İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
814 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲🚗 Velosiped və avtomobil hərəkətini nizamlamaq üçün tələb olunan infrastrukturun fərqini bu foto çox yaxşı göstərir.
👍162
🇬🇪 Təmirdən yeni çıxmış Ketevan Dedofali prospekti.

Tbilisinin bu küçəsini təmir edərkən avtomobillər üçün cəmi bir hərəkət zolağı saxlayıblar, eyni zamanda avtobus və velosiped zolaqları təşkil ediblər.

💵 Avtobus zolağına daxil olan sürücüləri 100 lari (60₼) cərimə gözləyir.

Son illər qonşu Gürcüstanın paytaxtında yolları təmir edərkən ictimai nəqliyyata prioritetin verilməsini hədəfləyiblər.

📸 Foto: Kaxa Kaladze
👍206
⭕️ İndi bu sürücü güya bilmir ki, piyada keçidinin düz üstündə maşın saxlamaq olmaz? Əlbəttə ki, bilir.

Sadəcə əmindir ki, buna görə ona cərimə gəlməyəcək. Bakıda bəzi küçələr istisna olmaqla, dayanma-durma cərimələri sanki yazılmır. Evakuatorlar ümumiyyətlə yoxa çıxıb.

Çox vaxt deyirlər ki, 20 manat cərimə azdır. Amma cərimənin məbləğindən daha vacib olan həmin cərimənin qaçılmaz olmasıdır.

Bu gün Bakı şəhərində parklanmanın istər nəzarətində istər təşkilində böyük xaos hökm sürür.

⁉️ Belə olmaz axı, bu şəhərin ən baza məsələlərindən biridir.
👍29
😁33👍9😢6
🇧🇪 Brüssel şəhərində küçənin piyadalaşdırılması.

Əvvəl və sonra.
👍196
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪 Tbilisi şəhərindəki avtobus və velosiped zolaqları necə işləyir.

Bu videoda yaxşı görünür ki, hətta 2 zolaqları yolda bir zolağı avtobuslar üçün ayırıblar. Velosiped zolaqları üçün də yer tapılıb. Həmçinin, avtobus zolaqlarında qanuni şəkildə velosipedçilər də hərəkər edə bilər, buna dair asfaltda müvafiq nişanlanma da öz əksini tapıb.
15👍9
💬 Bizim cəmiyyətdə bir stereotip var ki, ictimai nəqliyyat yalnız kasıbların nəqliyyatıdır.

Kiminsə əlinə bir az pul düşən kimi, özünə ilk növbədə avtomobil almalıdır, - belə düşüncə var.

Bunu hardasa anlamaq olar, çünki illərdir bizdə ictimai nəqliyyata diqqət yetirilmirdi, o, ikinci planda saxlanılırdı.

❗️ Amma bu düşüncə dəyişməlidir. İctimai nəqliyyat inkişaf etməlidir, o şəxsi avtomobildən belə daha rahat və sürətli bir nəqliyyata çevrilməlidir.

Fürsətdən istifadə edərək, Boqota merinin sözlərini paylaşmaq istəyirəm, şəkil birinci şərhdə.
19👍6💯5
Media is too big
VIEW IN TELEGRAM
🇬🇪 Gürcüstanda maşın nömrəsini belə alırlar.

Qonşu ölkədə tək infrastruktur deyil, hətta illərdir tam şəffaf şəkildə avtomobil rəsmiləşdirmək və nömrə almaq mümkündür.

Videoda rus bir vətəndaş buna təəccüblənir, amma bizdə də illərdir belə bir sistemin tətbiqinə söz versələr də, hələ də nömrə alma prosesi çox mürəkkəbdir.
10👍5😱3
İzləyicilərə müraciət etmək istəyirəm.

Bunun çıxış yolunu nədə görürsünüz? Fikirləriniz maraqlıdır.

📍 Əhməd Rəcəbli küçəsi hər gün belədir.
🤮13
🚲 Günəş panellərinin kölgəsində 32 km-lıq velosiped yolu.

🇰🇷 Cənubi Koreyada maqistral yollarının birində uzunluğu 32 km olan belə bir velosiped yolu təşkil ediblər. Bu velosiped yolunu fərqləndirən odur ki, üstü günəş panelləri ilə qorunur. Bu, həm velosipedçiləri qızmar günəşdən qoruyur, həm də ekoloji təmiz enerji istehsal edir.

Eyni zamanda, yolun ortasında təşkil olunan bu zolaqlar hər tərəfdən avtomobillərdən velosipedçiləri qoruyur.

📹 Videosunu buradan izləmək olar.
👍194
​​🚗❗️ Yanvarın 1-dən dövlət köhnə maşınları almağa başlayır.

Ölkədə köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.

Köhnə maşınların utilizasiyası "Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramında" öz əksini tapıb, hər şey çox gözəl səslənir. Amma bu məsələdə ən vacib məqam yenə maliyyə və davranışa bağlıdır.

🔸 Yayılan xəbərdə qeyd olunur ki, proqram çərçivəsində maşınların sahibi yeni avtomobil almaq üçün güzəşt əldə edəcək, və yaxud müvafiq məbləği birdəfəlik ödəniş kimi verilməsi nəzərdə tutulub.

🔸 Təxmin etmək olar ki, yaşı 10-15 ildən yuxarı avtomobillər utilizasiyaya məruz qalacaq. Tutaq ki, hansısa 1998-ci ilin "çeşka" sahibi olan Əhməd dayıya indi 8-10 min manat pul veriləcək.

Bu həmin pul ilə Əhməd dayı nə edəcək? Kredit ilə təzə maşın götürüb ayda 400-500 AZN vermək imkanı olacaqmı? Olsaydı, yəgin 25 ilin "çeşka"sını sürməzdir. Ucuz maşın da almaq mümkün olmayacaq, çünki onlarda utilizasiya ediləcək.

🔸 Bir vacib məqam var ki, köhnə maşın sürənlər adətən məcbur olub son pullarına avtomobil alırlar, çünki onlar yaşadığı ərazidə normal ictimai nəqliyyat yoxdur. Şəxsi avtomobil istənilən ssenaridə bunlar üçün daha əlverişlidir.

Biz indi bunların əlindən həm maşınlarınl alıb, həm ictimai nəqliyyat verə biləcəyikmi?

🔹 Deyə bilərsiniz ki, bəs könüllü olacaq, məcburi deyil. O zaman bu proqrama heç kim qoşulmayacaq, və əsas məqsədə - ekologiyaya dəyən zərərin azaldılmasına - nail ola bilməyəcəyik.

🔹 Bu arada, proqramın reallaşdırması üçün də külli miqdarda pul ayırmaq lazımdır. Elə həmin milyonlar ictimai nəqliyyatın inkişafına ayrılsa, yeni metro xətləri, tramvaylar salınsa, təhlükəsiz veloyollar təşkil olunsa insanlar özləri könüllü şəkildə maşınlarını evdə qoyub, keyfiyyətli və rahat ictimai nəqliyyata üz tutar. Həm tıxaclar azalar, həm də şəhərin havası da tədricən təmizlənər.
👍24
​​🚊🇺🇿 Daşkəndə tramvaylar qayıdır. Rəsmi olaraq müqavilə imzalandı.

Özbəkistanın paytaxtında tramvayların bərpası ilə Fransanın tanınmış "Alstom" şirkəti məşğul olacaq.

İlkin rəqəmlər belədir:
🔸 Xətlərin uzunluğu ilkin mərhələdə - 9,1 km
🔸 Sərnişinlərin sayı - gündə 78 min insan
🔸 Layihənin məbləği - 167 milyon avro.

Son rəqəmə xüsusi ilə diqqət yetirmək istəyirəm. Cəmi 167 milyon avroya (~300 milyon manata) şəhərə yenidən tramvay qaytarmaq olar. Müqayisə üçün - Bakı şəhərində 1 metrostansiyasının tikintisi 150 milyon manata başa gəlir.

Bu, təəccübli deyil, çünki həqiqətən tunellər və yeraltı stansiyalar tikmək ucuz bir iş deyil. Amma faktiki olaraq 2 metrostansiyanın qiymətinə ən azı 1 tramvay xətti tikmək mümkündür. Eyni zamanda, tramvay metrodan daha əlçatan bir ictimai nəqliyyatdır, ona minmək üçün yerin altına girmək lazım deyil, həm də dayanacaqları daha qısaməsafəli etmək mümkündür.

🇦🇿 Bu gün Bakıya tramvayların qaytarılması üçün hər şey var - həm relyef, həm şərait, həm də vəsait. Əsas məsələ - siyasi iradənin olmasıdır. Bakıya mütləq tramvaylar qayıtmalıdır.
👍335💯3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Dünyanın ən məşğul piyada yolayrıcılardan biri.

🇯🇵 Tokio şəhərində yerləşən bu kəsişmədən hər gün 390 min piyada keçir.
👍22