İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.47K photos
308 videos
2 files
776 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Qusarın urbanistik icmalı.

Hələ Bakıda velosiped zolaqları olmayanda, Qusarın bir sıra küçələrində mikromobilliyin inkişafına başlanılmışdır. Amma regionda əsas problem - piyada üçün səkilərin olmaması - burada da aktualdır. Necə oldu ki, burada Avropada ki kimi velozolaqlar var, amma piyadaları düşünməyiblər? Vəziyyəti necə dəyişək?

Bu suallara cavabları növbəti vloqda axtaracağıq, veloyollara və ictimai nəqliyyata baxacağıq, eyni zamanda şəhərsalma və memarlıqdan danışacağıq.

➡️ https://youtu.be/LKOOcib8pEQ

🔹 Kanalımızın inkişafına və bizim işimizə dəstək göstərmək üçün sizdən dəstək gözləyirəm.

#vloq #regionlar #Qusar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Gəlin bu istirahət günündə Qusarda orijinal vəziyyətdə qalmış gözəl yaşayış evinə baxaq.

Şimal bölgələrimizdə belə evlərin say çoxdur, onları niyə qorumalıyıq - bu haqda Dilqəm İsmayılov Qusar vloqumuzda danışdı.

#Qusar #regionlar
🚲 Qusarda velosiped zolağı.

🔸 Şəxsi mesajlarda və qrupda izləyicilər qayda pozuntularını fotolarını göndərib soruşurlar ki, niyə bəzi sürücülər cərimədən çəkinmirlər, ya da ki niyə bəzi küçələrdə cərimə yazmırlar?

Qarşı sualım var. Sizcə regionlarda 100 manatlıq cərimə reydi başlasa reaksiya necə olar? Misal üçün, Qusar ölkənin nadir şəhərlərdən biridir ki, burada velozolaqlar var. Lakin bəzi yerlərdə zolağa heç kim riayət etmir. İndi bu sürücülərə cərimə yazan olacaq sizcə?

🔹 Sualın cavabı oradan başlayır ki, bəs burada velosiped zolağı düzgün təşkil olunubmu?

#regionlar #qusar #velosipedzolaqları