Forwarded from Dj Turalla AvtoStop🎙
"Bu qədər çəkirsən, danışırsan, göstərirsən. Heç xeyri var?" sualı verənlər var idi. Bu verilişi biz 1 ay bundan öncə çəkmişdik. Akademik Həsən Əliyev küçəsində səki bərbad vəziyyətdə idi. Çəkilişdən sonra mən Bakı şəhər İcra Hakimiyyətinə, Nəsimi rayon İcra Hakimiyyətinə və Bakı Nəqliyyat Agentliyinə müraciət etdim. Bakı şəhər İcra Hakimiyyəti müraciətimə səkini düzəltməklə cavab verdi. Düzdür, iş tam yekunlaşmasa da çəkdiyin əziyyətin bəhrəsini görmək çox xoşdur. Əgər oradan istifadə edənlərin sadəcə biri "Allah razı olsun" deyəcəksə, bu bizə bəs edər. #avtostop #küçələrhamıüçündür