İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.51K photos
317 videos
2 files
796 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
✖️ Səkilər tək bizim dərdimiz deyil...

🔸 Bəziləri kədərlənə bilər ki, bəs Bakının vaxtilə geniş səkilərini indi avtomobil zolaqlarına qurban veriblər. Amma əslində bu proses bütün dünyada baş verib. Fotoda 🇨🇦 Torontoda bir küçə keçən əsrin ortalarında və hazırda.

🔸 Azərbaycanda bütün dünyada baş verən proseslər təkrarlanıb — biz elə bilmişik ki yolları genişləndirsək tıxac olmaz, amma artıq sübut olunub ki, bu səhv düşüncədir. Ona görə biz səhvləri düzəldəndə məhz bizə oxşar ölkələrə baxıb hərəkət etməliyik.
Bu səfər sual konkret şəhərdən deyil, ümumi biliklərdəndir 😉 Bu xüsusiyyətlərdən hansı müasir yaşayış massivlərinə xas deyil?
Anonymous Quiz
19%
Kvartal tipli şəhərsalma
14%
Avtomobilsiz həyətlər
17%
Vahid arxitektura
51%
Dominant binalar
🔄 28 may küçəsi üçün təklif.

🚧 Şəhərin əsas küçələrindən birində də asfalt örtüyü dəyişdiriləcək. Burada avtobus və velosiped zolaqları salmaqla buraxılış qabiliyyətini 5 dəfə qaldırmaq mümkündür (söhbət yolun hərəkət hissəsindən gedir). Bildiyim qədər, burada sözügedən zolaqlar planda var, məncə parkinq zolağını da küçənin geniş olan hissələrində təşkil etmək mümkündür.

❗️ Bir də bu küçənin bəzi yerlərində səkilər bir neçə il əvvəl daraldılıb, onları piyadalara qaytarmaq mütləq lazımdır.

#təklif
Gözümdən qan gəldi. 😵‍💫

📍 Əhməd Rəcəbli küçəsində "səki". Hələ buranı bəh-bəhlədə asfaltlayırlar. 🙈
Bu şəhərdə avtobuslar "BakuBus"-a oxşayır. Yadınıza gəlir harada? 🚌
Anonymous Quiz
29%
Belqrad
32%
Bratislava
23%
Vyana
16%
Sofiya
🚎 Şərifzadə küçəsində avtobus zolağı salındı, lakin vəziyyət belədir. ⬆️

Fotonu izləyici göndərib, amma göründüyü kimi, zolağı hələ ki vecinə alan yoxdur.

🔸 Təəcüblü deyil, bu küçədə heç vaxt ciddi nəzarət olmayıb. Həmçinin, küçənin genişliyini nəzərə alaraq, burada parkinqi saxlamaqla da avtobus zolağını təşkil etmək olardı.

🔹 Ən yaxşısı isə burada BRT tipli koridor yaratmaq və zolağı küçənin ortası ilə salmaqdır.

#avtobuszolaqları
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Təzəlikcə istifadəyə verilmiş ərazidə piyadalara belə əziyyət verirlər.

🔸 2024-cü ildir, hətta yeni layihələrdə səkiləri nəzərə alınmır.

#minivloq #səkilər #cavanşirkörpüsü
➡️ Yeni nişanların ömrü uzun olmadı.

🔸 Cavanşir körpüsünün ərazisində yeni standartlara uyğun quraşdırılmış nişanlar köhnə nişanlarla əvəz olundu.

🔸 AZS 943:2023 standartı keçən ilin dekabr ayında qəbul olunub və artıq Yol Hərəkəti Haqqında qanunda öz əksini taplmalı idi. Lakin görünür ki, Qanun hələ dəyişməyib və yeni nişanları tətbiq etmək mümkün olmadı, hətta "pilot" şəklində.

🔸 Maraqlıdır ki, bu yaxınlarda sözügedən Qanuna dəyişiklik edildi, mikromobilliyə aid terminlər əlavə olundu, cərimələr qaldırıldı, lakin yeni standartlara dair dəyişiklik qıraqda qaldı.
🥇 Qonşu paytaxtda daha bir cürətli addım.

🇬🇪 Tiflisdə növbəti yerüstü piyada keçidi sökülür.

🔹 Bu şəhərdə hələ 2019-cu ildən yerüstü piyada keçidlərinin söküntüsünə başlanıldı, əvəzində svetofor və “zebra”lar təşkil olunur. Yeraltı keçidlərə eynisəviyyəli alternativlər yaradıldı. Bəzi yerləri mən sizə keçən il vloqda göstərmişdim.

🔹 Tiflisin meri Kaxa Kaladze birmənalı olaraq şəhəri piyada və ictimai nəqliyyat yönümlü etmək niyyətindədir. Tıxaclardan qurtulmaqdan yolları bu cür mərhələlərdən keçir.

🔹 Bəli, bizdə ilk addım atıldı və Zığ dairəsində yerüstü keçidinin altında nizamlanan alternativ yaradılır. Lakin, bu tək-tük hal deyil, şəhərin bir strategiyası olmalıdır. Sürətli maqistrallar istisna olmaqla, bütün yeraltı/yerüstü keçidlər daha rahat, əlçatan və şəhərdə sürəti tənzimləyən eynisəviyyəli keçidlərlər əvəz edilməlidir. Zatən bu cür keçidlər tıxac problemini həll edə bilmir.

🔸 İnsanların “yerüstü keçid var da! niyə zebra lazımdır?” tipli müqavimətinə dözüb şəhəri insan yönümlü etmək lazımdır. Həmin insanlar sizə sonra təşəkkür edəcək.

#piyadakeçidləri #tbilisi