İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
816 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇬🇪 Gürcüstan təəccübləndirməyə davam edir.

Tbilisi şəhərində məktəbin qabağı. Əvvəl və sonra.
21👍11😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Analoqu olmayan səki".

💬 Dilqəm İsmayılov yazır:

Sizcə uşaqarabası ilə hərəkət edənlər, əlil arabasında hərəkət edənlər ümumiyyətlə yaşlı insanlar necə hərəkət etməlidir bu “səki” ilə?
👍9😢6
🇧🇪 1 yanvar 2021-ci il tarixində Brüssel şəhərinin bütün küçələrində sürət həddini 30 km/saata qədər endirdilər.

Bir il ərzində qayda pozuntuların sayı 9%, qəzalarən sayı 22%, ölüm halların sayı isə 50% azalıb. Yol örtüyündən asılı olaraq isə küçədəki səs çirkliyi 50%-ə qədər azalıb.

❗️ Eyni zamanda, avtomobillə səyahətlərə sərf olun vaxt demək olar ki dəyişməyib.
16👍6
Balaxanı qəsəbəsi əsaslı yenidənqurmadan əvvəl və sonra.

Foto: Bakı Gündəliyi səhifəsindən.
👍2811
🚊 Bakı şəhərinin baş planında nəzərdə tutulmuş tramvay xətlərinin sxemi.

78 stansiya nəzərdə tutulub. Bütün şəhəri əhatə etməsə də, bu yüngül relsli nəqliyyatın Bakı kimi şəhərə gətirilməsi olduqca önəmlidir.

Ümid edirəm, yaxın zamanda bu baş plan nəhayət ki təsdiqlənəcək.

📹 Baş planın videosunu buradan izləmək olar (ingilis dilindədir).
👍245
🛴 Elektroskuterləri qadağan edə bilərlər?

Bu gün Bakıda minlərlə kirayə skuter var, onların sayı get-gedə artır. Və bu hələ başlanğıcdır. Ehtimal edirəm ki, gec-tez kimsə mütləq onlara qadağa qoymaq təşəbbüsünu irəli sürcək.

Bəs başqa həll yolları varmı? Dünya təcrübəsi nə deyir? Bu mövzuda yeni videoda ətraflı danışdım:

https://youtu.be/lGtTJwxRLcQ
👍4😢2
🚲 Mərdəkan-Buzovna yolunda yeni velosiped zolaqları təşkil edilir.

İşlər hələ bitməyib, nəticəsi maraqlıdır. Velosiped yollarını qanunsuz parklanmadan qorumaq çox vacibdir.

Foto: Cycling Baku səhifəsindən.
👍39
🇰🇷 Bura Avropa deyil, Cənubi Koreyadır.

🚌 İctimai nəqliyyata prioritet verilməsinin vacibliyini bütün dünyada anlayırlar.

İnsanlara konkret seçim verirlər. Ya sən öz şəxsi avtomobil ilə get, özünə məxsus komfort ilə, amma tıxacda, ya da eyni yolu 10 dəfə daha tez gedən avtobusu seçə bilərsən. Qərar sənindir.

Bakıda isə əksər hallarda həm avtobuslar, həm avtomobillər, həm taksilər - hamısı tıxacda dayanır və beləliklə həm avtobuslar qrafik ilə hərəkət edə bilmir, həm də insanları özünə cəlb edə bilmir. Nəticədə hər kəs avtomobil seçir və tıxac daha da pis olur.
👍334😢2
Küçələri avtomobilyönümlü edən zaman ən böyük qurban uşaqların rahatlığı və təhlükəsizliyi idi.

İndi həmin uşaqlar böyüyüb keçmişin səhvlərini düzəldirlər.

🇪🇸 Barselona, İspaniya.
👍29
❗️ Bakıda daha bir böyük səhvə əl atmaq istəyirlər.

Bütün dünyada dəfələrlə sübut olunub ki, yolların genişləndirilməsi problemi həll etmir.

Yusif Səfərov küçəsini 2 dəfə, Bakı-Sumqayıt yolunu 3 dəfə genişləndirərək tıxacın qarşısını ala bilməyənlər, yenə də həmin ideyaları irəli sürməyə davam ediblər.

"Təhrik edilmiş tələbat" anlayışı var. Bu haqda ətraflı bloq yazımız da var, misallar var, amma yenə də çıxış yolunu ağacları kəsərək yolu genişləndirməkdə görürlər.

Nə deyim vallah... 🤦‍♂️
🤮24💩6😢4😁2
🚇 Ən qədim və eyni zamanda ən kiçik metrostansiyalarından biri.

🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 Qlazqo metrosunun "Bridge Street" stansiyası.

Bu şəhərdə yeraltı dəmir yolu 1896-cı ildə açılıb. 15 stansiyasından ibarətdir.
19👍7