This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔹 Taktiki urbanizm prinsipi tətbiq edilən daha bir kəsişmə.
"Vorovski" tərəfdəki bu dairə hər dəfə sürücüləri çaşdırırdı, burada normal nişanlanma, piyada keçidi, səki belə yox idi.
İndi sürücülərə belə boyalanma ilə hərəkət istiqaməti göstərilir, deyilənə görə dirəklər də olacaq.
Bu ideyanı artıq tənqid edirlər, tıxac yaratdığına görə, amma 2 nüans var:
- Sürücülər yeniliyə öyrəşməlidir.
- Piyadalar üçün kəsişmələr təhlükəsiz olmalıdır, ona görə axını sakitləşdirmək vacibdir.
Dünənki foto da göstərdi ki, hər yerdə asfalt səhrası salmaq çıxış yolu deyil.
Xatırladım ki, buna oxşar taktiki urbanizmə əsaslanan layihə Sumqayıtda icra edilmişdir.
Taktiki urbanizm nədir və dünyada onu necə tətbiq edirlər - bu haqda ətraflı bu yazıda oxuya bilərsiniz.

👍24❤3
3-cü dünya müharibəsi başlamaq üzrədir, biz isə tıxac və tramvayların dərdini çəkirik.
Yaxın zamanda Azərbaycan daxil bir çox ölkələrdə böyük qeyri-stabillik gözlənilir, hələ yumşaq desək.

😢14👍3
💬 İzləyici yazır:
20 yanvarda hazırda vəziyyət belədir. Elə bil şəhər deyil, cəngəllikdir.

🤮13😱1
🎤 Xəzər TV-nin qonağı oldum, gündəmdə olan tıxac və ictimai nəqliyyat problemlərinin həll yollarını müzakirə etdik.
İzləyə bilərsiniz ⤵️
https://youtu.be/CTPws6vTtUQ
İzləyə bilərsiniz ⤵️
https://youtu.be/CTPws6vTtUQ
YouTube
İctimai nəqliyyat sahəsinə dövlət dəstək mütləq lazımdır
Bakıdakı tıxaclardan və ictimai nəqliyyat problemlərindən Xəzər TV-nin səhər verilişində müzakirə etdik.
--------
🔔 "İnsan yönümlü şəhərlər" bloqunu sosial şəbəkələrdə izləyin:
Facebook: https://facebook.com/city4people.az
Instagram: https://instagr…

👍31
⚠️ Nəqliyyat problemlərimizin həlli çox ağrılı yoldan keçir. Amma şad xəbər də var.
⠀
Dünən Nazlrlər Kabinetində geniş müzakirələr keçirildi. Bakı şəhərində nəqliyyat sektoru yavaş-yavaş böhran vəziyyətinə çatmaqdadır. Tıxaclar sürücülərin ömrünü aparır, ictimai nəqliyyat inkişaf etmir, küçə-yol infrastrukturu isə təhlükəli olaraq qalır.
⠀
Son 5 il ərzində bu və bir sıra digər səhifələr davamlı olaraq yuxarıda sadalanan məsələləri işıqlandırmağa davam edir. 5 ildir biz deyirik ki, gəlin şəhərdəki nəqliyyat sahəsində yenidən baxaq, uğurlu xarici təcrübəni tətbiq edək, köhnə yanaşmasını geridə qoyaq.
⠀
💬 Bizə isə nə cavab verirlər? “Bura Avropa deyil”, “Bizdə mümkün deyil, bizim öz yolumuz var”.
⠀
İndi isə hər kəs görür, “öz yolumuz” bizə haraya gətirib çıxartdı. Bakı şəhərində pik saatlarında ən sürətli “nəqliyyat” - piyada gəzməkdir, çünki hər şey dayanır.
⠀
Bir məsələni bir daha çatdırmaq istəyirəm. Bu səhifədə paylaşılan məlumat havadan və şəxsi araşdırmadan irəli gəlmir. Müasir şəhərsalma və nəqliyyata həsr olunmuş istənilən ədəbiyyatı açın və özünüz araşdırın. Sizə həmin kitablar aşağıdakı tövsiyələr verəcəklər:
⠀
- Şəhərdə piyada bir nömrəli prioritetdir, ona görə səkilər geniş olmalıdır, piyada keçidləri çox olmalıdır (özü də yeraltı və yerüstü yox).
- Avtomobil istifadəsini stimullaşdıran addımlar atmaq (misal üçün, yolları genişləndirmək) qətiyyən olmaz, bu, tam əks effekt verəcək.
- İctimai nəqliyyat ideal və saat kimi işləməlidir ki, insanlar maşını evdə qoyub, ona üz tutmağa həvəsli olsunlar.
⠀
Bu hələ ən baza addımlardır. Urbanistika ilə tanış olmayan bunu ciddi qəbul etməyəcək, deyəcək, “Sən nə danışırsan axı?! Bakı buxtasından üzərindən 3 milyard dollarlıq körpü tikmək lazımdır, tıxaclar o zaman azalacaq!“. Halbuki, bu pulun üçdə bir hissəsinə Bakı şəhərində demək olar ki ideal ictimai nəqliyyat yaratmaq olar.
⠀
✅ İndi isə şad xəbər. Bir gün biz mütləq düz yola çıxacağıq. Bu yolda biz tez-tez “yıxılacağıq”, səhv addımlar atacağıq, amma çıxış yolu var və bəllidir.
⠀
✊ Hələlik isə özünüzü qoruyun və səbrli olun. Yaman günün ömrü az olar.
(C) Anar Əliyev.
"İnsan yönümlü şəhərlər" bloqunun müəllifi.

👍36❤8
🇦🇿 Füzuli şəhərinin baş planı və nəqliyyat konsepsiyası.
⠀
Bu gün Azərbaycanda ilk Urban Foruma start verilir. Tədbirin ilk günü Ağdamda keçiriləcək. İşğaldan azad olunan şəhərlərin tam olaraq potensialı var ki, onlar müasir və insanyönümlü olsun, çünki sıfırdan qurulur.
⠀
Ümid edək ki, reallıq təqdim olunan eskizlərə və yanaşmaya uyğun olsun.

👍22❤6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📺 Dünən İTV-də elektroskuterlər haqqında maraqlı müzakirələr oldu.
⠀
Yaxşı haldır ki, müzakirələrdə əsas məqamlara toxunuldu:
- İnfrastruktur lazımdır, qadağalar yox.
- Skuterlər qanunverilicikdə öz əksini tapmalıdır.
⠀
Fərdi mobillik vasitəsi tıxaclara mübarizədə və ictimai nəqliyyatda sıxlığın qarşını alır. BNA-nın əməkdaşı Tərlan Səfərovun çıxışını əlavə edirəm.
Tam video burada: https://youtu.be/L-2HxegHhaw

👍17
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Ağdamın yolları, küçələri və nəqliyyatı belə olacaq.
Diqqətimi 2 məqam çəkdi:
🔸 Burada tramvay sisteminin salınması nəzərdə tutulmuşdur. Videoda tramvay haqqında deyilmir, adi ayrılmış zolaqlar göstərilib.
🔸 Ağdam kimi nisbətən kiçik şəhərlərdə 6-8 zolaqlı şəhərdaxili küçələrə ehtiyac yoxdur. Velosiped zolaqları varsa və ictimai nəqliyyat yaxşı çalışacaqsa, maşın istifadəsi çox olmamalıdır.
Çox geniş yollarda piyada keçidlərini təşkil etmək də çətindir.
Video: Emin Huseynov.

👍19❤2
🚲 Şəhərlərarası velosiped zolaqları.
⠀
🇳🇱 Niderlandda "F35" velosiped maqistralının inşası davam edir. Ümumi uzunluğu 62 km olan bu velosiped zolağı 6 şəhəri birləşdirir.
⠀
Velosiped zolağı dövlət subsidiyalardan ayrılan pula tikilir və daha az avtomobil istifadəsi, daha təmiz ekologiya və daha sağlam həyat tərzinə hədəflənib.
⠀
Əhalisi 17 milyon olan Niderlandda bu gün 22 milyondan çox velosiped var. Avtomobil sahibi olan hər kəs eyni zamanda velosipedçidir.
⠀
❗️ Bu qədər istifadəçiləri tənzimləyən müxtəlif qanunlar və hətta ciddi cərimələr var. Misal üçün içkili halda velosipedin idarə edilməsinə görə €140 cərimə nəzərdə tutulub.
⠀
Eskizlərdə yeni velosiped körpüsünün və yolayrıcısın layihəsi əks olunur.
⠀
Foto: Dutch Cycling Agency

❤24👍6
❗️ Afiyəddin Cəlilov küçəsində səkini tikinti şirkəti zəbt edib.
⠀
💬 İzləyici yazır ki, Afiyəddin Cəlilov küçəsi, Azure Biznes Mərkəzi (Meqafan) ilə üzbəüzdəki səkinin yarıdan çoxu hasarlanıb. Piyadalara qalan hissədə isə işıq dirəkləri və yol işarələri var və normal hərəkəti mümkün deyil. Görünür hətta pandus zəbt olunub.
⠀
Tikinti işlərini "Azman Holding" şirkəti aparır. Zəhmət olmasa, işıqlandırmaqda köməklik göstərəsiniz.

🤮22😱1😢1💩1
🚧 "Bakını boşaltmaq lazımdır" deyənlərin nəzərinə.
❗️ Nəqliyyat problemlərini əhali sıxlığı ilə izah edənlər üçün bir müqaisə:
🔹 Bütün Abşeron yarımadasının sahəsi təxminən 2150 kvadrat kilometr təşkil edir. Bura coğrafi olaraq Abşeron yarımadasında olmayan Qaradağ rayonunun ərazisini əlavə etsək 3 min kv. km yaxın bir ərzi olacaq. Bütün bu böyük Bakının əhalisi isə isə ən optimist təxminlərdə 4-4.5 milyondan çox götürülür.
🔹 Sinqapur dövləti. Sahəsi cəmi 733 kv. km. təşkil edir, böyük Bakıdan 4 dəfə kiçik. Amma orada 5.7 milyon əhali var, hələ turistləri demirəm.
🇸🇬 Amma Sinqapurda bizim nəqliyyat problemlərimiz demək olar ki, yoxdur. Niyə? Çünki, nəqliyyat siyasəti fərdi avtomobil sahibliyini və istifadəsini əngəlləyir. Şəhərin müəyyən ərazisinə giriş pulludur, parklanma pulludur. Maşın almaq üçün əvvəl gərək qiyməti 50 min dollardan baha olan sertifikat alınsın. Adi Toyota Corolla 80-90 min dollara başa gələ bilər. Hökumət qəsdən elə edir ki, yol şəbəkəsinə az maşın daxil olsun. Çünki sıx şəhərdə fərdi avtomobil idarə etmək imtiyazdır.
🚇 Bundan əlavə Sinqapurun gözəl icitimai nəqliyyat sistemi var. 1987-ci ildən istismar edilən metro şəbəkəsinin uzunluğu 200 km-dən böyükdür. Bundan əlavə şəhərdə avtobus və metro sistemi tam inteqrasiya olunub.
©️ Transport for Baku.

👍27❤2💩1