İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
314 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Bakıda daha bir urbanistik islahat.

⚠️ Sabahdan 28 May metrosu və Dəmiryol vağzalının qarşısı avtomobillər üçün tamamilə bağlanacaq.

💬 Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

#vağzalmeydanı
⬆️ "28 May" üçün BNA hələ 5 il əvvəl belə layihə vermişdir.

Bir də ADY-nin belə layihəsi var idi.

Amma güman ki artıq hər ikisi aktual deyil, əgər avtomobillərə giriş tam bağlanacaqsa.
Forwarded from Papirus
❗️🚶 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə səsləndirilən fikirlər:

- Şəhər sakinlər üçün olmalıdır. Hazırda Bakı piyada gəzmək üçün əlverişsiz şəhərdir.
- Sabahdan metronun “28 May” stansiyasının qarşısına avtomobillərin girişi bağlanacaq.
- Biz nə qədər çox yol yaradırıqsa, ölkəyə daha çox avtomobil cəlb olunur.
- Bir il ərzində Bakı şəhərində təxminən 2 milyard səfər həyata keçirilir, bunun yalnız 28%-i ictimai nəqliyyatın, 52%-i isə fərdi avtomobillərin və taksilərin payına düşür.
- Əhalinin 17%-nin ümumiyyətlə ictimai nəqliyyata çıxışı yoxdur. Şəhərdə 2500-dən çox avtobus olmalıdır. Hazırda bu say 2000-dən azdır.
- Hazırda məktəb avtobuslarının tətbiqi çox çətindir.
- Qayda pozuntuları, dayanma-durma ilə bağlı tələblər sərtləşdiriləcək.
- Parklanma tətbiq edilən küçələr daha səliqəli olub.
- Bakıda kifayət qədər avtoparklar olsa da, onların arasında əlaqəlilik zəifdir. Bunun üçün yeni sistem tətbiq ediləcək.

#insanyönümlüşəhər
⬆️ Dəmiryol vağzalının bağlanmasına qarşı çıxanlara bu fotoları göstərin.

İndiyə qədər burada əsl "Banqladeş" idi. Səkilər kəsilib, piyadalar yol ilə gəzmək məcburdur, avtomobillər bütün sahəni və avtobus dayanacaqlarını zəbt edir, bir sözlə xaos.

🔹 Qafqazın ən böyük şəhərində mərkəzi meydanının bu vəziyyətdə olması utancvericidir. Ümid edirəm, buna son qoyulacaq və burada müasir bir ictimai məkan yaradılacaq.


#vağzalmeydanı
🔹 Tək bizdə deyil.

Bir çox şəhərlərdə Vağzal meydanları əvvəl parkinq olub, sonra müasir ictimai məkanlara transformasiya edilib.

Fotoda: 🇺🇦 Lviv şəhərində vağzal, Ukrayna.

#əvvəlsonra
Sosial şəbəkələrdə şərhlər: “Geniş yollar bizi tıxaclardan xilas edəcək!!🤩

Həmin an geniş yollar:

#tıxaclar #yollarıngenişləndirilməsi
🌳 Xaqani (Molokan) bağının piyadalaşdırılması üçün hələ 2020-ci ildə “İCMALab” belə bir layihə təklif etmişdir.

🔸 Burada daha çox taktiki urbanizm elementlərindən istifadə olunub.
Forwarded from Anar Əliyevin bloqu
Sizə tramvay hədiyyə etmək istəyirəm. 🙂

🇨🇿 Praqa vloquna sona qədər baxan yəgin bu fraqmenti də izləyib. Bu şəhərin simvollarından biri sayılan belə bir suvenir tramvay aldım Praqadan.

İndi isə izləyicilərin birinə hədiyyə etmək istəyirəm. Bu həftənin sonuna qədər kanalın inkişafına ən böyük ianə göndərən izləyiciyə bu eksklüziv hədiyyəni göndərəcəm.

☑️ Birdəfəlik dəstək göstərmək üçün:
kofe.al/city4people

💳 Kartdan karta:
☑️ ABB: 5522-0993-6003-6123
☑️ Leobank: 4098-5844-6806-8406
☑️ Kapital Bank: 4169-7385-1582-2504

Patreon-da bizə qoşulanların dəstəyi də sayılır.

✍️ Daha sonra mənimlə əlaqə saxlayın:
🔹 Telegram: @City4People_az_Bot
📩 E-mail: anar@city4people.az

🔸 P.S. Hazırda ən böyük ianə 17 AZN.
💫İnsan yönümlü şəhərlərə dəstək

Fəaliyyətimizə dəstək olan hər kəsə təşəkkür 💚