👍👎Bakı Nəqliyyat Agentliyinin yaxşı və pis əməlləri
⠀
Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyinin press-konfransından sonra, bir paylaşım etdim, həmin qurumu, qısaca desək, təriflədim. Gözlədiyim ki, bəzi şərhlər neqativ xarakter daşıdı, hətta BNA-nın bəzi səhvlərinə haqq qazandırmağımda ittiham etdilər.
⠀
Düşündüm ki, ayrıca bir bloq-post hazırlayım və tək yaxşı əməllərini yox, bəyənmədiyim işləri haqqında bəhs edim, nümunələrlə izah edim. Balansı qorumaq üçün 5/5 proporsiyasını qoruyacam.
👉 https://city4people.az/post/bna-yaxsi-pis-amallari/

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Moskva metropolitenin 86 yaşı tamam olur.
1935-ci ildən bəri həmin metroda istifadə olunan qatar tiplərinin əksəriyyəti Bakıda da istismar olunub.
Əhalisi 1 milyondan çox olan şəhərlərdə metro ən effektiv ictimai nəqliyyat hesab olunur.
Rusiyanın paytaxtında pandemiya başlayandan metro 1 gün belə fasilə etməyib. Bakıda isə hələ də onun bağlı qalması yollarda və avtobuslarda sıxlığının əsas səbəbi olaraq qalır.
1935-ci ildən bəri həmin metroda istifadə olunan qatar tiplərinin əksəriyyəti Bakıda da istismar olunub.
Əhalisi 1 milyondan çox olan şəhərlərdə metro ən effektiv ictimai nəqliyyat hesab olunur.
Rusiyanın paytaxtında pandemiya başlayandan metro 1 gün belə fasilə etməyib. Bakıda isə hələ də onun bağlı qalması yollarda və avtobuslarda sıxlığının əsas səbəbi olaraq qalır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤦♂️DYP yenə də yeraltı və yerüstü piyada keçidlərinin tikintisini təbliğ edir, baş verən qəzalarda isə piyadaların özlərini günahlandırır.
⠀
Bu "StreetsforLife" və "Love30" kağızda gözəl lozunq kimi görünə bilər.
⠀
Amma nə qədər ki, yol hərəkətinin təhlükəsizliyinə cavabdeh olan dövlət strukturu belə mövqelər saxlayacaq, piyadaların təhlükəsizliyindən danışmaq mənasızdır.
⠀
Bu arada, Bakıda 30 km/s təyin edilən heç bir küçə yoxdur (hətta planda), ona görə bu cür həftəliklər sadəcə bir şou xarakterini daşıyır.

Bakıda 30 km/s-lıq küçələr sən demə var - Əhməd Cavad küçəsində BNA-nın təşəbbüsü ilə müvafiq nişan quraşdırılıb.
⠀
Belə tədbirlərin sistem xarakterin daşıması və ayrı-ayrı küçələrə yox hər hansı bir zonalara tam olaraq aid olması da çox məqsədəuyğun olardı.
⠀
İlkin mərhələdə bunu daha çox piyada axını olan mərkəz küçələrində (ikinci şəkildə təxmini təklif).
⠀
P.S. Nizami (Torqovaya) küçəsinin ətrafında bir sıra küçələri isə tam olaraq avtomobillər üçün bağlanaması söhbətləri də artıq gedir.
#təklif

10-15 il əvvəl Bakı şəhərinə salınan tunel, körpü və yol qovşaqlarının nəqliyyat strategiyasının ən böyük fiaskosudur.
⠀
Dövlət büdcəsinə milyardlar bahasına başa gələn bu layihələrin tıxaclara heç bir təsiri olmadı. Eyni zamanda, şəhər mühiti və şəhərin görünüşü xeyli pisləşdi, nə qədər yaşıllıq məhv olundu, əraziyə cəlb olunan avtomobil axını isə nəfəs aldığımız havaya ciddi təsir etdi, ölkədə onkoloji xəstələrin sayı artdı.
⠀
Ziya Bünyadov prospektindəki tunelin üstü isə belə bir beton səhrasına çevrildi.
⠀
Foto: Facebook / Baki Gundeliyi

🛣 Bakı şəhərinin bir neçə küçə və prospektində sürət həddinin aşağı salınması təklif olunur.
⠀
Hələ ki, yeni limitlər açıqlanmır, amma belə təxmin edirəm:
⠀
Zığ, Zağulba yolları - 90 km/s (hazırda 110 km/s)
Heydər Əliyev pr. - 70 (hazırda 90)
Ziya Bünyadov pr. - 70 (hazırda 90)
Babək - 60 (hazırda 80)
Mikayıl Useynov - 60 km/s (hazırda 70)
8 noyabr - 60(bəzi hissələri hazırda 80-dir)
⠀
Yüksək sürət ağır qəzaların əsas səbibidir, yaşayış məntəqələrində maksimal sürət ümumiyyətlə 50 km/s olmalıdır. Sıx yaşayış zonalarında isə 30 km/s.

Sürət həddinin məhdudlaşdırılması tək yol nişanlarının quraşdırılması ilə bitmir. Küçə özü elə layihələndirilməlidir ki, burada fiziki olaraq yüksək sürətlə hərəkət etmək rahat olmasın.
⠀
🇬🇧 Bura London şəhəridir. Qaldırılmış piyada zolağı və səki çıxıntıları axını sakitləşdirilməsini təmin edir. Buna "traffic calming" deyilir.

Səməd Vurğun küçəsində, "Tarqovı" adlanan kəsişmədə eynisəviyyəli piyada keçidi bərpa olundu.
⠀
Təxmini 10 il əvvəl burada yeraltı piyada keçidi tikildi və bu keçid ləğv olunmuşdu. Lakin, yeraltı keçid narahat olduğundan, azmobilli insanlar üçün əlçatan olmadığından piyadalar yerin üstü ilə hərəkət edirdi, bu qayda pozuntusu sayılırdı.
⠀
Bir məsələ var ki, indiki halda keçid nizamlanan olmadığından bir o qədər də təhlükəsiz sayıla bilməz. Burada Bakı Nəqliyyat Agentliyi svetofor quraşdırsa problemi tam həll etmiş olacaq.

👍2
‼️ 3 ölü, 6 ağır yaralı...
⠀
Yadımdadır, 1 manat taksilər "dəbə" düşəndə və bu haqda müxtəlif saytlar və Transport for Baku yazanda, dərhal şərhlər gəlirdi ki, "Camaat bir tikə çörək pulu qazanır, niyə göz tikmisiniz?".
⠀
Bu gün belə "çörək qazananlar"dan biri üç ailəni bədbəxt etdi (ilkin məlumata görə məhz bu mikroavtobus qaydanı pozdu və qəza törətdi).
⠀
Bu gün kimsə valideyni, kimsə balasını itirdi.
⠀
Daha altı nəfər ömrünün sonuna qədər şikəst qala bilər.
⠀
Həmin bəraət qazandırıcı şərhləri yazanlar indi utansınlar.
⠀
Təbii ki, nəqliyyatın idarə edilməsinin, bu taksilərin fəaliyyətinə göz yuman qurumların və yol infrastrukturunın payına da günah düşür. Bunlar hamısı kompleks problemlərdir və 1-2 günə həll olunası deyil.
⠀
Hələlik isə bu səhvlər vətəndaşlarımızın həyatı bahasına başa gəlir.
⠀
Allah rəhmət eləsin.

Ötənki paylaşıma davam olaraq.
⠀
Nəyə görəsə, bir çox izləyici yazılan postda yalnız "1 manat" ifadəsinə diqqət yetirdi, yanaşmanı isə qərəzli olduğunu bildirdi (Facebook-dakı şərhlərdən söhbət gedir).
⠀
OK, gəlin mənasını başa düşməyənlər üçün daha aydın və "çeynənilmiş" formada başa salım.
⠀
Burada həmin taksinin (marşrutun) istər 1 manata, istər 10 manata və ya 10 qəpiyə işləməsi heç bir əhəmiyyət kəsb etmir. Qanunsuz nəqliyyat daşımalardan söhbət gedir. Adam başı 1 AZN qiymətini özləri təyin edib, və hər kəs həmin "nəqliyyat növünü" bir-manatlıq-taksi kimi tanıyır. Faktiki qiymət özü heç bir məna daşımır.
⠀
"Qəza olan şeydir, hər kəsin başına gələ bilər!" - deyənlər haqlıdır, amma gəlin unutmayaq ki bəzi istisnalar çıxmaqla bu taksi sürücülərin məqsədi qısa müddətə maksimum qazanc əldə etməkdir (düz deyil, amma başa düşüləndir). Onlar üçün təhlükəsizlik ən aşağı prioritetdir. Mən özüm də bu taksilərdən istifadə etməyə bir neçə dəfə məcbur olmuşam. Aeroport şosessində 120-130-la sürüb əksər halda təhlükəsizlik kəmərini belə bağlamır.
⠀
Əsas məsələ - burada söhbət sərnişin daşıma xidmətindən gedir, qanunsuz olsa belə. Bu sürücülər tək özlərinin deyil, digər insanların həyatına məsuliyyət daşıyır.
Avtobuslar qəza törəndə ilk növbədə araşdırma daşıyıcı şirkətdə aparılır, təyyarə qəzaya uğrayanda aviaşirkətin rəhbərliyi cəlb olunur. Burada da eynən, sadəcə "şirkət" sürücü özüdür və məsuliyyət tək onun boynuna düşür.
⠀
VƏ BİR DƏ TƏKRAR EDİRƏM: Belə qəzalar bir neçə faktorların nəticəsidir - bu taksilərin fəaliyyətinə nəzarətin olmaması, korrupsiya, qəsəbə-şəhər marşrutları üzrə ictimai nəqliyyatın lazımi səviyyədə olmaması, texniki baxışının "formal" xarakter daşıdığı - bir çox dövlət qurumlarının payına bir günah düşür.
⠀
Amma "bir qəzadır, olan şeydir" kimi yanaşmalar irəli sürürərək və bəraət qazandıraraq siz belə hadisələrinin gələcəkdə təkrar olunmasına şərait yaradırsız, unutmayın.

Forwarded from Dj Turalla AvtoStop🎙
"Bu qədər çəkirsən, danışırsan, göstərirsən. Heç xeyri var?" sualı verənlər var idi. Bu verilişi biz 1 ay bundan öncə çəkmişdik. Akademik Həsən Əliyev küçəsində səki bərbad vəziyyətdə idi. Çəkilişdən sonra mən Bakı şəhər İcra Hakimiyyətinə, Nəsimi rayon İcra Hakimiyyətinə və Bakı Nəqliyyat Agentliyinə müraciət etdim. Bakı şəhər İcra Hakimiyyəti müraciətimə səkini düzəltməklə cavab verdi. Düzdür, iş tam yekunlaşmasa da çəkdiyin əziyyətin bəhrəsini görmək çox xoşdur. Əgər oradan istifadə edənlərin sadəcə biri "Allah razı olsun" deyəcəksə, bu bizə bəs edər. #avtostop #küçələrhamıüçündür