✅ Bakı şəhərinin Nizami və Xəqani küçələrini ikitərəfli etmək lazımdır - TƏKLİF.
⠀
Müşahidələrə əsasən, şəhərin mərkəzində yerləşən bu küçələr öz potensiallarından yetərincə istifadə etmir. Bu küçələrin bir hissəsini ikitərəfli etməklə onlara parallel olan Üzeyir Hacıbəyli və 28 May küçələrinə düşən yükü azaltmış olacağıq.
⠀
Eyni zamanda, aparılan hesablamalar göstərir ki, həddindən artıq enli - 4,5 metrlik hərəkət zolaqları normal standartlara uyğunlaşdırandan sonra parkinq və velosiped zolaqları üçün yer tapılacaq.
⠀
Ümumiyyətlə, Bakı şəhərinin bir sıra küçələri əvvəllər ikitərəfli olub, buna küçələrin dizaynı da işarə edir. Birtərəfli küçələr nəqliyyatın əlavə yürüşünə gətirib çıxarır və əslində tıxaclarla mübarizədə bir o qədər də kömək göstərmir.
⠀
Əminəm ki, Xəqani və Nizami küçələrinin ətrafında yaşayan sakinlər və sürücülər indiki hərəkət sxeminin narahat olduğu razılaşar.
⠀
Sözügedən təklifə dair ətraflı izahlı şəkilləri diqqətinizə çatdırıram. Təklif, həmçinin, BNA-ya və DYP-ə göndəriləcək.
#təklif

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Avtomobilləşmə şəhəri necə məhv edir...
⠀
1938-ci ildən başlayaraq Amerikanın Oklend şəhərində yaşayış massivlərini söküb yerində böyük maqistrallar tikməyə başlamışdılar.
⠀
Belə proseslər Amerikanın əksər iri şəhərlərində baş verib. Yollar şəhəri sözün əsl mənasında parçalayıb, sanki bura nüvə bombası düşüb.

Bu gün Gəncə şəhərində baş verən qəzada polis əməkdaşı həlak olub. Görünür ki, elə çox ciddi qəza deyil. Dünyasını dəyişən əməkdaş sərnişin olub. Sürücü sağ qalıb.
⠀
Fotoda görünür ki, sərnişin ön şüşəyə çırpılıb. Təəssüf ki, həmyerlərimizin əksəriyyəti hələ də düşünür ki, təhlükəsizlik kəməri yalnız sürücülər taxmalıdır. Nəticə isə göz qabağında.
⠀
© Elvin Şirinov.
⠀
Fotoda görünür ki, sərnişin ön şüşəyə çırpılıb. Təəssüf ki, həmyerlərimizin əksəriyyəti hələ də düşünür ki, təhlükəsizlik kəməri yalnız sürücülər taxmalıdır. Nəticə isə göz qabağında.
⠀
© Elvin Şirinov.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇹 Vyana şəhəri - əvvəl və sonra.
⠀
Bu videolar cəmi 1 il fərqlə çəkilib. Belə transformasiyalar çox vaxt və maliyyə tələb etmir, əsas istək olmalıdır.
#əvvəlsonra #Vyana

BAKIDA MAŞIN SÜRMƏK BAŞDAN AYAĞA ƏSƏB VƏ STRESSDİR.
⠀
Əsasən piyada, velosiped və ictimai nəqliyyata üstünlük versəm də, ay ərzində bir neçə dəfə bəzi işlərin dalınca şəhər daxilində şəxsi avtomobil ilə getməyə qərara gəlirəm, ya da məcbur oluram.
⠀
Hər dəfə də bu böyük stress ilə nəticələnir.
⠀
Tıxaclar, sənin zolağına girən səbirsiz sürücülər, pis təşkil olunmuş yol hərəkəti, görünməyən ya da asfaltda silinmiş nişanlar, zəif işıqlandırma (mərkəz küçə və prospektləri çıxmaq şərtilə), gözüvü kor edən reklamların işıqladı və kolxoz ksenonlar...
⠀
Üstəgəl avtomobilin gündəlik xərcləri və ona qulluq etməsi də əlavə vəsait tələb edir.
⠀
Bütün bunlara baxmayaraq, hələ də aramızda maşın sürməkdən ləzzət alan və hətta ən yaxın mağazaya çörək üçün maşınla gedən insanlar var. Mən onları anlamıram.
⠀
İnsanlar öz ömrünün dəyərli vaxtını tıxacda keçirir. Sizə bu vaxtı heç kim geri qaytarmıyacaq.

🚲 Bakıda yeni velosiped yolları salınır.
⠀
Hazırda işlər Üzeyir Hacıbəyli küçəsində gedir. BNA-nın rəsmi məlumatına görə, indiki mərhələ mərkəz küçələri və Dənizkənarı bulvarı əhatə edəcək.
⠀
Bəzi hissələrdə velosiped zolağı avtomobil yoluna çıxacaq.
⠀
Ətraflı fotolarda 👆

Uzun illərdir ki, Molokan bağının ətrafında olan küçələrin piyadalaşdırmasından danışırlar, amma bu addımı atmağa hələ ki çəkinirlər.
⠀
Dünən tədbirlə əlaqədar olaraq mərkəz küçələrinin bəzilərini avtomobillərdən azad elədilər, indi baxın necə gözəl görsənir.
⠀
Çatışmayan sadəcə burada gəzən insanlardır, və əminliklə deyə bilərəm, bu küçələr canlansa, heç də Torqovıdan geri qalmayacaqlar, buradakı obyektlərin sahiblərinə də bu sərf edəcək.

Hər dəfə belə "əsaslı təmir" hesabatlarına baxanda təzyiqim qalxır 😑
⠀
Səkilər bərpa edilmir, standartlara uyğunlaşdırmır (hələ genişləndirilməsindən danışmıram), ağaclar isə asfalta bastırılır.
⠀
OK, ağaclara AAYDA baxmır, amma heç olmasa bu işlərin adını "əsaslı təmir" qoymayın, deyin ki, filan küçənin yolunda asfalt örtüyünü dəyişdik, qalanı bizdik deyil.
⠀
Küçə tək yoldan ibarət deyil. Bu şəhəri formalaşdıran əsas ictimai məkanlardır.
⠀
Səkilər bərpa edilmir, standartlara uyğunlaşdırmır (hələ genişləndirilməsindən danışmıram), ağaclar isə asfalta bastırılır.
⠀
OK, ağaclara AAYDA baxmır, amma heç olmasa bu işlərin adını "əsaslı təmir" qoymayın, deyin ki, filan küçənin yolunda asfalt örtüyünü dəyişdik, qalanı bizdik deyil.
⠀
Küçə tək yoldan ibarət deyil. Bu şəhəri formalaşdıran əsas ictimai məkanlardır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Geniş yollar tıxac problemini həll edəcək."
Malayziyada da belə düşünürdülər.
Malayziyada da belə düşünürdülər.
Hörmətli nəqliyyat ekspertlərimiz sürücülərin hüquqlarının pozulmasından danışmağa hər zaman hazırdır.
⠀
Bu foto isə Əhmədli metrostansiyasının yaxınlığında çəkilib. Burada nəyinki piyadaların hüququ pozulur (səki ümumiyyətlə yoxdur), mən deyərdim piyada gəzənləri insan yerinə qoyan yoxdur.
⠀
Niyə bu mövzular geniş işıqlandırılmır?
⠀
Bu foto isə Əhmədli metrostansiyasının yaxınlığında çəkilib. Burada nəyinki piyadaların hüququ pozulur (səki ümumiyyətlə yoxdur), mən deyərdim piyada gəzənləri insan yerinə qoyan yoxdur.
⠀
Niyə bu mövzular geniş işıqlandırılmır?
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gözəllik!
🇦🇪 Simsiz və naqilsiz hərəkət edən Dubayın tramvayıdır bu.

🇦🇪🚆 Dubay metrosunda ən bəyəndiyim məqam onun maşinistsiz olması deyil (2021-ci ildə bu artıq təəccüblü gəlmir).
⠀
İlk növbədə, burada insanların hərəkətini və davranışını düşünüblər. Hər yerdə nişanlar, xəbərdarlıqlar, məlumatlandırıcı lövhələr.
⠀
Bütün stansiyalarda eskalator və liftlər var, işlək vəziyyətdədir, platforma və qatarlar haqqında məlumat yazılır, təkrarlanır, iki dildə səsləndirilir.
⠀
Biletləri həm kassadan, həm də aparatdan ala bilərsiniz. Nağd puldan "ApplePay"-ə qədər istənilən ödəniş üsulu keçərlidir. Biletlərin qiyməti getdiyiniz zonadan və məsafədən asılıdır, bu haqda ayrıca danışacam.
⠀
Metronun xəritəsi və ətrafdakı küçələrini göstərən xəritəsini göstərən stendlər bir neçə yerdə quraşdırılıb.
⠀
Yəni, burada "azmaq" çox çətindir, təbii ki, əgər təyinat nöqtənizini bilirsinizsə.
#Dubay