Nəhayət, piyada vurulması mövzusunda fərqli nəzər nöqtəsindən reportaj hazırlayan oldu.
⠀
Artıq jurnalistlərin bir qismi piyada qəzalarında ilk növbədə "məsuliyyətsiz piyadaları" deyil, təhlükəsiz yol infrastrukturu haqqında danışdılar.
⠀
https://youtu.be/KOC01lEq5eA

YouTube
CAN ALAN YOLLARIMIZ | Son 9 ayda yol qəzaları nəticəsində 504 nəfər həyatını itirib
Səhifədə tez-tez "əvvəl-sonra" tipli şəkillər paylaşıram.
⠀
Bu səfər bloqumuzda ABŞ-dan daha iki maraqlı təcrübə paylaşdıq.
⠀
👇
https://city4people.az/post/sheherde-ishlenmeyen-eraziler/

Dünən Tbilisidən paylaşılan fotoya belə bir şərh gəlib 👆
⠀
Burada əslində təəccüblü bir şey görmürəm. Müasir urbanistik islahatlar ilkin mərhələdə vətəndaşlar, xüsusilə sürücülər tərəfindən çox mənfi qarşılanır.
⠀
İstər avtobus zolağı olsun, istər ödənişli parklanma olsun, səki çıxıntılar və s.
⠀
Amma şəhər inkişaf etmək istəyirsə islahatlar olmalıdır. Əsas məsələ - insanlara onların uzun müddətə daha perspektiv və xeyirli olmasını düzgün izah etməkdir.
⠀
Bakıda bu siyahıya tək vətəndaşları deyil, belə islahatlara qarşı çıxan və razılıq verməyən dövlət qurumları və deputatları əlavə etmək olar.

👍 Tbilisi prospektində küçədənkənar piyada keçidinin tikintisi təxirə salınıb.
⠀
Yadınıza gəlirsə, Tbilisi prospektində yerüstü piyada keçidini inşası nəzərdə tutulurdu (ikinci foto). Bu, güya buradakı tıxac problemini həll etməli idi.
⠀
İşlərə artıq başlanılmışdı, amma təzəlikcə çəkilən fotolardan görünür ki, bu keçidin tikintisindən imtina olunub. Bu çox yaxşı xəbərdir, buradakı piyada və nəqliyyat axınını idarə edilməsi üçün ən yaxşı variant svetofordur. BNA bu cür layihə artıq təklif etmişdir və çox güman ki, həmin layihə icra olunacaq (üçüncü foto).
⠀
Yeraltı və yerüstü piyada keçidləri şəhər daxilində olmamalıdır. Onlar 30% azmobilli vətəndaşlar üçün əlverişli deyil, eyni zamanda tıxac problemini həll etmir. Bu haqda dəfələrlə demişik, bloqumuzda da ətraflı məqalə var.
⠀
Növbəti mərhələ - Bakıda mövcud küçədənkənar piyada keçidlərini eynisəviyyəli "zebra"larla əvəz etmək. Ümid edirəm, BNA digər qurumları bu məsələnin nə qədər vacib olduğunu inandıra biləcək.
⠀
Foto: Baki Gundeliyi səhifəsindən.

📹 Ağ Şəhərdən geniş videoreportaj.
⠀
Səhifədə və bloqda Bakıdan yaxşı misallar gətirərkən çox vaxt yeni salınan Ağ Şəhərə istinad edirəm.
⠀
Qaldırılmış piyada keçidləri, kvartal tipli şəhərsalma və müasir şəhərsalmanın digər misallarını bu səfər geniş bir videoreportajda topladım.
⠀
İzləyin, paylaşın və öz fikrinizi şərhlərdə bildirin. Bəlkə bu cür video məzmunun sayı daha çox olmasını istəyirsiniz?
⠀
👇
https://youtu.be/CnKh09-lFfI

Ağ Şəhərdən geniş reportaj - insan yönümlü şəhər alındımı?
Bakıda salınan Ağ Şəhər (Baku White City) rayonuna həsr olunmuş ətraflı video reportaj.Yeni ətraflı video reportajımda sizə Ağ Şəhərin planlanması, eyni zama...
🚫 Dayanma-durma qaydalarının pozulmasına görə cərimələr artırılır?
⠀
Son günlər bəzi saytlar mənbənin adını çəkmədən dayanma-durma qaydalarının pozulmasına görə yaxın zamanda cərimələrin qaldırılması haqqında xəbər yayıb.
⠀
Çox güman ki, "Yol hərəkəti haqqında" yeni qanun layihəsindən söhbət gedir, hansı ki artıq Nazirlər Kabinetinə təqdim edilib. Bu qanun həqiqətən çox köhnəlib və yenilənməsinə ehtiyac var. Təəssüf ki, sözügedən qanun layihəsi hələ ki heç bir açıq mənbədə dərc olunmayıb, onu ətraflı şərh edə bilməyəcəm.
⠀
Lakin, kobud qayda pozuntularına görə cərimələrin artırılmasına həqiqətən ehtiyac var.
⠀
Biri var, sən nişanı görmədin və heç kimə ciddi maneə olmadan yolun qırağında avtomobilini saxlamısan (sarı xətt qaydası isə bildiyiniz kimi bizdə hər yerdə bəzək üçün çəkilir).
⠀
Biri də var, sən bilə-bilə maşını səkidə, ikinci cərgədə saxlamısan, bilə-bilə piyadaların yolunu kəsirsən. Yaxud da avtobus zolağında saxlayırsan - bu təsadüfü qayda pozuntusu deyil, sürücü dəqiq bilir ki, o qayda pozur.
⠀
Bu cərimənin 20 manat (endirimlə cəmi 18 AZN) bu cəzanın hörmətini yox səviyyəsinə endirib.
⠀
Təbii ki, Bakıda parklanmanın problemi tək cərimə deyil, parklanma siyasətinə tam yenidən baxılmalıdır.
⠀
Lakin kimin yadındadırsa, piyadaya yol verməməyə görə cərimə 20 manatdan 50 manata artırılandan sonra keçidlərdə piyadaya yol vermək mədəniyyəti Bakıda xeyli artdı.
⠀
Bu məsələyə əhalinin rifahını və maaşlarını qatan insanları isə başa düşmürəm. Cərimə məcburi ödəniş və vergi deyil. Qayda pozma və ödəmə. Necə deyərlər, çimmə - boğulma.

Bəsti Bağırova küçəsi yenidən təmir olunur.
⠀
Görünür, səki çıxıntıların təşkili təcrübəsi yenidən qayıtdı. Bir azdan "yolu daraltmaq olmaz" kimi ekspert rəyləri ortaya çıxacaq.
⠀
Bəyənmədiyim məqamlardan - velosiped zolaqlarının nəzərdə tutulmamasıdır (deyəsən). Məncə, müasir dövrdə istənilən küçəni əsaslı təmir edərkən velozolaqlarının salınması mütləq bənd kimi nəzərə alınmalıdır.
⠀
Foto izləyicidən.

Yeni qanun layihəsində velosiped və skuterlərin idarə edilməsi üçün sürücülük vəsiqəsini əldə edilməsi nəzərdə tutulub. 🤦♂️
⠀
Bu qərar nə qədər absurd olsa da, onun qüvvəyə minməsinə şübhə etmirəm.
⠀
Hər zaman olduğu kimi, problemin həllinə tam əks tərəfdən yanaşırıq.
⠀
Velosiped və skuterlər əgər qəza törədirsə, əgər avtomobil və piyadalarla toqquşursa, deməli onların hərəkətini ayırmaq lazımdır, daha çox velozolaqlar təşkil etmək lazımdır.
⠀
Bizdə nə edirlər? Zolaq salmaq və təhlükəsiz hərəkət təşkil etmək əvəzinə, insanları velosiped və şəxsi mobillik vasitələrinin istifadəsindən daha da çəkindirirlər.
⠀
Məlum məsələdir ki, onsuzda heç kim qaçıb velosiped üçün vəsiqə alan deyil. Bu qanun bir sıra digər qanunlar kimi "simvolik" xarakter daşıyacaq, yalnız lazım olan vaxtlarda kiməsə təsir göstərmək və reydlər keçirmək üçün istifadə olunacaq.
⠀
Dünyanın heç bir yerində velosiped üçün sürücülük vəsiqəsi nəzərdə tutulmayıb. Amma bizim Dövlət Yol Polisi həmişəki kimi "öz yolumuz var" prinsipini irəli sürür.
⠀
Bu qanun layihəsinin müəlliflərinə əlavə bir təklifim var.
⠀
Gəlin piyadalar üçün də "vəsiqə" tətbiq edək? Vəsiqə olmadan heç kim evdən küçəyə çıxmasın, beləliklə piyadalarla qəzalar azalacaq. Necə fikirdi?

İnsan yönümlü şəhərlər ️
Yeni qanun layihəsində velosiped və skuterlərin idarə edilməsi üçün sürücülük vəsiqəsini əldə edilməsi nəzərdə tutulub. 🤦♂️ ⠀ Bu qərar nə qədər absurd olsa da, onun qüvvəyə minməsinə şübhə etmirəm. ⠀ Hər zaman olduğu kimi, problemin həllinə tam əks tərəfdən…
Şərhlərdə bir neçə nəfər yazır ki, velosiped üçün sürücülük vəsiqəsi söhbəti "dezinformasiyadır". Bu qayda yalnız mopedlərə şamil olunacaq.
Bu xəbər Xəzər TV-də yayımlanmışdır və müxbir bir neçə dəfə "velosiped" ifadəsini dilə gətirmişdir.
Ümid edirəm, bu, həqiqətən jurnalistlər tərəfindən səhv təqdim olunmuş məlumat olaraq qalacaq.

Dünən və bu gün dalbadal çox ağır xəbərlərə rast gəldim.
⠀
Fatmayı qəsəbəsində azyaşlı uşağın yüksək sürətlə avtomobil ilə vurulması, daha sonra Mərdəkan şossesində daha iki nəfərin ölümü ilə nəticələnən qəza.
⠀
Psixoloji cəhətdən videolar çox ağır olduğundan, onları paylaşmıram.
⠀
Bu qəzaların əsas səbəbi təhlükəli infrastruktur və təhlükəli yollarımızdır. Təəssüf ki, bizdə bunu başa düşənlərin sayı çox azdır, hər kəs sürücüləri və piyadaların özlərini günahlandırır.
⠀
Misal üçün, İsveçdə hələ 90-cı illərdə başa düşdülər ki, şəhəri və küçələri elə qurmaq lazımdır ki, insanların səhvləri ölümlə nəticələnməsin.
⠀
Azərbaycan və İsveçin əhalisi təxmini olaraq eynidir. Amma bu gün Azərbaycan yollarında İsveçə nisbətən 3 dəfə daha çox ölüm faktı qeydə alınır.
⠀
Nə vaxta qədər bu belə davam edəcək?

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yaxşı avtobus zolağının nümunəsi.
Əgər belə zolaqlar hərəkət hissəsindən fiziki olaraq ayrılırsa, o zaman, əlavə nəzarətə də ehtiyac qalmır.

🇺🇸 ABŞ-ın Sietl şəhərində relyefli bir küçəyə o qədər qar yağıb ki, artıq burada xizək ilə hərəkət edirlər. ⛷
⠀
Və bu adi bir təsadüf deyil. Pandemiya başlayandan bu şəhərdə "Sağlam küçələr" layihəsi həyata keçirilir və bir sıra küçələri avtomobillər üçün ara-sıra bağlayıb idmanla məşğul olmaq istəyən sakinlərin istifadəsinə verilir.
⠀
Və bu adi bir təsadüf deyil. Pandemiya başlayandan bu şəhərdə "Sağlam küçələr" layihəsi həyata keçirilir və bir sıra küçələri avtomobillər üçün ara-sıra bağlayıb idmanla məşğul olmaq istəyən sakinlərin istifadəsinə verilir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mikayıl Hüseynov küçəsində ayrılmış zolağının olmasına baxmayaraq, buradakı avtobuslar hər gün saatlarla tıxacda qalır.
⠀
İndi bu zolağın mənası nə oldu?
⠀
Deyəcəksiniz, "bu, digər sürücülərə qarşı ədalətsizlikdir". Amma əsl ədalətsizlik indi baş verir.
⠀
Bu vəziyyətdə şəhərdə daha sürətlə hərəkət etməyin heç bir variantı yoxdur. Şəxsi maşınla, taksilə, avtobusla gəlsəm - istənilən halda tıxacda qalacam.
⠀
Avtobus zolağı daimi boş qalsa və avtobuslar daha tez təyinat nöqtəsində çatacaqsa, o zaman, mənim heç olmasa seçimim olacaq- maşınla tıxacda, avtobusla tıxacsız.

ƏN BÖYÜK HƏDİYYƏM - SİZSİNİZ 💚
⠀
Adətən Yeni il ərəfəsində biz növbəti ildə bütün problemlərdən qurtulmaq və onun ideal keçməsini arzulayırıq.
⠀
Lakin hər birimiz başa düşür ki, 2022-ci ildə Bakının tıxac problemi, qəzalara gətirən təhlükəli yol infrastrukturu, ictimai nəqliyyatın çatışmazlıqları kimi məsələlər öz həllini tam olaraq tapmayacaq. Bu, böyük iradə və illər tələb edən kompleks tədbirlər çərçivəsində həll olunası məsələlərdir.
⠀
Biz hələ çox lazımsız yol genişləndirilmələrini, işləməyən avtobus zolaqlarını, "necə gəldi" təşkil olunan velosiped zolaqlarını və saatlarda tıxacdan qalan sürücülərin şikayətlərini görəcəyik.
⠀
Lakin məni sevindərən və böyük ümid bəxş edən əsas amil var.
⠀
Bu səhifədə işıqlandırılan məsələlər və problemlərin kökünü anlayan həmvətənlərimizin sayı ildən ilə artır. Hər ay bu səhifəyə maraq göstərən dostlarımızın sayı artır, ən böyük hədiyyəm budur ❤️
⠀
Mən də öz növbəmdə gələn il hər birinizə daha çox və daha maraqlı məzmunla sevindirməyə çalışacam.
⠀
Bayramınız mübarək!

Forwarded from ✍🏻Tipik İqtisadçı-Ekspert📈
🇦🇹 #dünya: Vyanada insanlar şəxsi avtomobil yerinə ictimai nəqliyyatı seçməyə başlamaqla belə mənzərə yaranıb.
🌷🌲 Asfalt yolların yarısı gəzmək üçün yola, yaşıllıq, park və dincəlmək yerinə çevrilib.
© Tipik İqtisadçı-Ekspert ☑️