🎥 YENİ İLƏ DAHA ÇOX VİDEO KONTENT İLƏ.
⠀
🇦🇪 Keçən ay Dubayda olarkən, bu şəhərin müxtəlif yerlərindən sizin üçün bir çox videomaterial topladım.
⠀
Təbii ki, əsas vurğunu Dubayın nəqliyyat, yol və küçələrinə yönəltmişdim.
⠀
Buna baxmayaraq, düşündüm ki, Dubaya səyahəti planlaşdıran və soydaşlarımıza faydalı ola biləcək ayrıca bir turistik video-icmal hazırlayım.
⠀
Bu şəhərdə aşağı büdcə ilə və hətta təmamilə pulsuz görə biləcəyiniz TOP-5 məkanları bu icmalda topladım, eyni zamanda, bu şəhər haqqında öz şəxsi təəssüratlarımı da bugünki videoda paylaşdım.
⠀
Növbəti video Dubayın urbanistik icmalı olacaq, onu qaçırmamaq üçün isə kanala abunə olmağı tövsiyə edirəm, bu həm də sizin kiçik bir dəstəyiniz olacaq.
⠀
Şərhlər bölməsində isə öz fikirlərinizi bildirin, bütün şərhləri oxuyuram və nəzərə alıram 👇
https://youtu.be/zfXaq46jOLA

YouTube
DUBAY | Səyahət edənlər üçün faydalı məsləhətlər
Dünyanın ən inkişaf etmiş meqapolislərindən biri olan Dubay şəhərinin qısa video icmalı.
Bu şəhərdə aşağı büdcə ilə və hətta təmamilə pulsuz görə biləcəyiniz TOP-5 məkanları bu videoda topladım, eyni zamanda, bu şəhər haqqında öz şəxsi təəssüratlarımı da…

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇱🇻 Riga şəhərində küçəni daha insan yönümlü edərkən...
160 nömrəli məktəbin qarşısında sürücülər 3 (!) cərgə dayanıb, hərəkət üçün cəmi 1 zolaq saxlayıblar.
⠀
100 metr qabaqda isə Azadlıq Meydanın altında 2000 maşınlıq yeraltı dayanacaq var (özü də ilk 15 dəqiqəsi pulsuz).
⠀
Ən gülməli isə odur ki bunların hamısı düz BNA-nın qayda pozuntularını qeydiyyatını aparan kamerasının altında baş verir.
⠀
Foto: Rəvan Quliyev.

🇷🇺 ⚠️ Bu ildən etibarən Rusiyada kobud qayda pozuntuları artıq cinayət məsuliyyəti yaradacaq.
⠀
Belə ki, sürət həddini 60 km/s-dan çox aşan və qarşı zolağa çıxan sürücüləri 2 ilədək həbs və yaxud 300 min rubl məbləğində (6800 AZN) cərimə gözləyir. Cinayət məsuliyyəti bu qayda pozuntularına iki dəfədən çox yol verən sürücülərə tətbiq olunacaq.
⠀
Bütün dünyada yüksək sürət qəzaların əsas səbəblərindən biridir. Bir mənfi nüans var ki, Rusiyada 19 km/s-dək sürət həddinin aşması qayda pozuntusu sayılmır. Yəni siz şəhər daxilində 79 km/s sürətlə hərəkət edə bilərsiniz və buna görə heç bir məsuliyyəti daşımayacaqsınız.
⠀
Məlumat üçün: Azərbaycanda mövcud qanunvericiliyə qarşı zolağa çıxanların 100 AZN, 60 km-dən çox sürəti aşanları isə 250 AZN cərimə gözləyir. Hər iki halda əlavə olaraq 4 cərimə balı tətbiq olunur.
⠀
Görəsən, Nazirlər Kabinetinə keçən ilin sonunda göndərilən yeni yol hərəkəti haqqında qanunda və İnzibati Xətalar Məcəlləsində sürət həddinin aşmasına görə yeni cərimələr nəzərdə tutulubmu?

📍🇹🇲 "Google Maps"-də Aşqabad şəhərinin peyk şəkillərinə baxsanız, fikir verərsiniz ki, burada avtomobillərin demək olar ki hamısı ağ rəngindədir.
⠀
Deyilənə görə, Türkmənistanda tünd rəngli avtomobillərə qeyri-rəsmi qadağa var.

Bakıda bəzi küçələrdə fiziki adacıqlar və səki çıxıntılarının tikintisindən imtina edilib, təəssüf ki. Əvəzində küçələrin əksəriyyətində yalnız boyama işləri aparılır.
⠀
Lakin fiziki adacıqların ucuz və təhlükəsiz alternativi var -delineatorlar (foto 1-ci şərhdə). Bu adacıqları həmin dirəklərlə əhatə etməklə şəkildə göstərilən problemi həll etmək olar.

Çox təəssüf edirəm ki, bizim cəmiyyət illər keçdikcə hətta sadə məsələlərdə maarifləndirmirlər.
⠀
Sosial mediya bu gün başlıqlarla doludur ki, İrəvan-İstanbul aviabileti Bakı-İstanbul aviabiletindən daha bahadır.
⠀
Ömründə heç olmasa bir dəfə səyahətini özünü planlaşdıran insan bilir ki, aviabiletin qiymətləri heç vaxt fiks (fix-price) olmur (Naxçıvan kimi bəzi istisnalar xaric).
⠀
Siz eyni aviaşirkətlə 50 manata da, 250 manata da bilet ala bilərsiniz, necə ki özümdə dəfələrlə olub. Hər şey tarixdən, mövsümdən və təyyarədə qalan boş yerlərdən asılıdır.
⠀
Vaxtılə "Buta Airways"-lə 60 manata (!) bilet almağa şansım olub. Bunun üçün səyahəti 6-7 ay öncə planlaşdırmışam, baqaja əlavə pul ödəmişəm və s.
⠀
Mən indi burada heç kimə bəraət qazandırmaq fikrim yoxdur, səhifənin məqsədi də bu deyil. Sadəcə heyfslənirəm ki, bizim insanlar hər yazılan başlığın ətrafında qalmaqal axtarmağa çalışır.
⠀
Şəkildə isə tanınmış loukoster WizzAir-in müxtəlif tarixlərə qiymətləri göstərilib. Aydın görsənir ki, fərqli tarixlərə biletin qiymətlər arasında fərq 7-8 dəfə çatır.
⠀
AZAL-a sual çox ola bilər, amma aviaşirkətlərin bütün marketinq qaydaları yuxarı-aşağı bu prinsiplə çalışır. Sərfəli səyahət etmək istəyirsinizsə, bu qaydaların əsaslarını bilmək birinci növbədə özünüz üçün faydalıdır.

🇦🇪 🎥 Dubaydan daha bir geniş reportaj.
⠀
Uzun illərdir avtomobillər üçün tikilən Dubay şəhəri elə qurulub ki, burada maşınsız həyat sürmək çətin bir məsələdir.
⠀
Buna baxmayaraq, burada artıq müasir şəhərsalma prinsiplərini anlayırlar, metro, tramvay və digər ictimai nəqliyyatı aktiv şəkildə inkişaf etdirirlər.
⠀
Eyni zamanda, Dubayda piyadaların hüquqları taptalanmır, geniş səkilər salırlar və baryersiz mühit yaradırlar. Velosiped və elektroskuterlər get-getə populyarlaşır.
⠀
Bu şəhəri piyada və ictimai nəqliyyatla gəzib sizə Dubayın yol, küçə, nəqliyyatından və lüks maşınlardan ətraflı danışdım.
⠀
Ümid edirəm, maraqlı alındı👇
⠀
https://youtu.be/fATMql2RFpM
#Dubay

Dubay: Lüks maşınlar, pilotsuz metro və unudulmayan piyadalar
🇦🇪 Uzun illərdir avtomobillər üçün tikilən Dubay şəhəri elə tikilib ki, burada maşınsız həyat sürmək çox çətindir. Buna baxmayaraq, Dubayda artıq metro, tramvay və digər ictimai nəqliyyat inkişaf etdirilir.
Eyni zamanda, burada piyadalar haqqında tam unutmurlar…

Nəhayət ki, Qala yolunda yeni piyada keçidi tikilir.
⠀
Ən çox küçədənkənar piyada keçidlər elə bu cür yollara lazım idi. Hər il burada onlarla qəza baş verir.

🇫🇷🚊 Strasburqda tramvaylar 1960-cı ilə qədər hərəkət edirdi. Sonradan onlar "qeyri-effektiv" şəhər nəqliyyatı kimi sökülüb, dizel avtobuslarla əvəz edilmişdir.
⠀
Eyni zamanda, ötən əsrin ortalarında Avropada gələcəyi şəxsi maşınlarda görürdülər, avtomobillərə daha çox şərait yaradılırdı.
⠀
Təbii ki, avtobus tramvay qədər sərnişin daşıya bilmirdi, kütləvi avtomobilləşmə səbəbindən isə sürücülər saatlarla tıxaclarda vaxt itirirdi.
⠀
1994-cu ildə şəhər bələdiyyəsi tramvayları bərpa etməyə qərarına gəldi. Bu gün Strasburqda Alstom şirkətin müasir tramvayları hərəkət edir. Stansiyaların sayı 85-ə çatıb.
⠀
Bakı kimi post-sovet şəhərlər bu gün Avropanın 50-60 il əvvəlki tarixini yaşayır. Bakıda tramvaylar 2004-cü ildə söküldü, amma vaxt gələcək Bakının küçələrinə də tramvay qayıdacaq.

💡 Bəsti Bağırova küçəsi belə deyişəcək.
⠀
Bakı Nəqliyyat Agentliyi burada səki çıxıntılarını təşkil edəcək, səkiləri genişləndirəcək və nəhayət pilot layihəsi çərçivəsində ödənişli parkinq təşkil edəcək.
⠀
Təbii ki, bu cür transformasiyalar çox müsbət və proqressiv təşəbbüsdür. Baxmayaraq ki, bizim cəmiyyət onlar üçün hələ tam hazır deyil.
⠀
Ortada narahatlıq yaradan iki məsələ var:
❗️Bu kimi canlı küçədə parkinqin yalnız parallel təşkil edilməsi tövsiyə olunur. Perpendikulyar parkinq sürücüləri arxa-arxaya verməyə məcbur edəcək, buna görə küçədə əlavə sıxlıq yaşanacaq və çox güman ki, yenə də sarı-jiletli parkovşiklər "sürücülərə kömək etmək" bəhanəsi ilə peydə olunacaq.
⠀
❗️Digər küçələrdə səki çıxıntılarının icrası zəif olduğundan, heç bir işıq qaytarıcı elementlərin və əlavə nişanlarının olmaması səbəbindən onları kütləvi şəkildə şəhərdə tətbiq edilməsinə DYP icazə vermədi.
⠀
Ümid edirəm, bu küçədə bu məsələlər müsbət tərəfə həll olunacaq. Və ən əsası - belə transformasiyalar bütün Bakını əhatə edəcək!

BNA deyir ki, hazırda təmir olunan Bəsti Bağırova küçəsində binaların giriş/çıxışlarında piyada keçidləri səki səviyyəsinə qaldırılacaq, panduslara ehtiyac qalmayacaq.
⠀
Bu cür keçidlər Ağ Şəhərdə geniş tətbiq olunur, "Baku White City"-dən ətraflı reportaj hazırlayarklən bunu göstərmişdim.
⠀
Bir sözlə, yaxşı bir yenilik olacaq.

❓Çox sadə bir sual...
⠀
Bizim sürücülərin bir çoxu niyə qəza baş verəndə və onlar yolun ortasında ilişəndə qəza işiqlarını yandırmır?
⠀
İkinci cərgədə dayananda, səhv park edəndə, harasa tələsəndə, qar yağanda və buna oxşar digər hallarda onlar hər zaman qəza işığını yandırır.
⠀
Amma QƏZA baş verəndə QƏZA işığını ("avariykanı") yandırana sanki söyüş qoyulub. Sizdə fikir vermisiniz?
⠀
⁉️Axı niyə?

Dəmiryolu Vağzalının ətrafından bir mənzərə.
⠀
Çox təəssüf ki, 2022-ci il gəlib çıxdı, amma paytaxtın ən əhəmiyyətli ərazilərdən biri hələ də qanunsuz parkinq kimi istifadə olunur. Səkilər zəbt olunub (və ya ümumiyyətlə yoxdur), taksilər avtobus dayanacaqlarında, avtobuslar isə yolun ortasında saxlayır.
⠀
Vağzal meydanı ətrafında təhlükəsiz piyada gəzmək qeyri-mümkün olan bir missiyadır.
⠀
Bu ərazi ilə bağlı bir neçə qurum tərəfindən təkliflər verilsə də, heç biri icra olunmayıb.

⚠️ "Parkovşik"lərə qarşı reydlərə başlanılır.
⠀
Çox vaxt yazırlar ki, bu insanlar evlərinə çörək aparırlar, yazıqdılar, işsiz qalarlar. Əslində, həmin parkovşiklər indi qat-qat daha pis vəziyyətdədir.
⠀
Onlar qanunsuz işləyir, rəsmi iş müqavilələri yoxdur, heç bir sosial təminatları yoxdur, iş rejimi bəlli deyil, üstəgəl sürücülərlə gündəlik dava aparırlar, söyüşlər eşidirlər.
⠀
Əgər rəsmi ödənişli parklanma olsa, bu insanları Bakı Nəqliyyat Agentliyinə işə götürmək olar, onlar artıq rəsmi parklanma qaydalarına küçələrdə nəzarət etsinlər. Belə işçilərə indi Bakıda çox ehtiyac var, mövcud kameralar və BNA-nın əməkdaşları bütün küçələri əhatə edə bilmir.
⠀
Eyni zamanda, bu halda parkovşiklər rəsmi maaş ala biləcək, pensiya fonduna pul toplaya biləcək, normal iş rejiminə sahib olacaq.
⠀
Bəzi sürücülər etiraz edəcək ki, "maşın saxlamaq üçün niyə pul verməliyəm axı", amma Bakıda ödənişli parklanmanın tətbiqi perspektivdə hər kəsə sərf edəcək.
⠀
Parklanma haqqında ətraflı vloq çəkmişdim, buradan izləyə bilərsiniz.