İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
814 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
📹 Bakının nəqliyyat böhranı haqqında.

Rauf Ağamirzəyev vacib tezisləri səsləndirdi və izah etdi.

🔸 Bakını avtomobilyönümlü şəhər niyə etmək mümkün deyil?
🔸 Metro niyə inkişaf etmir?
🔸 Tramvay niyə mütləq qayıtmalıdır?
🔸 Bakı-Sumqayıt yolunun dərdi nədir?
🔸 Regionları niyə inkişaf etdirmək vacibdir?
🔸 Səkilər niyə bərbad gündədir?

❗️ 20 dəqiqə vaxtınızı ayırın və bu mövzuda ağıllı fikirlərə qulaq asın.

👉 https://youtu.be/GFRHpKgyjIA
👍15
Bakı-Sumqayıt yoluna həsr olunur. 🙂

"Yolların genişləndirilməsi tıxac problemini niyə həll etmir?" sualına cavabı isə buradan oxuya bilərsiniz.

#karikatura
💩15👍11
🇫🇮 Helsinkidən görüntülər.

Bu yaxınlarda izləyicimiz Finlandiyaya səyahət edib. Foto və videolar göndərib ki, görün bu küçələr nə dərəcədə sakit və təhlükəsiz layihələndirilib. Əsl insan yönümlü şəhərin nümunəsi.

Əsas prioritet ictimai nəqliyyat (tramvay) və velosipedlərə verilib.

Bakını nə vaxtsa bu cür görmək ümidilə.
24👍4
🚌 Ziya Bünyadov prospektindəki avtobus zolağının ilk günü.

Hələ ki sürücülər zolağa riayət edirlər. Amma bunun ciddi nəzarəti olmalıdır.

Avtobuslar burada tıxacsız hərəkət etsə, tədricən sürücülərin bir qismi görəcək ki, avtobus daha tez gedir və növbəti səfər üçün məhz avtobusa üstünlük verəcəklər. Beləliklə, tıxacların sayı da azalacaq.
👍324
⚠️🤑 Cərimənin 25%-i qayda pozuntusunu aşkar edənə qayıdacaq.

Bizdə yox, Nyu-Yorkda. ABŞ-nın ən böyük şəhərinin küçələrində ən ciddi qayda pozuntularından biri - sürücülərin velosiped zolaqlarında park edilməsidir.

Nəqliyyat departamenti indi bir təklif irəli sürüb. Velosipedçilər özləri qayda pozan avtomobillərin fotosunu çəkib göndərə bilər, sonra isə 175 dollarlıq cərimənin 25 faizini (~$44) öz bank hesabına qaytara bilər. Gündə 5 dəfə belə qeyd etsəniz $200-dan çox pul edir.

Təbii ki, burada məqsəd insanlara pul paylamaq deyil, ictimai nəzarətin gücləndirilməsidir.

Necə təklifdir, sizcə? Bizdə də olsunmu?
👍335
🚇 Bakı metropolitenin yeni "Xocəsən" stansiyası açılır.

Bənövşəyi xəttə aid olacaq. Bakı metrosunun stansiyaların sayı 27-yə çatdı.
👍27
🚇🎂 Bu gün Bakı Metropolitenin işçiləri peşə bayramını və eyni zamanda metronun 55 illik yubilyeyi qeyd edir.

Bu vacib tarixdə onlara 5 inkişaf mərhələsinə qısa zamanda çatmaq arzulayıram.

1️⃣ Bakı metrosunun nə vaxtsa hər kəs üçün əlçatan olması. Sovet dövründə tikilən stansiyalarda lift quraşdırmaq mümkün olmasa da, heç olmasa yeni stansiyalarda lazımsız pilləkənlərdən azad olması, hər yerdə pandusların və geniş turniketlərin təşkil edilməsi çətin bir məsələ deyil.

2️⃣ Planda olan 76 stansiyanın yaxın 10 il ərzində heç olmasa 10 ədədin tikilməsi.

3️⃣ Köhnə qatarların yaxın illərdə yenilənməsi və Rusiya istehsalı asılılıqdan azad olması.

4️⃣ Ödəniş üsulu kimi bütün növ təmassız ödəmə vasitələrinə keçməsi.

5️⃣ Öz aktuallığını çoxdan itirən çəkiliş qadağasının yığışdırılması. Bunu qadağanın nə dərəcədə lazımsız olduğunu artıq ətraflı işıqlandırmışdım.

Təbrik edirəm və uğurlar arzulayıram. 🎉
👍22
🇦🇿 Zəfər günü münasibəti ilə hər birimizi ürəkdən təbrik edirəm!

Zəfərimizin şərəfinə adlandırılan 8 noyabr prospektinə isə Bakının ən təhlükəli yolundan insanyönümlü bir küçəyə çevrilməsini arzu edirəm.

Əminəm ki, bir gün bu prospektdə bütün piyada keçidləri eynisəviyyəli olacaq, normal səkilər və velosiped zolaqları təşkil ediləcək, tramvaylar hərəkət edəcək.

Rəşadətli ordumuz kimi rəşadətli nəqliyyatçılara ölkədə böyük ehtiyac var.

Bayramınız mübarək! 🇦🇿
👍19💯2
🎉 8 noyabr tarixində həmçinin Dünya urbanizm günü qeyd olunur.

Urbanistlərin bu bayramında təklif edirəm bir az canlı söhbət edək.

🕙 Bu gün axşam saat 22:00-da Bakı Bulvarından instagram vasitəsilə canlı yayımda olacam.

Şəhərsalmadan, piyadalardan, nəqliyyatdan və əlbəttə ki tıxaclardan danışacağıq.

❗️ Yayıma qoşulmaq üçün bu səhifəyə abunə olun:
👉 instagram.com/city4people.az
👍93
Moskva 10 il əvvəl və indi.

Görün aşağıdakı foto Bakının bir çox küçələrinin bugünki halını necə də xatırlayır. Xaos, normal nişanlanmanın olmaması, ikinci cərgədə maşın saxlayanlar, hətta parkinq yerlərini zəbt edən süni maneələri görmək olur şəkildə.

Yəni, biz ən azı 10 il qonşu dövlətlərdən gecirik. Türkiyə, Rusiya, Gürcüstan və hətta Ermənistanın paytaxtında bu gün rəsmi ödənişli parklanma sistemlərini tətbiq ediblər. Bakıda isə hələ ki yox. Görünür, xaosun olması bizə sərf edir.
😢12💩6👍1😁1
🛣 Şəhərdə ən dəyərli resurslardan biri - şəhər sahəsidir.

🚊 Bir tramvay şəbəkəsi 16 zolaqlı avtomobil yolunu əvəz edə bilir. Bu hələ kütləvi avtomobilləşməsinin digər fəsadlarını nəzərə almamaq şərtilə.

Bakı kimi böyük şəhərdə tramvayın salınması insanların mobilliyini tam yeni səviyyəyə qaldıra bilər.
👍231
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 🚌 Nyu-Yorkda yeni növ ayrılmış avtobus zolaqlarına artıq rast gəlmək olar.

Bəzi küçələrdə bu zolaqlar yolun qırağında deyil, ortasında təşkil edilir. Eyni zamanda, bu zolaq avtomobil yolundan fiziki olaraq ayrılır ki, sürücülər bura daxil ola bilməsin.

❗️ Bu cür zolaqların üstünlüyü odur ki, yolun qırağında saxlayan maşınlar avtobuslara maneə törətmir. Həmçinin belə küçələrdə parkinq zolağına daha rahat şəkildə təşkil etmək olar.

Qonşu Tbilisi şəhərində də bəzi küçələrdə belə zolaqlara rast gəlmək olar.
👍15