İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.51K photos
317 videos
2 files
796 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Ağaclar soyqırımı davam edir.

💬 İzləyici yazır:

Haqverdiyev küçəsində yekə ağacları kəsirlər. Bunu edən işçilər heç özləri səbəbini bilmir.

#ağaclar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Bakıda ilk dəfə olaraq!

Yerüstü piyada keçidinin altında “zebra” olacaq. Zığ dairəsi inanılmaz islahat.

#minivloq
⭐️ Deyilənə görə bu gün Cavanşir körpüsünün keçmiş ərazisinin açılışı olacaq.

Hələ ətraflı danışarıq bu mövzuda, hələlik diqqətinizi buradakı nişanlara yönəltmək istəyirəm.

🔹 İlk dəfə olaraq burada yeni standarta uyğun “sağa/sola dönmə” (4.1.2/4.1.3) nişanları quraşdırılıb. Yəni ox daha konkret olaraq istiqamati göstərir. Bu standart keçən ilin sonunda qəbul olunub, lakin ilk tətbiqini indi görürük.

🔹 Nişanların ölçüsü bir qədər kiçildilib və vizual kirliyin miqdarı aşağı salınıb. Xarici təcrübəni və böyük nişanların problemini sizə artıq göstərmişdim.

🚦 Bu arada, piyada keçidi eynisəviyyəlidir və svetoforla nizamlanır. Bəzilər bunu yeni tıxac mənbəyi kimi görür, lakin svetoforlar düzgün nizamlanırsa, onlar əksinə axınları tənzimləyir və küçə boyu düzgün paylayır.

☀️ Şəhərə xeyirli olsun.
⬆️ Fotolarda Bakının bəlkə də ən geniş səkisini görürsünüz.

🔹 Bura keçmiş Cavanşir körpüsünün davamı olan Üzeyir Hacıbəyli küçəsidir. Səkinin eni burada təxmini 25 metr təşkil edir. Bulvar və parkların ətrafını istisna etsək, nadir haldır ki, küçədə avtomobillər üçün ayrılmış yol sahəsi səkidən iki dəfə kiçikdir.

🔹 Keçən əsrin ortalarında Bakıda və digər şəhərlərdə (misal üçün, Mingəçevirdə), geniş səkilər salınan küçələrin sayı çox idi. Lakin onların bir çoxu ya obyektlər tikildi, ya parkinqə çevrildi, ya da çoxmərtəbəli evlər tikildi.

🔹 Bu cür səkilər Bakıda çox azdır, biz onları qorumalıyıq. Burada hətta kiçik ictimai məkanlar yaratmaq, əlavə ağaclar əkmək olar.

Bu cür geniş səkilər olan başqa hansı küçələri tanıyırsınız?

#səkilər
🚲 AYNA Bakıda veloicarə xidmətini təqdim edəcək.

Bir sıra veloparkinqlərdı artıq məlumat lövhələri quraşdırılıb, QR-kod isə “apar.az” saytına keçid edir (hazırda aktiv deyil).

🔶 Burada narahat edə biləcək 3 məqam var.

🔹 Son illər dünyada elektroskuter icarəsi veloicarə bazarına ciddi təsir edib və bir payını əlindən alıb. Skuter qısamüddətli icarə üçün daha əlverilişlidir — onun daha çox parkinq nöqtələri olur, sürmək daha asandır, ən əsası skuter sürərkən tərləmirsən, paltar o qədər əzilmir, istəsən lap kostyumda sürə bilərsən skuteri. Yəni, işə gedib/gəlmək üçün skuter velodan daha uyğundur.

🔹 Şəkildə göründüyü ki, AYNA-nın velodayanacaqlarında onsuzda yerlərin sayı çox deyil. Həmin yerlər icarə velosipedlərlə “işğal” olunsa, öz velosu ilə hərəkət edən sakinlər üçün yer qalmayacaq. Ümid edirəm, əlavə veloparkinq yerləri quraşdırılacaq.

🔹 Velosiped skuter qədər sürətli deyil, deməli daha baha başa gələcək. Skuteri özünə güc vermədən 20-25 km/s ilə sürə bilərsən. Velosipedlə bu sürəti yığmaq üçün kifayət qədər təcrübəli olmalısan və ən əsası fiziki olaraq daha çox güc tətbiq etməlisən. Deməli daha tez yorulacaqsan, ya da aşağı sürətlə sürməli olacaqsan. Nəticədə daha çox vaxt sərf edəcəksən, daha çox pul yazacaq veloicarə.

🔸 Həmçinin bu ilin əvvəlində vizual müşahidələr əsasında deyə bilərəm ki, Avropa ölkələrində velosiped icarəsi skuterlərə nisbətən populyarlığını itirib.

🚴‍♂️ Bəli, velosiped sürmək ən faydalı idmanlardan biridir, sağlamlıq və mobilliyi özündə birləşdirilir. Bulvarda əyləncə üçün icarə velo götürüb sürən çox görürük. Lakin sırf nəqliyyat növü kimi veloicarənin Bakıda populyarlaşmasına hələ ki skeptik yanaşıram.

Siz necə düşünürsünüz? Özünüz istifadə edəcəksinizmi bu xidmətdən?

#veloicarə
🚲 Velozolaqların sayı artmaqdadır.

Ötən gecə "8-ci zavod" küçəsi kimi tanınan 250 metrlik ərazidə (xəritə) də velozolaq salındı. Düşünürəm ki, burada və gələcəkdə bir çox küçələrdə artıq yolun bir tərəfində ikitərəfli zolaq salmaqdansa hər iki tərəfdə birtərəfli zolaq salmaq daha məntilqli olar. Bunu mən Xaqani və Nizami küçələri üçün təklif etmişdim.

🔹 Misal üçün, geniş Yusif Səfərovda da mütləq yolun hər iki tərəfindən velosiped zolağı lazımdır, çünki küçənin hər iki tərəfində yaşayış və müxtəlif obyektlər var.

📸 Foto: Mikromobillik Azərbaycan (deyəsən, AYNA əməkdaşlarının səhifəsidir).

#velosipedzolaqları
📊 Urban vloq məzuniyyətdə olmuşkən, gəlin bu müddətdə sizinlə kiçik viktorinalar keçirək. ⭐️

Əgər paylaşdığım vloqlara diqqətlə baxmısınızsa, bütün cavabları biləcəksiniz 😉 🚇 Birinci sual asandır. Bu şəhərin hansında metro yoxdur?
Anonymous Quiz
25%
Sofiya
28%
İzmir
7%
Budapeşt
40%
Bratislava
⬆️ Səkilər yenə yaddan çıxdı?

🔸 Prospektin əvvəlində velozolaqlar təşkil olunur, səkilər genişləndirilir, lakin Sadıqcan küçəsi ilə kəsişmədən sonra vəziyyət belədir.

🔸 Sanki 7 hərəkət zolağı (yolun eni burada təxmini 20 metrdir), piyadalar üçün şərait isə fotolarda göründüyü kimi.

Niyə bu hissədə səkilər genişləndirilməyib?

#8noyabrprospekti
İnsan yönümlü şəhərlər ️
⬆️ Səkilər yenə yaddan çıxdı? ⠀ 🔸 Prospektin əvvəlində velozolaqlar təşkil olunur, səkilər genişləndirilir, lakin Sadıqcan küçəsi ilə kəsişmədən sonra vəziyyət belədir. 🔸 Sanki 7 hərəkət zolağı (yolun eni burada təxmini 20 metrdir), piyadalar üçün şərait…
🚶‍♂️ Şərait olanda - istifadə edən də olacaq.

🔹 Bugünki paylaşıma facebook-da şərh gəldi ki, bəs 8 noyabrın prospektinin bu hissəsində onsuzda heç kim piyada gəzmir, səkilər nəyə lazım. Yenə də, "velosiped sürən azdır, bizə velozolaq lazım deyil" bəhanəsinə oxşayır bu müqayisə.

⬆️ Baxın, bu foto da 8 noyabr prospektində çəkilib, fikir verin səki salınandan sonra piyadalara rast gəlməyə başladıq.

🔹 Sadə bir məntiq var. İnsanlar görəndə ki şərait yoxdur, onlar alternativlər seçir. "Səki yoxdur, təhlükəlidir — yaxşısı maşınla gedim", və əksinə — "Şərait yaratdılar, ondansa 10 dəqiqə piyada gedim".

🔹 Ona görə, şəhərdə səki və velozolaqlar mütləq salmaq lazımdır ki, insanlar yaradılan şəraiti görsün və ondan yararlansın. Xüsusilə də qısa məsafələrdə bu önəmlidir.
💡 Urban viktorinamız davam edir. 🚋 101 yaşında tramvaya məhz bu şəhərdən olan vloqda rast gəlinib:
Anonymous Quiz
12%
Stokholm
31%
Praqa
40%
Budapeşt
17%
Vyana
🚲 Velosiped zolaqlarını təşkil edərəkən tez-tez yaddan çıxan məsələ — velosiped keçidləridir.

🔸 Yenə də 8 noyabr prospektinə qayıdırıq. Bildiyiniz kimi, burada yolun hər iki tərəfindən velozolaqlar salınır, o zaman niyə bu zolaqları birləşdirən velokeçid olmasın ki?

🔸 Və söhbət artıq bitmiş hissədən gedir (fotoda ASAN xidmətinin yanı). Piyada keçidi zatən çox geniş deyil, həmçinin buradakı pandusu tam baryersiz etmək alınmadı. İndi üstəgəl velosipedlə bu dar yerdən keçmək piyadalara əlavə narahatlıq və ləngitmə yaradacaq.

❗️ Həm burada, həm hazırda prospekt boyu təmir işləri gedən bütün kəsişmələrdə velokeçidlər nəzərə alınmalıdır.

#velosipedzolaqları #8noyabrprospekti