İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
314 videos
2 files
790 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Ⓜ️🚎 Gənclik” metrosunun yanında avtobus habı yaradılıb.

Hələ ki işlər yalnız boya ilə görülüb, bu bir qədər xaotik hərəkət yaradacaq, amma burada pavilyonlar, fiziki təhlükəsizlk adacaqları yaradılsa, yaxşı nəqliyyat mübadilə mərkəzinə çevirmək olar.

🔹 Ərazidə ticarət mərkəzi, universitet, stadion, parklar yerləşir, həmçinin yaşıl dəhlizlərdən biri də buradan keçəcək.

#ictimainəqliyyat #mübadiləmərkəzi
Son zamanlar şəhərdə aparılan urbanistik islahatların “COP29”-dan sonra davamlı olmasına inanırsınızmı?
Anonymous Poll
49%
Bəli
51%
Xeyr
⬆️ Son zamanlar bu səhifə maraqlı paylaşımlar edir, izləyin.
🇭🇺🇪🇺 Budapeşt şəhəri Avropa Komissiyasından "European Mobility Award 2023" ("2023-cü ildə ən yaxşı mobillik") mükafatına layiq görülüb.

Təəccüblü deyil, bu şəhərdə ictimai nəqliyyat mükəmməl səviyyədədir. Burada metro, tramvaylar, avtobuslar, trolleybuslar və kabotaj nəqliyyatı var. Şəhər içində avtomobildən istifadə etmək demək olar ki ehtiyac yoxdur, əksər hallarda ictimai nəqliyyatla daha tez çatacaqsınız. Bakı bu şəhərdən çox şey öyrənməlidir.

#Budapeşt
🔹 Bayram günlərində də mərkəzi küçələr bağlanacaq. Əla xəbərdir.
🌳 Avtomobilsiz vağzal meydanı, piyadalaşmış mərkəzi küçələr, velosiped yolları... Bu səfər söhbət Bakıdan deyil, Vyanadan gedəcək.

🇦🇹 Müxtəlif reytinqlərdə "ən yaşamalı şəhər" adlandırılan Avstriyanın paytaxtında yeni vloqda gəzişəcəyik. Gözəl tramvayları və piyada yönümlü küçələri sizə göstərəcəm.

🔹 Hətta Bakının baş planını hazırlayarkən Arxkomun sədri qeyd etmişdir ki, nümunə üçün Vyana şəhəri seçilib. Belə çıxır ki, 2040-cı ildə Bakı Vyana kimi insan yönümlü şəhər ola bilər.

🔹 Videoda həm tarixi mərkəzi küçələrə, həm də şəhər ətrafına baxacağıq. Patronlar artıq baxıb və deyirlər ki, çox maraqlı alındı. Siz də baxın 🙂

➡️ https://youtu.be/c_WsgG_SUM8
💫 Kanala dəstək olun

Vloqların buraxılışı kifayət qədər resurs tələb edir. Dəstəyiniz çox kömək edə bilər. 💚
🚌🚙 80 avtomobil yoxsa 1 avtobus?

🇬🇪 Tbilisi meriyası maraqlı videoçarx hazırlayıb. Deyir, böyük 18-metrlik avtobus küçədə 80 avtomobili əvəz edə bilər.

🔹 Bu da uranistikanın əsaslarıdır - küçələrin sahəsi məhduddur, ona görə daha çox insan daşıya bilən nəqliyyata üstünlük vermək lazımdır.

🔹 Yenə də, söhbət avtomobillərin qadağasından getmir, sadəcə prioritetləri düzgün qurmaq lazımdır.

🔹 Bu gün Tiflisə ciddi nəqliyyat islahatları gedir, keçən ilin sonunda ətraflı göstərmişdim.
🚲 AYNA agentliyi ilk dəfə olaraq Bakıda mövcud və layihələndirilən velosiped zolaqlarının xəritəsini paylaşıb.

Hələ əhatə edilən ərazi çox kiçikdir (6.5 km), 50 km-ə çatdırılması planlaşdırılır.

💡 Tam xəritəni də gözləyirik.
🌱 Novruz Bayramında mərkəz küçələr avtomobillər üçün bağlı qalacaq.

Yalnız sakinlər buraxılır.

Gözəldir. Yaxşı layihə veriləndən sonra əsl insan yönümlü olacaq.

Bayramınız mübarək! 💚
Media is too big
VIEW IN TELEGRAM
Mərkəzi küçələr avtomobilsiz çox gözəldi. 👍

Vloq artıq yoldadır 😉

#minivloq
🚶‍♂️ Piyadalaşan mərkəzi küçələrdən ətraflı vloq gəldi.

🔹 Bakının tarixi mərkəzi küçələrinə avtomobillərinin girişi məhdudlaşdırmağa başladı. Hələ ki, həftəsonu və bayram günlərindən söhbət gedir, bəs bunun davamı olacaqmı?

Ümumiyyətlə bu islahatlar nəyə lazımdır və şəhərə nə verəcək?

💬 Sualları AYNA agentliyinin nümayəndəsi Tərlan Səfərova və şəhərsalma üzrə memar Dilqəm İsmayılova ünvanladım.

➡️ https://youtu.be/SbJB704Ayc8
1970-ci illərdə Vağzal meydanı üçün belə bir layihə təklif olunmuşdur.

Təsəvvür edirsiniz, əgər o reallaşsaydı Bakı indi belə görsənərdi.
🇦🇿 Gəncədə “Qız Qalası”.

Gəncənin öz gözəl tarixi ola-ola, bu cür imitasiyalar nəyə lazımdır? Özü də plastik pəncərələrlə…
🚶‍♂️ Küçələrin piyadalaşması dünya tendensiyasıdır.

Milliyətindən və dinindən asılı olmayaraq hər kəs təhlükəsiz, rahat, yaşıl və insan yönümlü şəhərlərdə yaşamaq istəyir.

📍 Paris.
Forwarded from Əkinçi
Uşaq meydançalarının əhəmiyyəti nədən ibarətdir? Kənd və şəhərlərdə yaşadığımız mühiti yaxşılaşdırmaq üçün nələr edə bilərik? Təbiətlə təmasda olmaq nə üçün vacibdir?

Memar Səbinə Abbasova ilə bu haqda danışmışıq.

@akinchiproject
“İnsan yönümlü şəhərlər” səhifəsini Facebook və İnstagramda izləyirsinizmi?
Anonymous Poll
17%
Facebook-da izləyirəm
18%
Instagram-da izləyirəm
17%
Hər ikisində izləyirəm
48%
Ancaq Telegram-da
İnsan yönümlü şəhərlər ️
“İnsan yönümlü şəhərlər” səhifəsini Facebook və İnstagramda izləyirsinizmi?
Bu səsvermənin əslində məqsədi nə idi?

Bu gün Facebook və İnstagram-da bir video paylaşdım - Bakıdakı velosiped zolaqlarının səhv təşkili.

Bu cür “reels”lər bir mikrovloq formatıdır, bəzən video ilə daha aydın olur hər hansı bir məsələni işıqlandırmaq. Amma bura Telegram-a 3-5 dəqiqəlik uzunluğunda videoların yüklənməsi nə dərəcədə uyğun olar - əmin deyiləm.

Yalnız Telegram-da izləyən dostların sayı da az deyil, əgər həqiqətən maraqlıdırsa, buraya da yükləyəcəm.

📊 Bu səfər reaksiyalarla səs verək:

❤️ - uzun videolar bura Telegrama da yüklənsin.

😢 - yüklənməsin, başqa yerdə baxıram zatən.

#minivloq