İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.56K photos
321 videos
2 files
815 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
♦️ "28 May"dakı nəqliyyat xaosundan bir nümunə.

Avtobus nəzərdə tutulmuş cibdən xeyli uzaqda saxlayır, sərnişinlər məcbur olur yolun ortasında minib-düşsünlər. Və bu Bakı şəhərinin düz mərkəzində baş verir.

Ümumiyyətlə, avtobus ciblərinin əksər hallarda lazımsız olduğu haqqında yazmışdıq, dünya təcrübəsi deyir ki onlardan imtina etmək daha məqsədəuyğundur.

Lakin Dəmiryol vağzalı meydanının tək problemi bu deyil, burada ümumi olaraq vəziyyət çox acınacaqlıdır.

🔶 Yaxın günlərdə elə bloqda bu meydan haqqında ətraflı yazı olacaq.
👍19😢3😱1
Bu gün Buzovna sakinləri Xəzər sahilində qayaları təmizləmək üçün iməclik keçiriblər.

İməcliyin əsas məqsədi qanunsuz tikilən və dənizə çıxışı bağlayan obyektlərin söküntü işləri aparılan zaman ortaya çıxan zibilin təmizlənməsidir. Təmizlik işlərini sakinlər özləri təşkil etmələrinin əsas səbəbi,söküntü zamanı ortayaçıxan zibilin təmizlənmə prosesində qayaların zədə almamasıdır.

Əslində, görüləsi içlər çoxdur bu əraziyə mütəxəssilər cəlm olunmalıdır və Buzovna qayaları öz əvvəlki görkəmini almalıdır.

Dənizin qırağında yerləşən digər qəsəbələrinin sakinləri Buzovnalılardan örnək götürməlidir. Onlar öz sahilini xilas edə bildilər. 👏
👍268
​​ Ermənistan bədbəxt piyadadır.

Söhbət şahmat fiqurundan və onun geosiyasəti mənasından gedir. Alim-politoloq olmaz lazım deyil ki, bu ölkənin hansısa müstəqil qərar vermə haqqının olmamasını görməyəsən. Ermənistan həm Rusiya, həm daxili elita, həm də öz diasporunun qulu olması məlumdur.

Azərbaycanın daxili siyasətinə çox sual ola bilər hər birimizdə (seçkili mer institutun olmaması, şəhərin xaotik şəkildə idarəetməsi və s.), amma Qarabağ məsələsinin tam həll edilməsi və qonşularla normal və sülh şəraitdə yaşaması niyyəti də göz qabağındadır.

Amma imperialist rus dövləti sanki buna paxıllıq edir, imkan olan kimi aranı qızışdırır. Fərqli-fərqli siyasətçilərdən eşitmişəm ki, bizlə Ermənistan arasında "üçüncü şəxslər" qarışmasa, tez bir zamanda sülh üçün şərait yaranar. Çünki müharibə heç kimə sərf eləmir, belə ölkələrin uzun perspektivdə inkişafı çox gecikir.

Düzdür, hərdən "İrəvanı gedək alaq" kimi şüarlar səslənir bizim cəmiyyətdə, lakin ümid edirəm bu yalnız emosional bir çağırışlardır, çünki bu yeni müharibə və minlərlə yeni şəhid deməkdir. Bu bəla hər bir ailədən uzaq olmalıdır. Ermənistana da cəsarətli olub, yaxın zamanda ağıllaşmaq arzu edirəm, yoxsa bundan da bədbəxt dövlət olacaq.

Biz hər gün yollarda hər bir canın sağ qalması üçün fikir edirik, və bununla bir cərgədə onlarla əsgər və zabitlərimizin şəhid olması haqqında xəbər eşidirik. Bu, qəbuledilməzdir. 21-ci əsr dünyada ən böyük dəyər insan həyatıdır.

Allah şəhidlərimizə rəhmət eləsin. 🙏
👍335🤮1
Bu arada isə ilk təhsil günündə Bakıda hər kəs proqnozlaşdırdığı kimi yollarda kollaps baş verdi.

Mikayıl Hüseynov küçəsində ayrılmış avtobus zolağının olmasına baxmayaraq, avtobus tıxacda qalır, DYP heç kimə hərəkət etməyə icazə vermir.

Radikal islahatlar və yanaşma dəyişməsə bu məsələ heç vaxt həll olunmayacaq. Ətraflı bu yaxınlarda yazmışdım: https://city4people.az/post/bakida-tixac-problemi/
😢7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚇 Bakıya yeni metro vaqonları gəlib.

O gün olsun belə salafanda tramvay qatarlarını qarşılayaq.
30👍11
Ölkəmizin əsl düşmənləri elə öz aramızdadır... ☹️
👍31
3️⃣0️⃣ Yeni 30 km/s-lıq zonalar yaradılır.

Bu həftə Avropada yenidən "mobility week" qeyd olunur. Hər il bu layihə çərçivəsində müxtəlif şəhərlərdə yol təhlükəsizliyinə dair tədbirlər görülür.

Düzdür Bakı şəhərində bunun templəri çox aşağı olsa da, yaxşı xəbərlər də var. Nəhayət bir sıra küçələrdə BNA sürəti 30 km/s-a qədər sala bildi. Deyilənə görə 30-dan çox küçədən söhbət gedir. Rəsmi hələ elan olunmayıb, amma nişanlar artıq quraşdırılıb.

Niyə məhz 30 km/s? Bu haqda dünya təcrübəsini paylaşmışdıq bloqda. Əsas məsələ - insanların sağ qalmasıdır.

https://city4people.az/post/30-km-saat-artiq-bakida-da-olmalidir/
👍161
❗️ 2 dəqiqə vaxtınızı ayırın və sorğuda iştirak edin.

BNA "Avropa Mobillik Həftəsi" çərçivəsində onlayn sorğu keçirir, şəhərdə ictimai nəqliyyat və piyada infrastrukturuna bəndlər var.

Bilirəm ki, səhifənin auditoriyası müasir düşüncəli və yaxşı şəhər necə olmalıdır haqqında xəbərdardır. Ona görə, çox vacibdir ki, səsimizi mümkün olan bütün vasitələrlə dövlət qurumlarına çatdıraq. Daha çox yeraltı keçidlər deyil, daha çox əlçatan şəhər tələb edək.

Sorğuya keçid: https://forms.gle/pgxVPiiKheu6WJtM8
👍175
Bakıda yeni 30 km/s-lıq zona xəritədə.

Küçələrin sıyahısı şərhdə. ⤵️
👍26
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚍 Dünən AvtoStop-un efirində BNA-nın sözçüsündən eşitdim ki, "avtobus zolaqları işləsin deyə, bizdə mədəniyyət formalaşmalıdır".

Əslində, Gürcüstanda sürücülük mədəniyyəti bizdən aşağıdır. Sürücülər aqressivdir, çox vaxt heç piyadaya yol vermirlər keçidlərdə.

Lakin Tbilisidə avtobus zolağına daxil olmasına görə sənə dəqiq cərimə gələcək. Bizdə isə bu seçkili formada aparılır.

Bu qədər sadə. Bizdə isə ictimai nəqliyyatın vacibliyindən hər kəs danışır, amma faktiki olaraq, hansısa konkret addımlar atılmır.
👍44
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚶‍♂️ Şəhərin mərkəz küçələri avtomobillər üçün bağlanıb piyadalaşmalıdır.

Ən azı burada "shared-street" (ortaq küçə) tipli küçələr təşkil olunmalıdır.

Bu cür transformasiyalar şəhərin turistik, ekoloji və iqtisadi cəhətindən müsbət təsir göstərir.

Ortaq küçələrə dair xarici təcrübə bu yazıda.

Video: BNA
25👍8
Forwarded from AviaTravel.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Kəlbəcər-Laçın yolu belə olacaq.

Çox mənzərəli bir yol olacaq. 😍

Video: Avtomobil Yolları Dövlət Agentliyi.
👍20
Daha bir yaxşı xəbər var.

Cəfər Cabbarlı küçəsində ləğv olunmuş piyada keçidinin bərpasına və onu svetoforla nizamlanan varianta keçirilməsinə deyəsən razılıq əldə olunub.

Xatırladım ki, 3-4 il öncə "tıxaca səbəb olur" bəhanəsi ilə burada "zebra" ləğv olunmuşdur, piyadalara isə 5 metrlik yolu keçmək üçün 300 metr dairə vurmaq təklif olunurdu.

Təbii ki, insanlar daha rahat variant seçib, yolu yenə də buradan keçirdi. İndi bu daha təhlükəsiz şəkildə baş tutacaq.
👍233
​​💰 İctimai nəqliyyatda gediş haqqının qaldırılması haqqında.

Bu məsələ bu gün yenə də gündəmə gəldi (daşıyıcılar Tarif şurasına müraciət etdi).

İctimai nəqliyyatın vacibliyi və onun iqtisadi tərəfi haqqında Transport for Baku bu gün böyük bir post paylaşdı, mən isə gəlin sizə sadə dildə problemi və həllini izah edim. Teziş şəklində.

🔹 Son 2 ildə ölkədə (və dünyada) hər şeyin qiyməti qalxdı, yanacaq və ehtiyat hissələri daxil. Təbii ki, hələ də 30 qəpiklə xidmət göstərən avtobus və metro çoxdan ziyana gedib.

🔹 Amma çıxış yolu qiymət qaldırmaq deyil. Hətta qiymət 50 qəpik olsa belə, bu sərnişinlərin sayının azaltmasına gətirib çıxaracaq. 1-2 manatlıq taksilər daha da cəlbedici gələcək. Yəni, problem həll olunmayacaq. Əgər ictimai nəqliyyatın keyfiyyətini qaldırmaq lazımdırsa, ilk növbədə dövlət subsidiya ayırmalıdır.

🔹 Eyni zamanda, tarif siyasətinə də yenidən baxılmalıdır. Tələbələr və təqaüdçülərə endirimlər edilməlidir. Aylıq və illik tariflər tətbiq edilməlidir, pulsuz transferlər olmalıdır. Bu arada, bunların hamısı qonşu Tbilisidə var.

İctimai nəqliyyat sosial bir sahədir, burada dövlətin dəstəyi vacibdir. Bütün inkişaf etmiş şəhərlərdə elədir. Almaniya dünyanın ən varli ölkələrindən biridir, buna baxmayaraq hətta Berlində ictimai nəqliyyatın 51% gəlirləri dövlət subsidiyasıdır. Fransanın Lion şəhərində bu rəqəm isə 79%-dir.

🇹🇷 Qardaş Türkiyədə də bunu anlayırlar. Əhalisi təxmini Bakı kimi olan İzmir şəhərində bu il tramvay və metronun inkişafına 14 milyard lirə pul ayrılır (1 milyard manatdan çox). Baxmayaraq ki, Türkiyənin hazırdakı iqtisadi vəziyyəti bir o qədər də ürək açan deyil.

Əgər dövlət qurumları həqiqətən tıxac problemini həll etmək istəyirlərsə və insanlardan maşınlarını evdə qoyub avtobuslara mindirmək istəyirlərsə maliyyə dəstəyi lazımdır. Eyni zamanda ictimai nəqliyyatın küçələrdə prioritetini də təmin etmək lazımdır. 30 dəqiqə avtobus gözləyib sonra basabas və tıxacda ilişən avtobusda heç kim getmək istəməz.

💰 2021-ci ildə yolların tikintisinə və saxlanılmasına 2,3 milyard manat ayrılıb. Bu məbləğin heç olmasa 15-20% ictimai nəqliyyatın dəstəyinə yönləndirilsəydi Bakının ictimai nəqliyyatı tam başqa səviyyədə çalışardı.
23👍14
💬 Bakıdakı tıxaclara dair bu gün yeni fikir eşitdim:

"Yaxşı ki, quru sərhədlərimiz bağlıdır. Yoxsa indi rus maşınların əlindən şəhərdə ümumiyyətlə tərpənmək mümkün olmazdı".
😁29💩8👍4
"Avtoporno". 😶

Üzr istəyirəm, amma buna başqa ad vermək mümkün deyil. Bütün şəhəri maksimum dərəcədə avtomobil yönümlü edəndə, hər zaman "yol maksimum dərəcədə geniş olsun" prinsipləri üstün tutulanda, küçələrin ən böyük uğur kriteriyası - onun maksimum dərəcədə asfaltlanması olan bir şəhərdə belə mənzərə bunların hamısının məntiqli nəticəsidir.

Bu küçədə heç piyada gəzmək üçün təhlükəsiz şərait yoxdur, yaxşı küçələrin digər elementlərindən danışmaq belə olmur.

❗️ Avtomobil yönümlü şəhər - inkişafı dalana aparan bir yoldur.

Fotoda: Əhməd Rəcəbli küçəsi (Şedevr səhifəsindən).
😢13👍6🤮4😁2😱1