hərəkət etmək heç kim qadağan etmir, buyur, parklanma yerlədi demək olar ki hər küçədə var.

💡 Sadəcə düzgün yanaşma və hər qrup vətəndaş üçün şərait və alternativlərin yaradılması.

#Berlin
🇩🇪 Şəhər əlçatan olana azmobilli insanlar küçələrdə peyda olunur.

Fotoda — metro girişinə quraşdırımış lift və təkərli araba ilə metrostansiyadan çıxan yaşlı qadın.

#Berlin